ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 05 (51- 2016)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org
Miraziz Seyidzade
Door of knowledge
Qazi Hacı Mirəziz Seyidzadə
Elmin qapısı
Scientific consultant: Sheikhulislam Haji Allahshukur Pashazade, professor
Reviewers: Haji Sabir Hasanli, candidate of theological studies
Haji Salman Musayev, mufti
Editors: Haji Niyaz Niftiyev
Haji Said Seyidzade
Translators: Firidun Agazade
Rubaba Atakishiyeva
Haji Miraziz Seyidzade. Door of Knowledge, Baku, 2008. 616 pages.
The book comprises lifetime facts of Imam Ali (A.S.), his period of Imamate, his gazavats, nobilities, his wise sayings and letters to separate governors and decrees the Imam issued. The edition was compiled on the basis of documents collected from the works of distinguished religious scholars, is oriented to large circle of readers, investigators, scientists, tutors of higher educational institutions and students.
Elmi-ədəbi redaktə və bütün hüquqlar kitabı nəşrə hazırlayanlara məxsusdur
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı - 2016
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.
"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=175
"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk səhifəsi:
https://www.facebook.com/groups/yenikreativ/
Seyidzadə Mirəziz Mirəsgər oğlu
1949-cu il fevral ayının 14-də Masallı rayonu Türkoba kəndində anadan olub. Təhsili: 1958-1968-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib.
1968-1974-cü illərdə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb.
1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şübəsini əla qiymətlə başa vurub.
1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub.
Elmi dərəcəsi və elmi adları: 2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib.
2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. Əmək fəaliyyəti: 1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb.
1984-1988-ci illərdə Masallı şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub.
1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib.
2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiridir. 2014-cü ildə dünyasını dəyişib.
Kitabları:
1. "İmam Əlinin qısa kəlamları" (Tərcümə. 30 səh.) Bakı-1991.
2. "İslami söhbətlər" (Dərslik, 448 səh.) I hissə. Bakı-1996.
3. "Allahımı belə tanıdım" (141 səh.) Bakı - 1998.
4. "İslami söhbətlər". (Dərslik. 524 səh.) II hissə. Bakı - 2002.
5. "İslami söhbətlər" (Dərslik. 688 səh. Yeni nəşr). Bakı - 2003.
6. "Bulud ağlamasa". (209 səh.) Bakı - 2006
7. "Elmin qapısı" (650 səh.) Bakı - 2008
8. "Divan" (472 səh.) Bakı-2008.
9. “İslami söhbətlər” (Rus dilində, “İslamskie besedı” 502 səh.) Bakı-2009
10. “Elmin qapısı” (İngilis dilində, “Door of knowledge”, 619 səh.) Bakı-2009
11. “İmam Əlinin (ə) qısa kəlamları”, (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010
12. “İslam olduğu kimi”, (447 səh.) Bakı-2011
13. “Yaradan axtarışında”, (230 səh.) Bakı-2013
Məqalələri:
1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir.
İctimai fəaliyyəti:
1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının üzvüdür. "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. 2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi cameədə “Əziz Pünhan” təxəllüsü ilə çıxış edir.
Qafqaz Müsəlmanları İdarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvüdür. 1991, 1993, 1996, 1998, 2004 və 2011-ci illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub.
Ailə vəziyyəti:
Ailəlidir, beş övladı var.