Tarixçi alim, LDU-nin dosenti, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, şairə-publisist Leyla Məcidovanın növbəti - yeni poetik kitabı. Kitаbdа məhsuldar qələm sahibi və alimin son vaxtlar yаzdığı poetik əsərləri - lirik-fəlsəfi məzmunlu yeni şeirləri toplanmışdır.
Çağdaş ədəbiyyatımızın məhsuldar nümayəndəsi, tarixçi alim, LDU-nin dosenti, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, şairə-publisist Leyla Məcidovanın yeni poetik kitabı. Kitаbdа tanınmış şairənin son illərdə yаzdığı poetik əsərlər toplanmışdır. Kitаbdа şаirin siyаsi-ictimаi, lirik-fəlsəfi məzmunlu şeirləri verilmişdir.
Bu kitab ömrünü insanların sağlamlığına və xalqına sədaqətlə xidmətə həsr etmiş, fədakarlığı, mərhəməti və xeyirxahlığı ilə hər kəsin qəlbində dərin iz qoymuş görkəmli həkim pediatr Fərhad Məşgul oğlu Əhədovun (1939–2020) nurlu və mənalı ömür yolundan bəhs edir.
Aylıq ədəbi e-dərgi. 46-cı sayı. Güney Azərbaycanda - İranda hazırlanan aylıq ədəbi elektron dərginin yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri toplanıb. E-dərgi Güney Azərbaycanda yayıma hazırlanıb: redaktoru və naşiri Səxavət İzzətidir.
Kitabın müəllifi rus-sovet, erməni, digər xarici ölkə müəlliflərinin əsərlərinə, çoxsaylı arxiv materiallarına, müxtəlif mənbələrə istinad edərək erməni faşizminin, erməni xislətinin, erməniliyin anatomiyasını bütün incəliklərinə qədər açır, oxucuya tanıdır. Bununla yanaşı əsərdə erməni şovinizmini qızışdıran erməni kilsəsinin, ermənilərin ələ aldıqları beynəlxalq qüvvələrin, eləcə də beşinci kalonun fəaliyyətlərindən də bəhs edilir. Ermənilik və terrorizm vəhdətinin insana, insanlığa bəla olduğu göstərilir. Əsərdə təsvir olunun bütün hadisələrin, faciələrin, tarixi proseslərin analizi verilir. Səbəbləri araşdırılır, yol verilən nöqsanlar göstərilir, müəyyən qənaətlərə gəlinir.
"Boz dünyaya səyahət" etmək istəyirsiniz? O zaman mavi ekrandan bir az uzaq əyləşin. Özünüzə əylənmək üçün rahat bir guşə seçin. Sevincinizi və kədərinizi də götürməyi unutmayın! Bir az sonra, “Boz kəpənək” qarşınızda uçmağa başlayacaq. Onun kövrək qanadlarına toxunduqca, həzin bir boşluğa düşəcəksiniz. “Qəhvəyi pencəkli oğlan”ın hekayələri sizə özünüzdən danışacaq. “Daşlar ulduzlarla görüşəndə” isə indiki zamandan qopub keçmişlə gələcək arasında var-gəl edəcəksiniz. Nəyahət, özünüzü elə bir Yerdə tapacaqsınız ki, bura nə olmaq istəyəcəyiniz yerdir, nə də olmaq istəməyəcəyiniz. ...Daha boz rəng sizi qorxutmayacaq...