
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Hamlet İsaxanlı
"Hamlet İsaxanlının poetik tərcüməsində dünya şeri"
Tanınmış istedadlı şair-alim, təhsil və elm xadimi H.İsaxanlı dünya ədəbiyyatının görkəmli nümayəndələrinin poetik əsərlərini orijinaldan azərbaycanca məharətlə çevirib bir e-kitabda toplayıb...
Kitabxana.net portalında şairin başqa e-kitabları:
Hamlet İsaxanlı
"Bu da bir həyatdır"
Alim, tanınmış şair, elm xadiminin bir sıra xarici ölkələrdə nəşr olunmuş növbəti poetik toplusu.
http://www.kitabxana.net/?oper=readBook&id=1073
Eləcə də baxa bilərsiz:
"Təzadlar". Tanınmış şair, elm xadiminin dünyanın aparıcı dörd dilinə - rusca, ingiliscə, türkcə və farsca tərcümə edilmiş, xarici ölkələrdə nəşr olunmuş poetik toplusu. Barəsində Aydın Xanın yazısı.
Burada:
http://www.kitabxana.net/?oper=readBook&id=
Hamlet İsaxanlı
Təhsili
1954-1965: Orta məktəb, Qızıl medal, Gürcüstan
1965-1970: Fərqlənmə diplomu, mexanika-riyaziyyat fakultəsi, Azərbaycan Dövlət Universiteti.
1970-1973: Aspirantura, fizika-riyaziyyat elmləri namizədi, Moskva Dövlət Universiteti
1983: Fizika-riyaziyyat elmləri doktoru, SSRI Elmlər Akademiyası, V. A. Steklov adına Riyaziyyat Institutu, Moskva.
Iş təcrübəsi
1991-ci ildən bu günə qədər: Xəzər Universitəsinin təsisçisi və prezidenti. Bakı, Azərbaycan.
1995: Xəzər Universitəsi Nəşriyyatının təsisçisi.
1995-ci ildən bu günə qədər: Azərbaycan Araşdırmaları Jurnalıё, Xəzər Riyaziyyat Jurnalıё, Xəzər Xəbər ədəbi və elmi jurnallarının redaktoru.
1991-ci ildən bu günə qədər: Xəzər Universitəsi Riyaziyyat Departmentinin müdiri.
1988-1990: Leninqrad Iqtisadiyyat və Maliyyə Institutu, Bakı filialı. Riyaziyyat Departmentinin müdiri.
1981-1982: Moskva, SSRI Elmlər Akademiyası, V. A. Steklov adına Riyaziyyat Institutu. Elmi işçi.
1979-1981: Azərbaycan Dövlət Universiteti, dosent.
1975-1976: Moskva Dövlət Universiteti, elmi işçi.
1973-1988: Azərbaycan Respublikası Elmlər Akademiyası Riyaziyyat və Mexanika Institutu. Baş elmi işçi.
1991-ci ildən bu günə qədər: Bir sıra beynəlxalq simpozium və konfransların təşkilatçısı.
1979-cu ildən bu günə qədər: Bir sıra xarici universitetlərin və tədqiqat mərkəzlərinin dəvətli professoru və coxsaylı konfransların iştirakçısı.
1997-ci ildən indiyə qədər: Xəzər Universitəsi Idman Klubunun (super liqada futbol klubu - 1999-2004, super liqada basketbol klubu - 1999- indiyə qədər, şahmat klubu - 2005) təsisçisi.
Əsərləri
Riyaziyyat, Təhsil, Ədəbiyyat, Mədəniyyət, Tərcümə və digər sahələrdə 150-dən artıq elmi, bədii, publisistik yazılar, riyaziyyat üzrə monoqrafiya, təhsillə bağlı monoqrafiyalar, dilşünaslıq üzrə dərslik, müxtəlif dillərdə və ölkələrdə çap olunmuş şer kitablarının müəllifi. Bir sıra dərsliklərin, kitabların, jurnalların redaktoru və konfransların təşkilatçısı.
Bildiyi dillər
Azərbaycan (ana dili), rus(yaxşı), ingilis(yaxşı), türk(yaxşı), fransız(zəif)
Tədqiqat maraqları
Riyaziyyat, təhsil tarixi və nəzəriyyəsi, ədəbiyyat, tarix və mədəniyyət, tərcümə tarixi və nəzəriyyəsi, fəlsəfə, siyasi elmlər.
Təltiflər və mükafatları
2008 - Estoniya Respublikası, AvroUniversitetin Fəxri Doktoru
2005 - Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası, üzv
2005 - "Səməd Vurğun" mükafatı laureatı. Maarifçilik, milli elmimizin tərəqqisi, Azərbaycan Ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə.
2005 - Rusiya Pedaqoji və sosial elmlər Akademiyası (Moskva), həqiqi üzv.
2004 - «Qızıl Qələm» mükafatı laureatı.
Poeziya və bədii- publisistik yazı sahəsində uğurlarına görə.
2001 - Elmi Tərəqqi üçün Beynəlxalq Şura. Beynəlxalq Elmlər Akademiyası, həqiqi üzv.
2001 - indiyə qədər - Özəl Universitetlər Assosiasiyası. Prezident.
2000 - indiyə qədər - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası. Icraiyyə Komitəsinin üzvü.
1998-2002 - Açıq Cəmiyyət Institutu (Soros fondu), Azərbaycan. Idarə heyətinin üzvü.
1997 -1999 - Avrasiya Qafqaz fondu. Idarə heyətinin üzvü.
1996 - indiyə qədər - Azərbaycan Universitetləri Rektorlar Şurası, həmsədr.
1995 - Qlobal Keyfiyyət Menecmenti Sahəsində Beynəlxalq mükafat, Böyük Britaniya.
1994 - Elm və təhsil sahəsindəki xidmətlərinə görə
Yusif Məmmədəliyev mükafatı laureatı.
1994 - London Debret Ensiklofediyası Who is who in the Former Soviet Union (Keçmiş Sovet Ittifaqında tanınmış adamlar).
1976 -1983: Nəşr olunmuş elmi məqalələri SSRI Elmlər Akademiyası tərəfindən hər il nəşr olunan ən sanballı elmi işlər siyahısına daxil edilmişdir.
Rəsmi saytı:
Aydın Xan (Əbilov)
"Nəsrəddin Tusi - Hamlet İsaxanlı: elm və ədəbiyyatdan yoğrulmuşların ikisi..."
Dünən, həm də bu gün axşam - 22-23 may tarixində - Bakıda iki poeziya, sənət bayramı qeyd edildi: Hamlet İsaxanlının 60 yazlıq yubileyi, AR Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə kulturuloji layihəsinin - "Poeziya günü" adlı toplusunun təqdimat mərasimi, eyni zamanda şeir məclisi keçirildi.
Birinci ədəbi-mədəni hadisə istedadlı şair, dünyaşöhrətli alim, elm-tədris-təlim cəfakeşi, gözəl insan, ən əsası isə sözün çox mənasında duyğusal intellektual - Hamlet İsaxanlının dünyaya ilk baxıçının 60 illik tarixçəsi münasibətilə düzənlənmişdi: çıxışlar, yubilyarın həyat və yaradıcılığı barədə orijinal həyati filmin nümayişi, təbriklər, ictimai-mədəni elitanın, siyasətçilərin, tanınmış simaların, yazarların, alimlərin, ən əsası isə sıravi oxucuların sevgi dolu alqışları, insanların baxışlarındakı hərarət...
Əsl həqiqətdə Hamlet bəy bütün bunlara layiq olduğunu lap çoxdan isbatlayıb!!!
Nədənsə bu intellektualın elmi-pedoqoji fəaliyyəti ilə bədii yaradıcılığı barədə düşünəndə ilk əvvəl dahi Tusi yadıma düşür.
Müqayisə aparmaq nə qədər qüsurlu sayılsa da, çəkinmədən mülahizə yürütmək istəyirəm: XXI əsrin Tusisidir Hamlet İsaxanlı. Hər iki intellektual milli ziyalı, dünyaşöhrətli alim, Haqqa tapınan şair, elm və təhsil xadimidir.
Cəmiyyətimiz bu iki çəxsin beynində doğulan modellərdən hələ uzun müddət yararlanacaq. Bu modellər riyaziyyata da aid ola bilər, ədəbiyyata da, elmə də dəxli var, fəlsəfəyə də - ən əsası odur ki, xaosa yox, məhz İlahi harmoniyaya aparan formatlardır onlar...
Təbriz Akademiyası ilə Xəzər Universitəsi arasındakı oxşar və fərqli cəhətlər, təqribən Güney ilə Quzey Azərbaycan arasındakı qədər olar, nə bir az çox, nə də az... Elə Tusi ilə İsaxanlı arasındakı məkan, zaman, dövran, zəmanə arasındakı oxşar və fərqli tərəflər yalnəz ətrafdakıların münasibətindən aslıdır...
Bəzən, yox əksər vaxtlar bizlər bu dünyada yanəməzdn quş kimi ömür ötən yaxşıları görmürük, o dünyanın arxivindən kimlərdənsə büt düzəldirik. Elə Tusinin dövranında da, İsaxanlının yaşadığı günlərdə də durum bir elə də dəyişməyib...
Sona qədər oturmağa səbrim çatmadığım dünənki məclisdə Zəlimxan Yaqub gözünü yumub qəlbini açdı və Hamlet İsaxanlı RUH saydığını dilinə gətirəndə, içimdə bir titrəyiş hiss etdim. Düşündüm, İlahi, heç olmasa, bəzilərimiz ürəyində təpər tapıb Rəbbinkini Rəbbə, Fərdinkini Fərdə verməyin zamanının yetişdiyini anlayır və başqalarının da kor olmuş qəlbinin sevgi gözünü aşmağa can atır...
Canlı RUH: doğrudan da bu anlam elə Hamlet İsaxanlının intellektinə, içinə biçilmiş ifadədir. Ani olaraq Hamlet bəylə iki saat yarımlıq canlı görüşümüzdəki söhbətdən aldığım əqli zövq və hərarətli enerji yadıma düşdü: düzü, Hamlet müəllimin saytındakı materiallarla, müxtəlif kitablarındakı poetik əsərlər və düşüncələriylə, haqqında yazılmış elmi kitablardakı faktlarla tanışlıqdan sonra bu böyük İNSANı içimdə öz ruhuma və intellektimə qarışdırsam da, bəzi etik amillərə görə - mən onun rektor olduğu Xəzər Universitəsində mühazirə oxuyuram - bir yaradıçı intellektual olaraq onun ədəbi-mədəni yaradıcılığı barədə ciddi bir material hazırlamağa hələ də ürək etmirdim.
Fəqət hər hadisənin öz anı gəlib çatmalıdır...