Ziyadxan Əliyev. “Nəsimi dünyası rənglərin işığında”. Rəngkarlıq. Heykəltəraşlıq. Qrafika. Dekorativ-tətbiqi sənət. İncəsənət - sətətşünaslıq toplu-albomu. Bu kitabda Azərbaycan və xarici ölkə sənətkarlarının dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır. İlk dəfə bir kitabda yer alan bu əsərlərin timsalında hürufi şairin əqidəsi uğrunda apardığı mübarizənin ən müxtəlif səhifələri ilə tanış olmaq mümkündür.
“İmadəddin Nəsimi. 650 illik poetik-fəlsəfi yol”. Elmi-kütləvi toplu. III e-Cild. Kitabda “Nəsimi-650” yubiley ili münasibəti ilə müxtəlif tədbirlərin, layihələrin, görüşlərin materialları, elmi-filoloji məqalələrdən seçmələr yer alıb.
"Əbədiyyət günəşi. Nəsimi – 650". Elmi-publisitik toplu. "Kaspi” qəzetinin "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə "Nəsimi ili” çərçivəsində təşkil etdiyi "Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsin materialları.
İmam Əbu Zəkəriyya Yəhya ibn Şərəf ən-Nəvəvi. "Qırx hədis və şərhi". Oxuculara təqdim olunan bu kitabda İslam dininin hər bir sahəsini əhatə edən hədislər toplanmışdır. Bu səbəbdən də İslam dinini öyrənmək istəyən hər kəsə məsləhətdir ki, elmin ilkin mərhələsində, bu kitabdakı hədisləri, şərhi ilə birlikdə oxuyub-öyrənsin, onları əzəbərlədikdən sonra başqalarına da öyrətsin. Bu kitab yazıldığı gündən bəri, İslam alimləri onu təqdirəlayiq hesab etmiş, onu çox tərifləmiş və öz tələbələrinə onu oxuyub-öyrənməyi məsləhət görmüşlər.
“Ədəbi körpü”. Aylıq ədəbi e-dərgi. XllI sayı. İranda - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin yeni - XIll sayında da o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri yer alıb.
Seyyid İmadəddin Nəsimi. "40 qəzəl". Mütəfəkkir şairin fars dilində, azərbaycancaya sətri və bədii tərcümədə qəzəllər toplusu. Fars dilindən bədii və sətri tərcümə: Dalğa Xatınoğlu. Şairin fars dilindən tərcümə edilmiş bu şeirləri Azərbaycan oxucusu üçün yenidir.
"İmadəddin Nəsimi - 650". "Azərbaycan Şərqşünaslığı" elmi-kütləvi jurnalın dahi mütəfəkkir şair İmadəddin Nəsiminin fəlsəfəsinə, hürufizmə həsr olunmuş xüsusi buraxılışı.
Məlahət Hümmətqızı. "Qız anası". Povest və hekayələr kitabı. Bu nəşr Məlahət Hümmətqızının sayca üçüncü və ilk nəsr kitabıdır. Kitaba daxil edilmiş povest və hekayələrin əsas mövzusu qadın taleyidir.
Сеид Имадеддин Насими. Imadaddin Nasimi. “İmadəddin Nəsimi. 650 illik poetik-fəlsəfi yol”. IV e-Cild. Elmi-kütləvi e-toplu. Dünya dillərində materiallar. Elektron kitabda "İ.Nəsimi-650” yubiley ili münasibəti ilə dünyanın aparıcı dillərində, filoloq- alimlərin, cavan təqdiqatçıların materialları, eyni zamanda dahi mütəffəkkir şair, lirik-fəlsəfi söz sənətkarı İmadəddin Nəsimi və Nəsimişünaslıq mövzusunda elmi-kütləvi məqalələri yer alıb.
“İmadəddin Nəsimi. 650 illik poetik-fəlsəfi yol”. Elmi-kütləvi toplu. II e-Cild. Kitabda “Nəsimi-650” yubiley ili münasibəti ilə müxtəlif nəsil filoloq- alimlərin, cavan tədqiqatçıların dahi mütəffəkkir şair, lirik-fəlsəfi söz sənətkarı İmadəddin Nəsimi və Nəsimişünaslıq mövzusunda yeni elmi-tənqidi məqalələri yer alıb.
İsa Muğanna (Hüseynov). “Məhşər”. Tarixi-fəlsəfi roman. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, Şərqin böyük filosofu Fəzlullah Nəiminin və böyük hürufi şairi İmadəddin Nəsiminin insan və insanlıq uğrunda qeyri-adi mübarizələrindən bəhs edir. Əsərdə həmçinin maraqlı siyasi konfliktlər, siyasi maraqların toqquşması və bu maraqların insan mənəviyyatının məhvi məsələsi çox böyük ustalıqla təsvir edilir.
Nurəddin Ədiloğlu. “Taxt və tabut”. Tarixi roman. Tarixi romanda İmadədin Nəsiminin yaşadığı orta əsrlər Bütöv Azərbaycanında ictimai-siyasi, sosial-mədəni, dini-tarixi gedişatlar işığında Şah İsmayıl Yavuz Sultan Səlim münasibətinə həsr edilmişdir.