Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Ənvər Əhməd. "Seçilmiş əsərləri". III cild. Poemalar. Tanınmış şair-alim Ənvər Əhmədin "Seçilmiş əsərləri"nin III Cildinə onun müxtəlif illərdə qələmə aldığı poemaları daxil edilib. Poemalardan ibarət e-toplu!

Müəllif:

Ənvər Əhməd


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Ənvər Əhməd. "Seçilmiş əsərləri". III cild. Poemalar. Tanınmış şair-alim Ənvər Əhmədin "Seçilmiş əsərləri"nin III Cildinə onun müxtəlif illərdə qələmə aldığı poemaları daxil edilib. Poemalardan ibarət e-toplu!


Baxış sayı: 721
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

 “Çağdaş Azərbaycan poeziyası”: Elektron Kitab N  36 (05-34-2014)

 Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net


Ənvər Əhməd


"Seçilmiş əsərləri"


III cild


Poemalar

 

Poetik  toplu


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri N 36 (05-34-2014)

 Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Tanınmış şair-alim Ənvər Əhmədin "Seçilmiş əsərləri"nin III Cildinə onun müxtəlif illərdə qələmə aldığı poemaları daxil edilib. Poemalardan ibarət e-toplu!


Ənvər Əhməd

 

Əhmədov Ənvər Misir oğlu (Ənvər Əhməd) (8 avqust 1943) — şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001).

Ənvər Əhməd 1943-cü il avqustun 8-də Azərbaycanın Kəbirli mahalının Sarıyer yaylağında doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində ibtidai təhsil alandan sonra Bakı statistika texnikumunu bitirmişdir (1961). Ağcabədi rayonundakı Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir (1961-1962).

"Dağ və mən" adlı ilk şeri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1963-1968). Sonra Ağcabədi rayon "Sürət" qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968-1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976-1994) işləmişdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fılialının direktoru (1994-2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi fılialının direktoru (2000-2002) olmuşdur.

Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Problemlər İnstitutunun şöbə müdiri vəzifəsində işləyir. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ fılialının sədri seçilmişdir (1991). Bədii tərcümə ilə ciddi məşğul olur. "M.Ə.Sabirin poetikası" mövzusunda dissertasiya müdafıə etmişdir (1982).


Əsərləri


Nəslimiz (şeirlər). Bakı: Azərnəşr, 1968, 40 səh.

Anamın izləri (şeirlər). Bakı: Azərnəşr, 1974, 45 səh.

Sevgi yurdu. Bakı: Gənclik, 1979, 60 səh.

Sevgi cavan qalır (şeirlər və poemalar). Bakı: Yazıçı, 1982, 80 səh.

Oğullar və qartallar. Bakı: Gənclik, 1985, 100 səh.

Sağlıq olsun (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 86 səh.

Kəfənim qandan biçilər. Bakı: Qorqud, 1995, 90 səh.

M.Ə.Sabir poetikasının bəzi cəhətləri. Bakı: Bilik, 1978, 50 səh.

M.Ə.Sabirin poetikası. Bakı: ADPU-nun nəşri, 1996, 151 səh.

Od qanı (şeirlər, poemalar və dram əsəri). Bakı: Qorqud, 1997, 357 səh.

Qanlı torpaq. Bakı: Qorqud, 1998,

Bu qılınc pas ata bilməz (şeirlər, poemalar). Bakı: Yazıçı, 2000, 200 səh.