Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Duyğu yağışları". Poetik toplu. Tanınmış istedadlı şairə-publisit, Prezident təqaüdçüsü Nisə Bəyimin son illər qələmə aldığı şeirlədən ibarət e-toplu...

Müəllif:

Nisə Bəyim


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Nisə Bəyim. "Duyğu yağışları". Poetik toplu. Tanınmış şairə-publisit Nisə Bəyimin son illər qələmə aldığı şeirlədən ibarət e-toplu...


Baxış sayı: 702
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

 “Çağdaş Azərbaycan poeziyası”: 33 (03-32 - 2014)

 Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Elektron Kitab N 33  (03-32 - 2014)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net


Nisə Bəyim


Duyğu yağışları


Poetik toplu

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri N 33 (03-32-2014)

 

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Tanınmış şairə-publisit Nisə Bəyimin son illər qələmə aldığı şeirlədən ibarət e-toplu!


Kitabxanamızda Nisə Bəyimin başqa e-kitabları

 

 

http://kitabxana.net/?oper=readBook&id=1456

"Aran fraqmentləri..." Tanınmış şairənin oxunaqlı poetik əsərləri və maraqlı esseləridən ibarət kitabı…  

http://www.kitabxana.net/?oper=readBook&id=1334

"Qürub rəngləri": 

 http://kitabxana.net/?oper=readBook&id=1486

 

Şairə Nisə Bəyimin fərdi saytı:


 http://www.nisebeyim.com/


Səsli şeiri: http://www.youtube.com/watch?v=AEz_W2Vsck4

 


Nisə Bəyim

(Rəhimova Nisəbəyim İsmayıl qızı)


Nisə Bəyim (Rəhimova Nisəbəyim İsmayıl qızı) 1955-ci il,06 mart tarixinndə Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur.Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərin dən,anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir 1961-ci ildə Sabirabad şəhərində M.Müşfiq adına 4saylı orta məktəb daxil olub,1971-ci ildə həmin məktəbi bitirmişdir.1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M.Müşfiq adına 4saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdəAzərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır.Yaradıcılığa tələbəlik illərindən başlasa da,Azərbaycan mətbuatında 1988-ciildən çap olunur.,,Vətən mənəm” adlı şeiri 1988-ci ildə ,,Azərbaycan müəllimi”qəzetində çap olunur.Bu vaxtdan etibarən onun yazıları ,,Azərbaycan”, ,,Ulduz” , ,,Gənclik” , ,,Azərbaycan qadını” ,,,Pəncərə” və digər dərgilərdə,müxtəlif saylı qəzetlərdə, Tehranda nəşr olunan ,,Yol” jurnalında , ,, Yaşıl budaqlar”, ,,Vətən sevgisi”, ,,Min beş yüz ilin oğuz şeiri”, ,,Poeziya günü”, ,,Aran” toplu və almanaxlarında dərc olunmuşdur.,,Arazım,xan Arazım” ,,İlahi vaxt”, ,,Əbədiyyət”, ,,Himn” ,,,Ürək simfoniyası” poema ları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilmişdir. Müxtəlif mövzularda 12 poema-sı vardır.Poemaların adları: ,,Əbədiyyət” , ,,Arazım,Xan Arazım…” ,,Himn” , ,,İlahi Vaxt”, ,,Ulduz səsləri “, "Göy ,Dəniz, Göyqurşağı” , ,,İlğım” , ,,Suqovşan”, ,,Toy “ , ,,Söz haqqında söz”, ,,Böyük Adam”, ,,Ürək simfoniyası”.

,,Vətəndən Vətənə durnalar uçur” ilk şeirlər kitabı 1990-cı ildə ,,Gənclik” nəşriyyatında çapa hazırlansa da ,ölkədə baş verən ictimai-siyasi böhran nəticəsində işıq üzü görmür. İndiyə kimi onun aşağıdakı kitabları nəşr olunmuşdur:

 

 

Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər,,,Dəniz yuxusü”, ,,Günəş ovu “, ,,Doğmalıq “hekayələri, ,,İtirilmişlərdən biri” , ,,Bütün həqiqətlər sözlərdədir” , ,,Poeziya haqqında”, ,,Sorun ki,bu nə sevdadır”, ,,EyYaziq,sənə zülm eləmişlər”, ,,Bütün həqiqətlər məndədir…”, ,,KLASSİK NOTLAR”, ,,ARAN uşağı haqqında hekayət”, ,,BAĞLI VAXT “ esse və publisist məqalələri də maraqla qarşılanmışdır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uğurlu poeziya nümunələrinə görə ,,İsa İsmayılzadə adına” (2000-ci il) və ,,Nigar Rəfibəyli adına” (2006) Azərbaycan Yazıçılar Birliyinin mükafatına layiq görülmüşdür. 2008- ci ildə Azərbaycan YazıçılarBirliyinin bir illik (hər ay 300 manat olmaqla) pul mükafatını almışdır.Prezident təqaüdçüsüdür.Hal-hazırda ədəbi yaradıcılığını davam etdirir.