Fikrət Sadıq. "Kəsə sözlər" şeirlər kitabı. «Yumaq top», «Bir parça vətən», «Oğul» pyesləri, «Xırdaca gəlin», «Daş balkon», «İlk məhəbbət haqqında daha bir hekayə» və b. nəşr əsərlərinin müəllifindən maraqlı bir poetik kitab...
XII Bakı Kitab Bayramı... YYSQ-nin İllik Kulturoloji Tədbirlər silsiləsi başlandı. Bu il tamam fərqli formatda - devizimiz: Kreativ ol: sosial şəbəkələri intellektuallaşdır!
Nazilə Gültac. “Yaşıl pıçıltı”. Muasir ədəbi mühitimizin istedadlı nümayəndəsi, lirik şeirlər müəllifinin yeni poetik kitabı… Sevgi, kədər, ayrılığın şeirləşmiş formaları...
Biologiya üzrə fəlsəfə doktoru Müşfiq Fərziyevin dərman bitkiləri seriyası kitabçalarından biri. Şirinbiyanın şəfaverici təsirləri və təbabətdə onun köklərindən müxtəlif xəstəliklərin müalicəsindən istifadəyə dair qeydlər. Ümid edirik ki, dərman bitkiləri ilə maraqlananlar üçün faydalı ola bilər.
"Film Fiction 7" - Azərbaycanda ilk elektron film jurnalı: mart - yeddinci sayı. Yükləyib oxuya bilərsiz. Dərginin bu sayı Azərbaycan kinosunun iki böyük aktyoru Bəşir Səfəroğlu və Lütfəli Abdullayevə həsr olunur.
"Film Fiction 6" - Azərbaycanda ilk elektron film jurnalı: Fevral - altıncı sayı. Yükləyib oxuya bilərsiniz. Bu sayımızı Əliabbas Qədirovun əziz xatirəsinə həsr edirik.
Nikola Bualo. "Poeziya sənəti". Dünya estetik düşüncəsində ayrıca yeri və təsiri olan bir elmi kitab... Klassik Avropa ədəbiyyatşünaslıq elminin dəyərli nümunəsi...
Əmir Xosrov Dəhləvi. "Şirin və Xosrov". Dahi Nizami Gəncəvinin hind ədəbiyyatındakı davamçısı sayılan böyük şairin klassik məsnəvi janrında ən dəyərli lirik-epik nümunəsi...
Bəybala Xankişiyev. "Sığorta fəaliyyətinin əsasları". Dərs vəsaiti. İqtisadiyyat təmayüllü ali məktəblərin uyğun ixtisası üzrə tələbələr üçün Azərbaycan dilində maraqlı dərs vəsaiti...
Xanlar Həmid. "Babək Xürrəmi". Mənzum tarixi faciə. Azərbaycan xalqının igid sərkərdəsi, tarixdə ilk dəfə qırmızı bayraq qaldıran məşhur Babəkin şərəfli mübarizəsinə həsr olunmuş pyes...
Həşim Kəlbiyev. "Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri". Kitabda ölkəmizin aborigen xalqlarından olan, Azərbaycan millətinin formalaşmasında mühüm rol oynamış talış xalqının ən qədim dövrdə Azərbaycan və İran tarixində rolundan bəhs edilir...
"Tarix" I Kitab. Klio (Doqquz kitabda). Birinci hissə. Qədim dünyanın tarix ensiklopediyası azərbaycanca... Pənah Xəlilov: "Tarixin atası və biz"... "Tarixin atası" sayılan Herodotun 9 kitabdan ibarət "Tarix" əsərində Yunan-İran müharibələrindən, habelə qədim dünyanın bir sıra dövlətlərinin, o cümlədən Şərq ölkələrinin tarixindən, coğrafi mövqeyindən, yerli xalqlarından, onların adət-ənənələrindən ətraflı bəhs olunur. Əsər Azərbaycanın qədim tarixini öyrənmək baxımından da qiymətli məxəzdir. Midiya tarixi, habelə iskitlər (skiflər), onların Azərbaycana gəlmələri, Azərbaycan ərazisində yaşamış qədim qəbilə və tayfalar haqqında məlumatlar son dərəcə dəyərli elmi əhəmiyyət malikdir...