Füzuli Yavər. "Meşəli Kəndinin yay günləri". Çox qəmli komik dram... Əslində bu qəmli bir əhvalatdır, komik üslubda işlənsə də (Hətta elə səhnələri var ki, oxucu gülməkdən göz yaşlarını belə saxlaya bilmir). “Çağdaş pyes” N 04 (61 - 2013)
Əzizə Cəfərzadə. "Aləmdə səsim var mənim". Roman. Müasir Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi tanınmış yazıçı Əzizə Cəfərzadənin ümumi "Şirvan" başlığı ilə məlum olan silsilə əsərlərinə daxil olan "Aləmdə səsim var mənim" romanı XIX əsrin böyük şairi və maarifçisi Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Şairin maarifə, məktəb açmağa meyil göstərməsi Şirvanda baş verən əhvalatlarla bağlı şirvanda qələmə alınmışdır. Romanda Seyid Əzimin bir maarifçi olaraq formalaşması təsviri olunan dövrün səciyyəvi hadisələri fonunda göstərilir.
Микаил Мушфик. "Лирика". (Перевод: Владимир Кафаров) Mikayıl Müşfiq. "Lirika" (Rus dilinə poetik tərcümə: Vladimir Qafarov). ВЛАДИМИР КАФАРОВ. "НЕЖНЕЙ БУТОНА, ПРОЧНЕЙ БУЛАТА". Это – не первая его книга на русском языке. От предыдущих, изданных в Баку и Москве, она отличается не только объемом, но и новыми переводами.
M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova. "Mədəniyyət tarixi və nəzəriyyəsi". Ali məktəblər üçün dərslik. (Əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri). Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və dünya mədəniyyətinin əsas dövrlərini əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının hazırladığı bu dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və müvafiq problemlərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Нигяр Гасан-заде. «Серебро». Поэтический сборник. Nigar Həsənzadə. "Gümüş". Poetik toplu (rusca). Нигяр является автором многочисленных публикаций, как в Азербайджане, так и далеко за его пределами. Стихи Нигяр неоднократно появлялись на страницах литературной печати в Великобритании, Германии, Турции, США, Канаде, Австралии, Польши, России в переводах ведущих поэтов.
Mehriban Xalıq. “Tərs qadınlar və sevimli kişi”. Bədii nəsr nümunələri: hekayə, povest, roman... Kitaba həyat reallıqları haqqında müəllifin qələmə aldığı bədii əsərlər toplanıb. Mehriban Xalıq 80-cı illərdə ədəbiyyata gəlib. Dövri mətbuatda çap olunan hekayələri ilk gündən oxucu qəlbinə yol tapıb. Mehriban xanımın nəsri gündəlik qarşılaşdığımız adi həyat həqiqətləridir ki, o, bunları özünə məxsus təhkiyədə işləyərək oxucunu ardınca çəkə bilir. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə öz daxili təmizliklərinə sadiq qalaraq ən yaxşı insanı keyfiyyətləri- düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışırlar.
Adil Cəmil. “Manas eposu və türk dastançılıq ənənəsi”. Monoqrafiya (rusca). Адиль Джамиль. "Эпос "Манас" и традиции тюркских сказаний" (Монография). "Azərbaycan e-kitabı: rus dilində" 01 (54 – 2013)
"Elektron Hökumәt Bülleteni" N 5. Elektron Hökumәt Portalı. Vәtәndaş vә dövlәt qurumları münasibәtlәrindә yeni sәhifә... E-dövlətimizə sahib çıxmaqla biz Azərbaycanın gələcək inkişafını daha da sürətləndiririk...
Heydər Əliyev- 90. “Heydər Əliyev məktəbi”. Elmi-kütləvi məqalələr toplusu. Kitab Yeni Yazarlar və Sənətçilər Qurumu ilə YYSQ Gəncə bölümünün rəhbəri Nurlan Quliyevanın təşəbbüsü, Göygöl Rayon Təhsil Şöbəsinin təşkilati, www.kitabxana.net - Milli Virtual Kitabxananın informasiya dəstəyilə bölgə müəllim və şagirdlər arasında keçirilmiş “Heydər Əliyev məktəbi” adlı müsabiqədə qalib gəlmiş məqalələr əsasında hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.
"Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" - Kulturoloji-şəbəkə layihəsi... Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən - www.kitabxana.net - Milli Virtual Kitabxananın kulturoloji-informatik dəstəyi ilə həyata keçirilir.
Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən - www.kitabxana.net - Milli Virtual Kitabxananın kulturoloji-informatik dəstəyi ilə həyata keçirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-şəbəkə layihəsi.