Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" - Kulturoloji-şəbəkə layihəsi... Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən - www.kitabxana.net - Milli Virtual Kitabxananın kulturoloji-informatik dəstəyi ilə...

Müəllif:

Bələdçi


Kateqoriya:

Rus dilində Azərbaycan kitabı



Qısa Təsvir:

"Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" - Kulturoloji-şəbəkə layihəsi... Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən - www.kitabxana.net - Milli Virtual Kitabxananın kulturoloji-informatik dəstəyi ilə  həyata keçirilir.


Baxış sayı: 2513
    
    


"Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" - Kulturoloji-şəbəkə layihəsi...


 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü ildə maliyyə yardımı Müsabiqəsinin qalibi olmuş və bir hissəsi maliyyələşdirilir.

Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən - www.kitabxana.net - Milli Virtual Kitabxananın kulturoloji-informatik dəstəyi ilə  həyata keçirilir.

 

 

 

 LAYİHƏNİN ADI. 

"Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" - Kulturoloji-şəbəkə layihəsi...

 

1. PROBLEMİN TƏSVİRİ.

Məlum olduğu kimi, dünyanın aparıcı ünsiyyət vasitələrindən biri olaraq rus dilində Azərbaycanda təhsil alan çoxsaylı yeniyetmə və gənc var. Yaxın qonşu ölkələr, o cümlədən MDB və Şərqi Avropa dövlətlərində də rus dilində oxuyanların çoxluğunu nəzərə alıb Azərbaycan müəlliflərinin, xüsusən də gənc yazarların, həmçinin tariximizə, mədəniyyətimizə, elmimizə aid kitabların ruscaya tərcüməsi, elektron nəşrə hazırlanması və İnternet resursunda yerləşdirilməsinə böyük ehtiyac var. Təkcə Rusiyada 3-4 milyon rusdilli azərbaycanlılar yaşayır ki, onların çoxu da tarixi Vətənləri ilə asan əlaqəsi yalnız İnternet vasitəsi ilə mümkündür.

Respublikamızda yaşayan rusdilli yeni nəsil nümayəndələri, əcnəbi vətəndaşlar, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, həmçinin xarici dövlətlərin sakinləri, xüsusən də yeniyetmə və gənclər, Azərbaycan ədəbiyyatını zəif bilirlər. İnternetdə yazıçılarımızın dünyanın aparıcı dillərinə, eləcə də bizə ən yaxını sayılan ruscaya tərcümə edilmiş əsərləri çox az yayımlanır, xarici dillərə çevrilmiş milli kitablarımız sosial  şəbəkələrdə zəif təbliğ olunur. 

Qarşıdakı illərdə Azərbaycan mədəni-sosial həyatında çox əlamətdar hadisələr baş verəcək: müxtəlif beynəlxalq mədəni-elmi, ictimai-idman tədbirləri keçirilən zamanı ölkəmizin paytaxtına dünyanın hər yerindən çoxsaylı xarici qonaqlar, əcnəbi turistlər, ayrı-ayrı dövlətlərdə yaşayan soydaşlarımız və beynəlxalq qurumların, dünya KİV-nin nümayəndələri – jurnalistlər  gələcək. Bu müddətdə onlara Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixni, həqiqətlərini, eləcə də milli kitabları, ruscaya - dünyanın aparıcı dillərindən birinə tərcümə edib ədəbiyyatımızı - milli-mənəvi dəyərlərimizi, intellektual-kulturoloji sərvətlərimizi tanıtmaq, təbliğ etmək, qədim sivilizasiya tarixinə və müxtəlif mədəniyyətlərin sintezinə malik xalqımızı və dövlətimizi tanıtmalıyıq. Bu məsələdə İnternetdəki rusca elektron kitab və nəşrlərin, eləcə də virtual kitabxanaların və portalların rolu böyükdür. O istiqamətdə Azərbaycandilli İnternet resursları zəif inkişaf etdiyindən, layihə aradakı problemi qaldırmaq məqsədilə hazırlanıb.

Azərbaycandakı rusdilli orta və ali təhsil ocaqlarındakı yeniyetmə və gənclərin estetik-intellektual tələblərini ödəyəcək layihə gənc kreativlərin yaradıcılıq nümunələrini başqa dildə dünyaya çıxarmaq baxımından da zamanın tələblərinə uyğundur. 

E-kitablar, onların yerləşdiyi resursların ictimai təbliği zamanı rusdilli yeni nəsilin arasında milli-mənəvi, ideoloji-vətənpərvərlik ideyaları aşılanacaq, qarşıdan gələn Prezident seçkiləri zamanı dövlətçilik mövqeyində çıxış etmələri həvəsləndiriləcək. 


 LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Kulturoloji-şəbəkə layihəsi göstərilən boşluğu doldurmaq üçün ölkədə yaşayan, ünsiyyət dili azərbaycanca olmayan, rusdilli uşaq, yeniyetmə və gənclər, respublikamıza müxtəlif məqsədlərlə - tədbirlərə, idman yarışlarına, turist kimi gələn gənc qonaqlar və xaricdəki soydaşlarımızdan ötrü  Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini rus dilində, rəqəmsal, e-kitab formatında hazırmaq, e-kitabxanada yerləşdirmək, bu e-nəşrlər barədə məlumatları İnternetdə, sosial şəbəkələrdə yaymaqla, ədəbi-mədəni dəyərlərimizin dünyada tanıdılması və təbliği istiqamətində fəaliyyət göstərəcək.

Ölkəmizdə “Elektron hökümət”, “Elektron məktəb”, “Elektron kitabxana” kimi innovativ sahələrdə həyata keçirilməsiylə bağlı dövlət proqramları, genişmiqyaslı planları, eləcə də Prezident İlham İlham Əliyevin xüsusi sərəncamı ilə 2013-cü ilin İKT İli elan edilməsini nəzərə alaraq,  şəbəkə - İnternet oxucuları üçün dünyanın aparıcı dillərindən biri sayılan rusca Azərbaycan ədəbiyyatı və kitabların hazırlanmasına böyük ehtiyac duyulur. Rusdillilər əsasən rus və ingiliscə olan kitabları oxuduğundan milli-mənəvi kökündən ayrılmış, ölkədə gedən ictimai-mədəni proseslərə təsir etmək imkanları məhduddur. İnternetdə başqa dillərdə olan şəbəkə resurslarımızın kəmiyyət və  keyfiyyəti arzuolunan səviyyədə deyil, elektron kitablar, yeni nəslə ünvanlanmış saytlar, şəbəkə resursları, İnternetdə milli və bilgili resurslar, həmçinin  təhsil və təlimin səmərəliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar görünməkdədir. Eyni zamanda layihə Azərbaycanda yaşayan yeni nəsilə də ünvanlanır. İnternet istifadəçilərimizin elektron poçt, elektron gündəlik – bloq, Virtual Kitabxana, şəbəkə etikası, İnternet mədəniyyəti, yeni e-oxu və e-yazı vərdişləri, şəbəkə ədəbiyyatı, elektron və audio (səsli) kitablar, televiziya və radio verilişləri, gənclərə ünvanlanmış xəbər və əyləncə - İnternet sayt və mətbuat sahələrindəki boşluqlar əsaslı problemə çevrilmiş, çağdaş humanitar-mədəni düşüncəmizdə, təhsildə, yeni nəslin formalaşmasında böhran səviyyəsinə çatmışdır. Azərbaycanda və xaricdə yaşayan gənclər arasında asan, ucuz başa gələn ünsiyyət vasitəsi kimi İnternet – İKT sahəsində yeni maarifçiliyə ehtiyac duyulmaqdadır. Ölkəmizdə və xaricdə yaşayan rusdilli oxucular,  yeniyetmə və gənclər tərəfindən millli bədii, elmi-intellektual kitabları, əsərləri oxumaq, fərqli – yeni mütaliə mədəniyyətini qavramaq, e-oxu vərdişlərinə yiyələnmək məsələsində problemlər var. Xaricdə yaşayan soydaşlarımızsa milli-mənəvi dəyərlərdən, Azərbaycan kitab və ədəbiyyatdan kənar qalır: xüsusən müasir ədəbiyyatdan xəbərsizdilər. 


3. LAYİHƏNİN ƏSAS MƏQSƏDİ.

Rusdilli yeniyetmə və gənclər üçün Azərbaycan kitablarını, gənc yazıçılarımızın əsərlərini ruscaya çevirəcək, e-kitab formatında hazıranacaq, İnternetdə yerləşdirməklə, sosial şəbəkələrdə yaymaqla ədəbi-mədəni dəyərlərimizi, həqiqətlərimizi gənclər arasında tanıtmaq, real və virtual – şəbəkə təbliğini təşkil etməyi nəzərdə tutur. Rusdilli gənclərin mənəvi-estetik dünyagörüşlərinin formalaşmasından ötrü orta  və gənc yazarların tərcümə əsərlərinin e-variantları şəbəkədə yerləşdiriləcək. 


4. LAYİHƏNİN PRİORETİTLƏRİ.


Respublikamızdakı rusdilli gənclər, turistlər və Rusiyada, MDB ölkələrində yaşayan soydaşlarımız üçün Azərbaycanın orta və gənc nəsil yazıçılarının əsərlərini rus dilində çevirmək, e-kitab formatında hazırmaq, elektron kitabxanada yerləşdirmək, İnternetdə, sosial şəbəkələrdə yaymaq, ədəbi-mədəni dəyərlərimizin dünyada tanıdılması və təbliği istiqamətində fəaliyət qurulur.

Azərbaycan ədəbiyyatını və dilini zəif bilən rusdilli yeniyetmə və gənclər üçün mini-elektron kitabxana yaradılır.

 İnternetdə yazıçılarımızın əsas dünya dillərindən sayılan ruscaya tərcümə edilmiş əsərləri, xüsusən də gənc və orta nəsil yazarların yeni e-kitabları yerləşdirilir.

Kitablarımız və yeni ədəbiyyat nümunələrimi İnternet və sosial  şəbəkələrdə tanıdılır. Gənclər arasında, dünyada yaşayan soydaşlarımız qarşısında milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı, həqiqətlərimizi, estetik-kulturoloji sərvətimizi tanıtmaq-təbliq etmək əsas prioretitetlərimizdəndir.


5. LAYİHƏDƏN FAYDALANANLAR

Azərbaycanda, eləcə də xaricdə yaşayan rusdilli gənclər və yeniyetmələr, gənc və orta nəsil yazarlar, xarici qonaqlar, turistlər və soydaşlarımız, eləcə də İnternet istifadəçiləri, müxtəlif nəsil yazıçı və şairlər, tərcüməçilər, ədəbiyyatçılar, kulturoloqlar, mədəniyyət sahəsinin mütəxəsisləri, İnternet istifadəçiləri, jurnalistlər, tələbələr, beynəlxalq KİV, kitabxanaçılar, dilçilər, filoloqlar, uşaq ədəbiyyatı mütəxəsisləri, xalqşünaslar, sosioloqlar, siyasətçilər və b. Mədəniyyət, ədəbiyyat və kitabla, İnternet texnologiyaları, şəbəkə resursları, elektron kitabxanalarla bağlı apardığı illik sorğu və monitorinqlərin nəticələrindən, eləcə də saytımıza və elektron ünvanlarımıza gələn müraciət, istək və təkliflərdən, təşkilatımız tərəfindən hazırlanaraq ictimai müzakirə və istifadəyə verdiyimiz  www.kitabxana.net – e-itabxanadan 2 ildə 2 260 000 yaxın İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirilib ki, oxucular, xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından – elektron kitabxanadan alır. Kitabın tirajı min ədədi keçmədiyi vaxtda saysız insanın yararlandığı e-kitabların toplandığı İnternetdəki e-itabxananın dəyərini izah etməyə ehtiyac yoxdur.

Layihə həyata keçirilən zaman gənc yazarların əsərləri tərcümə ediləcək, İT-çilər tərəfindən internet resurslarında yerləşdirmək üçün e-kitab formasında hazırlanacaq, rusdilli gənclər üçün mini elektron kitabxana – İnternetdə ədəbiyyat resursu yaradılacaq, sosial şəbəkədə gənc ədəbiyyatsevərlərin köməyi ilə milli-kulturoloji dəyərlərimiz təbliğ olunacaq, orta və ali məktəblərdə, müxtəlif yerlərdə o resursun ictimai təqdimatları keçiriləcək.

İnternet resursunda rus dilində milli kitablarımızı – gənc yazarlarımızın ədəbiyyat nümunələrini yerləşdirləcək, yaradıcı soydaşlarımızı milli İnternet resurslarını zənginləşdirməyə həvəsləndiriləcək, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanacaq, yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılanacaq, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan veriləcək, dünyanın ictimai-mədəni, kulturoloji-intellektual ictimaiyyətinin istifadəsinə mili estetik-intellektual, ədəbi-kulturoloji xəzinəsi verilir. 


6. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ.

Real: Azərbaycan -  Bakı, Abşeron və Sumqayıt. Virtual: Azərbaycan və İnternet dünyası, soydaşlarımızın yaşadığı məkanlar.


7. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR.


1) Layihədə çalışanların müsabiqə yolu ilə seçilməsi. 

2) Əsərlərin toplanması, tədqiqi, tərcüməsi, redaktəsi, nəşrə hazırlanması.

3) Azərbaycandilli  ədəbiyyat, intellektual resursunun - portalın, elektron kitabxananın, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi və əlavə bölmələrinin hazırlanması, genişləndirilməsi.

4) Sosial şəbəkələrdə layihəyə aid fəaliyyətin qurulması, səhifələrin açılması və izləyicilərin cəlb edilməsi, portalının genişləndirilməsi, əlavə proqramının yazılması, materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün hazırlanması, davamlı zənginləşdirilməsi. Sosial şəbəkələrdə bir sıra ədəbi səhifə və resurslar yaradılacaq, təlimlərin materialları virtual olaraq yayımlanacaq.

5) Gənc nəsil yazarların tərcümə əsərlərindən ibarət yeni resursun yaradılması, elektron kitabların hazırlanması.

6) Kitabxananın və başqa elektron daşıyıcıların təqdimat-tanıtım tədbirlərinin təşkili, Virtual Kitabxananın ölkə daxilində və xaricdə təbliği, xarici qonaqlar, turistlər və dünyada yaşayan soydaşlarımız arasında məlumatların paylanması, elektron ünvanlarına tanıtım məlumatların göndərilməsi.

7) Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması.

8) Layihənin monitorinqini və nəticələrini qiymətləndirilməsi.


8.  LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI.


Bu maraqlı kulturoloji-innovativ layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də YYSQ-nin saytında yerləşdiriləcək. Azərbaycan Gənclər Fondu, Milli QHT Forumu, ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, AR Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil Nazirliyi, AR Diaspora Komitəsi, AYB kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multi-mədəniyyəti geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», “Ədalət”, “Bakı-xəbər”, “Mədəniyyət” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, “Space” TV,  İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında) Kulturoloji layihə, Elektron Şəbəkə Resursu, Virtual Kİtabxana haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Layihə başa çatdıqdan sonra Azərbaycan  Gənclər Fonduna və əlaqədar qurumlara layihənin nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Fondun mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və geniş ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.


9. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI.

Layihə həyata keçiriləndən sonra rusdilinə çevrilmiş və rəqəmsal formada hazırlanan elektron kitablar İnternetdə yerləşdirildiyinə görə rusdili gənclər və yeniyetmələrlə yanaşı, dünya oxucusu və Azərbaycan ədəbiyyatı-mədəniyyəti, kitabı ilə maraqlanan istənilən istifadəçi üçün açıq olacaq. Zənginləşdirilən və 3 dildə genişləndirilən İnternet portalı – Milli Virtual Kitabxana genişləndiriləndən sonra Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə layihədə yaradıcı-texniki əməyi olan şəxsləri, tənqidçi və ədəbiyyatşünasların, kitabхana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu mətbuat konfransı və təqdimat mərasimi keçiriləcək, ədəbi resurs geniş ictimaiyyətə təqdim olunacaq, M.F.Aхundov  adına Milli Kitabхanaya (ölkənin ən böyük kitab saхlanğıcısına), Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin şəbəkələrində yaymaqdan ötrü, həmçinin Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabхanalarına, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarına, Azərbaycanın xarici ölkələrdəki elçiliklərinə, diaspora qurumlarına layihə barədə geniş elektron məlumatlar veriləcəkdir. Eyni zamanda mətbuat işçilərinə və ədəbiyyat mütəхəssislərə paylanacaqdır ki, bu da layihənin həm peşəkar ədəbi, həm ictimai tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradacaqdır.

Gələcəkdə elmin və ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək Portallar yaradılacaq, Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin sonrakı mərhələsində şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələri portalda xüsusi yer ayrlacaq. Sonuncu mərhələ kimi  kitablarınn elektron versiyası hazırlanır ki, bu layihə bitdikdən sonra gerçəkləşdirilir və saytın hazırlanması yerli resurslar hesabına gerçəkləkləşdirilir. Gənclər sektoru, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq, Azərbaycan haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.


10. RİSKLƏR.


Layihə həyta keçirilərkən kiçik risklər ola bilər, bu saytların dağıdılması, elektron kitabların pozulması və b. Buna görə də peşəkar İT xidmətlərindən yararlanılacaq.

Ermənistanda Azərbaycan  yazıçılarının, xüsusən də gənc yazarların Qarabağ müharibəsi, onların ağır nəticələri, vətən torpaqlarının azad edilməsi ilə bağlı yazdıqları əsərlər bizə qarşı istifadə edilir: belə ki,  http://azerichild.info/ ünvanlı saytda əsərlərimiz tərcümə edilərək guya gənclərdə və uşaqlarda şiddəti təbliğ etdiyini dünyaya yayırlar. Bu layihə qismən də olsa ona qarşıdır. 


11. NƏTİCƏLƏR.

Mədəniyyət və ədəbiyyat hadisələrinin,  təlim və kursların  təşkili, Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. sahələrdə fəaliyyətini qurub. 

Təşkilat 14 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 12 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 7 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” Layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Virtual Milli Elektron Kitabxana İnternet portalı yaradılıb və fəaliyyət göstərir.


 

Yeni Yazarlar və Sənətçilər Qurumu İctimaiyyətlə Əlaqə və media Bölümü

Kulturoloji layihənin əlaqələndiricisi Aydın Xan (Əbilov)