Telman Ümman Tircanlı. "Ruhumuz sözlə bələnib". Şeirlər və publisitika kitabı. Kitabda məhsuldar müəllifin şeirlər və publisistik məqalələr yer almışdır.
Elman Quliyev. "Türk xalqları ədəbiyyatı".Dərslik tədris proqramına uyğun yazılmışdır. Kitabda türk xalqları ədəbiyyatının (Türkiyə türk, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur.
"Ədəbi körpü". İmadəddin Nəsiminin 650 illik yübileyinə həsr olunmuş xüsusi buraxılışı. XII sayı. İran - Güney Azərbaycanda hazırlanan elektron ədəbi dərgi. Azərbaycan dilində, mətnlər, cənubda yaşayan soydaşlarımıza görə, ərəb qrafikalı əlifbayla da verilir.
"Nəsimi yaradıcılığı və təriqqət ədəbiyyatı: sufizm, hürufizm" (Yaqub Babayev. ). Qədim İslamı gizlin elmlərinin - müsəlman sivilizasiya tarixində - söz-fəlsəfi fikrində sufizmin və hürufizmin inkişafında mütəfəkkir şairlərin, xüsusən Nəsiminin rolu haqqında maraqlı tədqiqat əsəri.
Hüseynbala Mirələmov. "Son səfər". Nəsimi haqqında yeni povest. Tanınmış istedadlı yazıçı H.Mirələmovun Azərbaycan bədii və fəlsəfi fikrində müstəsna yeri olan şair, mütəfəkkir İmadəddin Nəsimiyə həsr etdiyi "Son səfər" əsəri "Apostrof-A" nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan povest Azərbaycan ədəbi mühitinə və "Nəsimi ili"nə mühüm töhfədir.
Zaur Ustac. "Qələmdar".Məqalələr. E-kitab Bayram Bayramovun 100 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Bu kitab dahi yazar Bayram Bayramovun (1918 - 1994) anadan olmasının 100 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Kitabda layihənin təşəbbüsçüsü və rəhbəri şair-publisist Zaur Ustacın ayrı-ayrı vaxtlarda müxtəlif KİV (EKİV) - də yayımlanmış gənc yazarlara tövsiyə xarakterli məqalələri toplanmışdır.
Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl. "İraq Divanı". Bakıda vaxtilə - 1987-ci ilin nəşinin latın qrafikasına çevrilmiş variantı. Tərtib edən - Qəzənfər Paşayev. Redaktor, lüğət və şərhlər – Məmmədəli Əsgərov.
"Professor Elman Qulyev: Ömür səhifələri". Elmi-ədəbi publisitika kitabı toplusu.Kitabda görkəmli ədəbiyyatşünas-alim, ədəbi tənqidçi, tanınmış ziyalı E.Quliyevin şərəfli ömür və məhsuldar elmi-pedoqoji fəaliyyəti işıqlandırılır.
"İmadəddin Nəsimi. 650 illik poetik-fəlsəfi yol". Elmi-ədəbi, poeziya almanaxı. İki cilddə. Birinci cild. Kağız kitabın e-variantı. Hazırlayanı və redaktoru: Aydın Xan Əbilov. Almanaxda “Nəsimi-650” yubiley ili münasibəti ilə cavan təqdiqatçıların, eyni zamanda, yeni nəsil şairlərin mütəffəkkir, lirik-fəlsəfi söz sənətkarı İmadəddin Nəsimi və Nəsimişünaslıq mövzusunda yeni elmi-tənqidi məqalələri, eləcə də poeziya nümunələri yer alıb.