Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Fikir qovluğu"... 2008‐ci ilidən müəllif öz arxivini "Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm..." adı altında beş ay hissə‐hissə Mediaforum.az saytında dərc elətdirib: bu kitab da onların toplusudur...

Müəllif:

Azər Qaraçənli


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Fikir qovluğu" Azər Qaraçənlinin tələbəlik vaxtından - 1991‐ci ildən yazıb özündə saxladığı, çap elətdirmədiyi qeydlərinin, yazılarının toplusudu. 2007‐ci ilin noyabrında atası şair Ağa Laçınlı vəfat eləyəndən sonra həm bu qəfil ölümdən, həm də atasının arxivində çap olunmamış xeyli bədii, publisistik, elmi əsərin qalmasından sarsılan Azər Qaraçənli öz arxivindəki materialların çoxluğundan da narahat olmağa başlayıb və qaralamalarını "əldən çıxartmaq" qərarına gəlib. 2008‐ci ilin aprel ayından Azər Qaraçənli öz arxivini "Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm..." adı altında beş ay ərzində hissə‐hissə "Mediaforum.az" saytında dərc elətdirib. "Fikir qovluğu" həmin silsilənin kitab variantıdı. Kitaba müəllif silsilənin saytda gedən variantına düşməyən bəzi qeydlərini də əlavə eləyib. Eyni zamanda, "Fikir qovluğu"nda müəllif qeydlərini mövzular üzrə daha yaxşı sistemləşdirməyə çalışıb, onları bölmələrə ayırıb.


Baxış sayı: 2686
    
    


Azər Qaraçənli.


"Fikir qovluğu"


Elektron kitab, Bakı, 22 aprel 2011. 149 səh.

© Azər Qaraçənli onun müəllif hüquqlarına hörmət olunmasını insanların öz vicdanına buraxır.
Redaktor: Hikmət Sabiroğlu
Operatorlar: Səidə Hüseynova, Aynur İmanova, Narıngül Əliyeva

"Fikir qovluğu" Azər Qaraçənlinin tələbəlik vaxtından - 1991‐ci ildən yazıb özündə saxladığı, çap elətdirmədiyi qeydlərinin, yazılarının toplusudu. 2007‐ci ilin noyabrında atası şair Ağa Laçınlı vəfat eləyəndən sonra həm bu qəfil ölümdən, həm də atasının arxivində çap olunmamış xeyli bədii, publisistik, elmi əsərin qalmasından sarsılan Azər Qaraçənli öz arxivindəki materialların çoxluğundan da narahat olmağa başlayıb və qaralamalarını "əldən çıxartmaq" qərarına gəlib. 2008‐ci ilin aprel ayından Azər Qaraçənli öz arxivini "Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm..." adı altında beş ay ərzində hissə‐hissə "Mediaforum.az" saytında dərc elətdirib. "Fikir qovluğu" həmin silsilənin kitab variantıdı. Kitaba müəllif silsilənin saytda gedən variantına düşməyən bəzi qeydlərini də əlavə eləyib. Eyni zamanda, "Fikir qovluğu"nda müəllif qeydlərini mövzular üzrə daha yaxşı sistemləşdirməyə çalışıb, onları bölmələrə ayırıb.


Azər Qaraçənli (Əliyev Azər Ağa oğlu) 1973‐cü ildə Bakı şəhərində doğulub. 1990‐cı ildə 265 saylı orta məktəbi, 1995‐ci ildə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1995‐1997‐ci illərdə hərbi xidmətdə olub. 1992‐1993‐cü illərdə rus dilindən etdiyi tərcümələrlə mətbuatda çıxış edib. 1993‐cü ilin sonlarından jurnalistika sahəsində çalışır. "Azadlıq" (1993‐1995, 1998), "Yeni Müsavat" (1998‐2000), "Avropa" (2000‐2003) qəzetlərində işləyib. 2004‐cü ildən "İnternyus Azərbaycan" İctimai Birliyinin layihəsi olan "Mediaforum.az" xəbər saytının baş redaktorudur.