Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Fərid Hüseyn. "300-dən sonrakı azərbaycanlılar" kitabını yazmaq Kamal Abdullanın "300 azərbaycanlı" esselər kitabını oxuyandan sonra ağlıma gəldi...

Müəllif:

Fərid Hüseyn


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Fərid Hüseyn. "300-dən sonrakı azərbaycanlılar" kitabını yazmaq Kamal Abdullanın "300 azərbaycanlı" esselər kitabını oxuyandan sonra ağlıma gəldi. Bəzən insan elə kitabla qarşılaşır ki, oxuya-oxuya kədərlənir. Səbəb bu qədər sadədir: səhifələrin sona çatmasını istəmirsən. Belə kitablardan biri də "300 azərbaycanlı" idi. Ürəyimə bir istək doldu: bu kitabın "ardını" yazmaq. Yalnız bu yolla "300-azərbaycanlı" kitabı sona çatmaya bilərdi...


Baxış sayı: 693
    
    


www.kitabxana.net  


Milli Virtual Kitabxananın təqdimatında



Fərid Hüseyn


300-dən sonrakı azərbaycanlılar


(esselər və şeirlər)


YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 11 (2012)

 

Virtual Redaktoru və e-nəşrə hazırlayanı:

Aydın Xan (Əbilov) - yazar-kulturoloq

YYSQ - Milli Virtual Kitabxana

Bakı - 2012


"300-dən sonrakı azərbaycanlılar" kitabını yazmaq Kamal Abdullanın "300 azərbaycanlı" esselər kitabını oxuyandan sonra ağlıma gəldi. Bəzən insan elə kitabla qarşılaşır ki, oxuya-oxuya kədərlənir. Səbəb bu qədər sadədir: səhifələrin sona çatmasını istəmirsən. Belə kitablardan biri də "300 azərbaycanlı" idi. Ürəyimə bir istək doldu: bu kitabın "ardını" yazmaq. Yalnız bu yolla "300-azərbaycanlı" kitabı sona çatmaya bilərdi...
Kitabı ancaq esselər kitabı kimi nəzərdə tutmuşdum. Dostlarımın və istəkli həmkarlarımın, bəzi müəllimlərimin təkidi və xahişi ilə şeirlərimi də əlavə etdim.
Hazırda ölkəmizdə hər gün kitablar çap olunur, təqdimatlar keçirilir. Bir müddət sonra bütün "ədəbi tüstülər" ədəbi mühitdən sovrulub gedir. Mən də daxil olmaqla demək olar ki, bütün yazarlar sadəcə öz içimizdə vurnuxuruq. Dünyanın qapıları bizim üzümüzə "taybatay bağlıdır". Bu kitabı çap etdirməyimin səbəbi isə sadəcə bir pünhan istəkdən irəli gəlir. Hamının hər şeyə biganələşdiyi bir dövrdə kitabı oxuculara təqdim edərkən Don Migel Unamunonun fikrini xatırlamaya bilmirəm: "Bu gün mən növbəti kitabımı insan laqeydliyinin ixtiyarına buraxıram".
Nəysə, kitaba xoş gəlmisiniz...


Bu kitabı müəllimlərimə ithaf edirəm...