Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Telman Ümman Tircanlı. "Ruhumuz sözlə bələnib". Şeirlər və publisitika kitabı. Kitabda məhsuldar müəllifin şeirlər və publisistik məqalələr yer almışdır.

Müəllif:

Telman Ümman Tircanlı


Kateqoriya:

Kreativ innovasiya: yazıçıların e-kitab və ədəbi-mədəni biznesləri



Qısa Təsvir:

Telman Ümman Tircanlı. "Ruhumuz sözlə bələnib". Şeirlər və publisitika kitabı. Kitabda məhsuldar müəllifin şeirlər və publisistik məqalələr yer almışdır.


Baxış sayı: 731
    
    


www.kitabxana.net -  Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  "Çağdaş ədəbi-bədii publisitka" kulturoloji layihə. Elektron Kitab N 108  (06 - 2019)

 

Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: http://www.yysq.kitabxana.net 


Telman Ümman Tircanlı


"Ruhumuz sözlə bələnib"


Şeirlər və publisitika kitabı


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2019

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


Telman Ümman Tircanlı. "Ruhumuz sözlə bələnib". Şeirlər və publisitika kitabı. Kitabda məhsuldar müəllifin şeirlər və publisistik məqalələr yer almışdır.


Müəllifdən


"Şüurdan o tərəfdə yerləşən nəsə var və o zaman-zaman, ay işığı qara buludları yarıb keçən kimi, şüurumuza sızır"-demiş filosof Artur Şopenhauer. 
Şüurdan o tərəfdə yerləşən nəsnələr bir yana,insan şüurunun dərk edəcəyi hüdudda anlaya bilirmi? Bəlkə də bilir, ya da əksinə. Insanların böyük çoxluğu xoşbəxt olmaq istəyir. Amma xeyirxahlıq etmək fikrinə gələndə tərəddüd keçirirlər.
Bir varlıdan soruşurlar: - "Bu qədər sərvəti necə əldə etmisən?
Varlı deyir: Allahımla bəhsə girdim, bu qədər varlandım. Bu necə ola bilər?-soruşurlar. O da cavabında belə deyir: Allahım məni varlandırdıqca mən də insanlarla paylaşdım."
Şüurlu insan əxlaqlı, səxavətli və xeyirxah olmasa onun bütün çabaları boş və mənasızdır.


Hökmün böyük, ey Allahım,
Mən yolumu azmadım heç.
Sözdür mənim tək silahım,
Haqsız bir söz yazmadım heç.

Vətən anam, millət varım,
Qürurum, həm iftixarım.
Vardır düz əhdim, ilqarım,
Düz fikri min yozmadım heç.

Yaradan "Ol"dedi, oldum,
Ahıl yaşa gəlib doldum.
Dərsimi həyatdan aldım,
Ayaq altı qazmadım heç.

Uzaq durdum pis vərdişdən,
Yapışmadım tərs bir işdən.
Mərdlik öyrəndim gərdişdən,
Haqq yazanı pozmadım heç.


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.