Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Meşəli Kəndinin yay günləri". Çox qəmli komik dram... Əslində bu qəmli bir əhvalatdır, komik üslubda işlənsə də. Hətta elə səhnələri var ki, oxucu gülməkdən göz yaşlarını belə saxlaya bilmir... “Çağdaş pyes” N 04 (61 - 2013)

Müəllif:

Füzuli Yavər


Kateqoriya:

Dram əsərləri. Pyeslər



Qısa Təsvir:

Füzuli Yavər. "Meşəli Kəndinin yay günləri". Çox qəmli komik dram... Əslində bu qəmli bir əhvalatdır, komik üslubda işlənsə də (Hətta elə səhnələri var ki, oxucu gülməkdən göz yaşlarını belə saxlaya bilmir). Çağdaş pyes”  N 04 (61 - 2013)


Baxış sayı: 2848
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

 

“Çağdaş pyes”  N 04 (61 - 2013)

 

Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş pyes” Kulturoloji-şəbəkə ədəbiyyatı layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

 

Elektron Kitab N 04

 

 YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 04 (61 - 2013)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

 YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net

 

Füzuli Yavər

 

"Meşəli Kəndinin yay günləri"


Redaktoru və e-nəşrə hazırlayanıAydın Xan (Əbilov), yazar-kulturoloq


Çox qəmli komik dram... Əslində bu qəmli bir əhvalatdır, komik üslubda işlənsə də (Hətta elə səhnələri var ki, oxucu gülməkdən göz yaşlarını belə saxlaya bilmir).


Şərti adı Meşəli olan (Qarabağda qalmış eyni adlı kəndlə səhv salmamalı.) ucqar bir kənd. Keçən əsrin 90-cı illərinin ortaları. Köhnə dağılır, yeni hələ gəlib çatmayıb. Kasıbçılıq içərisində çırpınan Meşəli özünün ağır günlərini yaşayır. Lakin hər birinin çox gülməli bir ləqəb daşıdığı kənd sakinləri "Dərdə ağlamaq hər kişinin işidir, gülmək - ər kişinin " fikrinə sığınaraq öz zarafatlarından, məzəli əhvalatlarından da qalmırlar. Kənd demokratik bir dirçəliş ərəfəsindədir. Hər gün dirəkdəki lövhəyə vurulan divar qəzeti, gün uzunu susmaq bilməyən "vedrə" şəklindəki Meşəli radiosu, kəndin mərkəzində düzəldilmiş səhnəcik, hayd-park kürsüsü, bütün nöqsanları mətbuata çıxaran mirzə Müxbir məhz bundan xəbər verir.

Pyes müxtəlif fraqmentlərdən ibarət olsa da, bütün parçalar maraqlı bir süjet ətrafında birləşib. İştirakçıların çoxluğu rejissorları narahat etməyə bilər. Epik teatr prinsipinə əsaslanmış pyesdə hər aktyor bir neçə obraz ifa edə bilər.


S Ə H N Ə:


Uzaqlarda bəyaz gövdəli qovaqlar, nəhəng palıdlar, yaşıl söyüdlər,

talalar, kiçik ot tayaları, təpəciklər, mavi göl.


Öndə yaşıllığa qərq olmuş kənd meydanı.


Telefon dirəyində vedrə-reproduktor. Dirəyin aşağısında taxta lövhə. Lövhəyə yapışdırılmış divar qəzetinin "M E Ş Ə L İ" sərlövhəsi aydınca oxunur.


Sol tərəfdə qurşaq boylu taxt üstə düzəldilmiş səhnəcik. Ucuz, köhnə parçalardan fiqurla asılmış bir plan kulis və poduqa. Səhnənin üstündən çəpəki çəkilmiş məftildən rəngli, xırda lampalar sallanıb. Səhnənin bir küncündə yeşik taxtalarından hazırlanmış tribuna, üstündə mikrofon.


Səhnənin künclərində rəngli kağızlardan düzəldilmiş fırfıralar.


Sağ tərəfdə divarına "XORUZQUYRUĞU" sözü yazılmış çayxana binasının giriş qapısı.


Yay olduğundan çayxananın stol və stulları çölə çıxardılıb, həyətdəki alçaq boylu ağacların altında üzü səhnəciyə tərəf düzülüb. Oturacaqlar, masalar müxtəlif çeşiddədir. Burda son dəbli ağ plastmass kreslo və stollardan tutmuş əldə düzəldilmiş taxta taburetlərə, kötük skamyalara qədər hər şeyə təsadüf etmək olar... Budaqları stolların üstə sallanmış ağaclardan da rəngli lampalar asılıb.


Meydanın dərinliyində, arxa tərəfdə üstünə ot, saman, ağac budaqları atılmış böyük qarpız topası. Yanında yatacaq.


Pyes istənilən teatrın daimi "çörək ağacı" ola bilər...