
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual-Elektron Kitabxana
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" Elektron kitab N 06 (54- 2016)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini qismən maliyyələşdirirlər:
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu: http://youthfoundation.az
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org
Zəminə Xınalı
"Qəhrəman Həzi"
(Pоema)
Müəllif redaktəsində.
YYSQ tərəfindən e-nəşrə hazırlanıb. Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2016
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Zəminə Xınalı (Zəminə Məhəmməd qızı Bayramova). Qəhrəman Həzi (pоema). Bakı - “Təknur” - 2015. 124 səh.
Ön söz: Çingiz Abdullayev - “Şöhrət ordenli” xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi
Rəyçi: Hüseynbala Mirələmov - Millət vəkili, yazıçı-dramaturq, texnika elmləri doktoru, professor
Redaktor: Tariyel Abbaslı - filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü
“Qəhrəman Həzi” poeması hərbçi-şairə Zəminə Xınalının oxucularla növbəti görüşüdür. "Qəhrəman Həzi" poeması iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları General-Mayoru Həzi Aslanovun əfsanəvi qəhrəmanlığına həsr olunmuşdur. Şairə poemada Həzinin uşaqlıq illərindən, yeniyetməliyindən və keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, dolğun bir əsər yaratmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Əsərdəki döyüş epizodlarının təsvirində tədqiqatçı Musa Bağırovun “Sərkərdənin taleyi” kitabından istifadə olunmuşdur.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" silsiləsindən olan e-kitablarla buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=174
Feysbuk səhifəmiz:
Sosial şəbəkələrdə Azərbaycan multikulturalizminin və tolerantlığının təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, bu sahələr üzrə İnternet resurslarımızı - elmi-intellektual sərvətlərimizi, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs burada: https://www.facebook.com/YeniYazarlar
Zəminə Xınalı
1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur[1]. Kənddə orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumunun analitik kimya fakültəsində təhsil almışdır (1981-1984). Əmək fəaliyyətinə Sumqayıt Kimya İstehsalat Birliyində laborant kimi başlamışdır(1984-1986). Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) işləmişdir. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsilini davam etdirmiş, hərbi jurnalistika fakültəsini bitirmişdir (1996-1998). Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində uzun müddət Qadınlar Şurasının sədri, eyni zamanda Azərbaycan Ordusu qəzetində ştatdankənar müxbir işləmişdir (1996-2001).
2013- cü ilə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçu kimi xidmət etmiş və həmin ildən ehtiyata buraxılmışdır.Hal- hazırda MN H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiridi. 2007-ci ildən Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin məzunudur.2015- ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Ədəbi fəaliyyətinə XX əsrin 80-ci illərindən başlamışdır. Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəbləri - H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Dünya Azərbaycanlılarının Həmrəylik marşının və Azərbaycan Sülhməramlı Qüvvələrinin Sülh marşının sözlərinini müəllifidir. Hərbi vətənpərvərlik mövzusunda 30-dan çox mahnı mətninin sözlərini yazmışdır. "Təki Vətən yaşasın" adlı mənzum pyesi, "Ali Baş Komandanım" adlı sənədli pyesi əsasında radio-tamaşa hazırlanaraq radionun qızıl fonduna daxil edilmişdir. Zəminə Xınalının 15-dən çox kompakt disk və audio-kasseti kütləvi şəkildə çap olunmuşdur. "Azərbaycan Silahlı Qüvvələrinini 90 illiyi" yubiley medalı, "Qüsursuz Xidmətə görə" medalı ilə təltif edilmişdir. 22 kitabı çap olunmuşdur.
Kitabları
1. "Mənim cəsur qardaşım" - 1997
2. "Yarı yolda qalan ömür" - 1998
3. "Üç qardaş, üç pəhləvan" - 1998
4. "Müqəddəs zirvə" - 2000
5. "Ömrün bahar çağında" - 2001
6. "20 Yanvar - ümumxalq matəm günüdür" - 2001
7. "Tanrı sevgisiylə döyünən ürək" - 2002
8. "İncə duyğularla yaşayacaqsan" - 2002
9. "Hər şeydən əzəl Vətəndir" - 2002
10."Müqəddəs Vətən" - 2002
11. "Sarıtel laylası" - 2005
12. "Qarabağı unutma" - 2005
13. Hərbi Məktəblərin Banisi - 2006
14. "Tənha türk məzarı" - 2007
15. "Vətən sevgisi" - 2007
16. "Təki Vətən yaşasın" - 2008
17. "Qaçaq İsmayıl" dastanı - 2008
18. "Vətən bizim anamızdır" - 2009
19. "Ağ atlı oğlan" - 2009
20. "Əmirxan əsgər gedir" - 2009
21."Vətən torpaqı" - 2010
22. "Ali Baş Komandanım" - 2010
Z.Xınalının təltif olunduğu fəxri diplomlar
1. Məmməd Araz - 2002
2. "Məhsəti" - 2004
3."İnam Şərəf" - 2004
4. "Vətən" - 2007
5. "Mübariz qadın" - 2007
6. "Vətən naminə" - 2007
7. "Qızıl qələm" - 2008
8. "Vicdanlı qələm" - 2008
9. "Müqəddəs qələm" - 2009
10. "Əsrin ziyalısı" - 2009
11."Qaratel" - 2010
12. "Onur Belgesi"- Türkiyə-Eski şəhər - 2010
Z.Xınalının təltif olduğu medallar
1."Silahlı Qüvvələrin 90 illik yubileyi" medalı - 2008
2. "Qüsursuz xidmətə görə" medalı - 2009
Z.Xınalının diskləri və kassetləri[redaktə | əsas redaktə]
1."Dağ biyda dərdim var" - 1999
2. "Qarabağı unutma" - 2000
3. "H.Əliyev adına AAHM Məktəb marşı" - 2000
4. AAHDM-nin Məktəb marşı - 2000
5. ""Sarıtel l aylası - 2000
6. "Vətən müqəddəsdir" - 2001
7. "Tənha türk məzarı" - 2001
8. "Layla çal, ay ana" - 2002
9. "Əsgər libasında qadına alqış" - 2002
10.Dünya Azərbaycanlılarının Həmrəylik marşı- 2003
11.AAHTM-nin məktəb marşı - 2004
12. "Şəhriyar" - 2005
13."Ötən illərimdan xatirə" - 2007
14.Ali Baş Komandanım" sənədli pyes - 2008
15. "Təki Vətən var olsun" mənzum pyes - 2008