Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Татьяна Чаладзе. "Сocтрадание". Tatyana Çaladze. “Həmdərd”. Sənədli-publisitik kitab. T.Чаладзе родилась и выросла в Латвии, работала в местных газетах. В 1992 году приехала в Азербайджан для освещения конфликта...

Müəllif:

Tatyana Çaladze


Kateqoriya:

Xarici müəlliflərin Azərbaycan və Qarabağa aid e-kitabları



Qısa Təsvir:

Татьяна Чаладзе. "Сocтрадание". Tatyana Çaladze. “Həmdərd”. Sənədli-publisitik kitab. T.Чаладзе родилась и выросла в Латвии, работала в местных газетах. В 1992 году приехала в Азербайджан для освещения конфликта, в ходе боев получила ранение. Является автором многочисленных статей о конфликте и истории Азербайджана и Армении. Aydın Xan Əbilov, yazıçı-kulturoloq. "Çağdaş “Qarabağnamələrdüşmənlərimizə intellektual cavab"...


Baxış sayı: 2674
    
    


www.kitabxana.net

 

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən "Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı" kulturoloji layihəsi çərçivəsində təqdim edilir.

http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın dəstəyilə Xarici müəlliflərin Azərbaycan və Qarabağa aid e-kitabları Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 34  (01 - 2014)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

YYSQ - http://www.yysq.org

ARPYQHTDDŞ - http://www.cssn.gov.az


Татьяна Чаладзе

 

СОСТРАДАНИЕ

 

Tatyana Çaladze

 

“Həmdərd”

 

Sənədli-publisitik kitab

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

 

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

 


Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


T.Чаладзе родилась и выросла в Латвии, работала в местных газетах. В 1992 году приехала в Азербайджан для освещения конфликта, в ходе боев получила ранение. Является автором многочисленных статей о конфликте и истории Азербайджана и Армении.

 

 

Aydın Xan Əbilov,

 

Yazıçı-kulturoloq


ÇağdaşQarabağnamələr: düşmənlərimizə intellektual cavab

 

Azərbaycan Respublikası dövlət müstəqilliyinə ikinci dəfə nail olandan sonra ölkəmizdə xaricdə, yaxın həm uzaq keçmişimizdə baş verən mürəkkəb ictimai-siyasi, ədəbi-mədəni hadisələri əks etdirən onlarla kitab nəşr olunub, saysız-hesabsız sənədli-publisistik yazılar işıq üzü görüb. Bu nəşr materiallarında 20-ci yüzildə Azərbaycan xalqının qarşılaşdığı bir çox qanlı faciələrdənQarabağ müharibəsi, Ermənistan-Azərbaycan münaqişəsi, milli-azadlıq mübarizəsi, 20 Yanvar hadisələri, Xocalı soyqırımı, müxtəlif deportasiyalar represiyalar barədə tarixi fakt sənədlərlə danışılır, əsl həqiqət respublika dünya ictimaiyyətinin nəzərinə, ocümlədən gənc nəslin diqqətinə çatdırılır. İrihəcmli əsərlər sırasında müxtəlif illərdə ölkəmizdə işıq üzü görmüş ədəbiyyatlara nümunə kimi yerli müəlliflərdən Bəxtiyar Vahabzadənin «Şənbə» gecəsinə gedən yol, «Tofiq Şirinovun «Qarabağın İlqarı», Əşrəf İbrahimovun «Şahid şəhidlər haqqında», Vaqif Arzumanlı ilə Nazim Mustafayevin «Tarixi qara səhifələri, deportasiya, soyqırım, qaçqınlıq», Nəsiman Yaqublunun «Xocalı qırğını», Könül Nazimqızının «Çingiz ömrü», Ziyəddin Sultanovun «Xocalı faciəsi», Vasif Səmədov ilə Salar Aslanovun «Vətən üçün lazım gəlsə», Tofiq Köçərli «Qarabağ: yalan həqiqət», Vilayət Quliyevin «Azərbaycanda erməni zülmü», Rafiq Səməndərin «Şəhidlər», Abdulla Qurbaninin «Şəhidlər danışır», Qulu Kəngərli «Erməni lobbisiAzərbaycan faciəsi» başqalarının kitablarını, həmçinin əcnəbi müəlliflərdən Robert Arakelovun «Dağlıq Qarabağ: faciənin müqəssirləri məlumdur», Yuri Pompeyevin «Qarabağ qan içində», Tatyana Çaladzenin «Qarabağ: müharibədəki simalar» (Foto-albom), «Həmdərd» kimi yüzlərlə tarixi-publisistik, bədii-sənədli nəşrlər milli, eləcə xarici oxucuları, xüsusən gənclərimizin diqqətini bir neçə cəhətinə görə daha çox cəlb edir. Azərbaycanda ölkəmiz ətrafında yaxın keçmişdə baş verənlər haqqında adları sadalanan tarixi-sənədli nəşrlər həm gənclərimizə, həm gələcək nəsillərə çağdaş tariximizin əsl həqiqətlərini çatdırmaq işində əvəzolunmaz, qiymətli mənbələrdir.

Çağdaş tariximizin az işıqlandırılmış səhifələrinə nəzər salınan, üzdəniraq qonşularımızın sovet imperiyasının xalqımızın başına gətirdikləri müsibətləri unutmağa qoymayan əsərlərə gənclərimizin daha böyük ehtiyacı var.

Eyni zamanda onu da qeyd edək ki, respublikamızın bütün bölgələrində dövlət müstəqilliyimiz torpaqlarımız uğrunda vuruşmuş, canlarını fəda etmiş şəhid olmuş xalqımızın igid, qəhrəman övladları haqqında çoxlu ədəbiyyat, soraq kitabları çap edilmişdir ki, onların hamısının adını qeyd etmək belə imkan xaricindədir.

Maraqlı cəhət odur ki, artıq ədəbiyyatşünas alimlərimiz, tədqiqatçı-filoloqlar bu mövzuda yaranmış əsərlər haqqında araşdırmalar aparır, monoqrafiyalar yazırlar ki, onlardan da nümunə kimi Elçin Mehrəliyevin «Müharibə ədəbiyyat» Mərziyə Nəcəfovanın «Qarabağ mövzusu bədii publisistikada (90-ci illər başqa elmi əsərləri göstərə bilərik.

Bu istiqamətdə araşdırmalar apararkən, xüsusilə bir müəllifin həm kitabı, həm son illərdə keçdiyi həyat yolunu öyrənəndə, çox maraqlı məsələlərlə qarşılaşdıq. «Mən bu kitabı məhz yetim uşaqların göz yaşlarının, qaçqınların əzab-əziyyətlərinin valideynlərin kainata sığmayan kədərinin mərkəzi olan Azərbaycanda yazmağa qərara aldım…» - Latviyalı jurnalist, vaxtilə Qarabağ müharibəsində vuruşaraq yaralanmış sonralar Ermənistan ilə Azərbaycan arasındakı münaqişələrin əsl həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan ötrü bir çox məqalələr, kitablar yazmış Tatyana Saladzenin Bakıda – «Azərbaycan» nəşriyyatında, rusca işıq üzü görmüş «Sostradanie» («Həmdərd») sənədli-publisistik əsəri bu sözlərlə başlayır. Ötən yüzilliyin son illərində respublikamızda baş vermiş ictimai-siyasi proseslər, Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ müharibəsi, bir milyondan çox qaçqın didərginlərimiz barədə ölkəmizdə çoxlu sayda kitablar buraxılsa da, əcnəbi müəllifin tarixi fakt sənədlərlə zəngin olan bu əsəri əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdə qiymətli mənbədir.

Kitab 1993- il oktyabrın 10-da ümummilli liderimiz o zamankı ölkə Prezidenti Heydər Əliyevin andiçmə mərasimində söylədiyi çıxışı ilə açılır.

Müəllifin qısa ön sözündə vurğulanır: «Jurnallistik, əsl həqiqətdə, xüsusi peşədir biz ancaq Tanrı qarşısında cavab verməliyik». Yalnız rastlaşdığı hadisələri, şahidlərin söylədiyi, sənədlərlə təsdiqlənən həqiqətləri yazmağı qərara aldığını yazan müəllif iki hissəyə ayırdığı kitabının əvvəlində Azərbaycana üçün gəldiyini göstərir. Keçən əsrin 90- illərindən etibarən Latviya mətbuatında Azərbaycana qarşı birtərəfli, qərəzli yazıların getməsinə etiraz əlaməti olaraq respublikamıza səfər etməsindən, Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri öyrənib dünyaya çatdırılmasından yazan T.Çaladze ikinci hissədə bir çox elmi məxəz ədəbiyyatlardan bəhrələnərək regional münaqişənin tarixinə diqqətlə nəzər salır. Döyüşçü-jurnalist, qəzet materialları, müharibə qurbanlarının aqibətini əks etdirən faktları göstərməklə, özünəməxsus üslubda, maraqlı bir sənədli-publisistik əsəri oxucularına təqdim edir.

Müəllifin döyüşçü dostlarının şəkilləri verilmiş kitabda vaxtilə respublikamızın Rusiya Federasiyasının dövri mətbuatında dərc olunmuş məlumatlara da nəzər salınır. 1990- ilin qanlı 20 Yanvar hadisələrinin qurbanları barədə geniş söhbət açılır, o dövrlərdə sovet ordusunun vəhşiliklərinin canlı şahidləri olmuş insanların dediklərini ürəkağrısı kimi verir. Bir sıra kiçik yanlışlaqlara baxmayaraq, Tatyana Çaladzenin bu dəyərli əsərini yüksək qiymətləndirir gələcəkdə bu istiqamətdə apardığı axtarışların bəhrəsi kimi yeni-yeni əsərləri ilə oxucuların görüşünə gələcəyinə inanmaq istərdik.

Baltikyanı respublikadaLatviyada yaşamış, vaxtilə Azərbaycana gəlmiş Qarabağ müharibəsində iştirak edərək yaralanmış Tatyana Çaladze bir zamanlar Latviya Xalq Cəbhəsinin fəal üzvü kimi ölkəmiz barədə həqiqətləri, həmçinin ermənilərin Qarabağla bağlı tarixi özlərinə sərfəli şəkildə saxtalaşdırmalarına qarşı kəskin məqalələr yazmışdır. Ölkəmizin hələ indi informasiya blokadasında olduğunu xatırlasaq, əcnəbi müəllifin qələmə aldığı kitabın əhəmiyyətli bir mənbə olduğunu nəzərə alsaq, belə müəlliflərə dövlətimiz xalqımız tərəfindən mənəvi-maddi dayaq çox vacibdir. Bu kitabı lazım gəlsə, Avropa Şurasının tədbirlərində iştirakçılara paylamaqla düşmənlərimizin xaricdəki güclü diasporalarının köməyi ilə ölkəmiz ətrafında qurduqları süni informasiya blokadasının dağıtmaq mümkündür.

Bu cür kitabların yeniyetmə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsindəki müsbət əhəmiyyətini qeyd etmək yerinə düşərdi. «Həmdərd» kitabının üstün cəhətlərini sadalayan zaman bildirmək yerinə düşər ki, respublikamızdan uzaqda yaşamış əcnəbi yazarın tarixi fakt sənədlərlə zəngin olan əsəri ilə dünya ictimaiyyətinə ölkəmiz barədə həqiqətləri, xalqımızın başına gətirilən müsibətləri, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi barədə dolğun, düzgün məlumatları çatdırması gənc nəslə bir örnək olmalıdır.

«Mənim qəlbim erməni variantını qəbul etmirdi…» - deyə yazan müəllifin məlum hadisələrin iştirakçısıcanlı şahidi kimi araya-ərsəyə gətirdiyi bu kitabı rus erməni mətbuatının yaydığı, əsl həqiqətləri təhrif edən yalan informayalara qarşı yaxşı bir intellektual mübarizə vasitəsidir.

Qeyd etmək yerinə düşərdi ki, çox vaxt dərdlərimizi yerli KİV- işıqlandırmaqla özümüzə təsəlli veririk əsl həqiqəti xaricdə, əcnəbi dillərlə yazmağın vacibliyini unuduruq. Bu cür kitablar yazmağın, aparıcı dillərə sevirərək yaymağın həm dünya ictimaiyyəti, həm özümüz üçün çox önəmi var.

Aydın məsələdir ki, indiki qloballaşma dövründə Pribaltikadan gəlmiş, millətcə latış olan, gürcü soyadını daşıyan, rusca ErmənistanAzərbaycan münaqişəsindən yazan müəllifə Avropada daha çox inanarlar. Altı ay Bərdə rayonundakı qaçqın düşərgəsində yaşamış Tatyana Çaladze bu müddət ərzində «Üçüncü minilliyin soyqırımı salnaməsi» adlı layihə üzərində işləyib. Kitabının ikinci hissəsini yazmaqla yanaşı, bədənində güllə yarası gəzdirən qaçqın uşaqlarının azərbaycanlılara qarşı əsl soyqırımın aparılması faktını təsdiqləyən canlı sübut olduğunu görür. Qaçqınların başına gətirilən müsibətləri sübutu kimi sənədlər toplayan Tatyana Çaladze Avropa İnsan Haqları Məhkəməsinə ermənilərin vəhşilikləri ilə bağlı müraciətlər edir. Müəllif kitabının ikinci hissəsi ilə sanki Azərbaycan xalqına qarşı apardıqları siyasətəmənəvi, maddi psixoloji zərbələrə görə əvvəl-axır ermənilərindüşmənlərimizin cavab verəcəyini göstərmək istəyir.

Fikrimizcə, Tatyana xanımın gördüyü bu işlər, yazdığı kitablar ermənilərin yalançı təbliğatına qarşı əsl intellektual-hüquqi cavabdır