Tanınmış Azərbaycan yazıçı-publisitinin qardaş Türkiyədə, türk dilində işıq üzü gömüş vətənpərvərlik yazılarından ibarət kitabının elektron variantı...
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ zəfəri ilə başlayan intibah mərhələsi: qələbəmizin kreativ tarixi” adlı ikiaylıq layihə çərçivəsində hazırlanmışdır: burada dünyaya səpələnmiş 60 milyonluq soydaşımızı birləşdirən vətənpərvərliyin təbliğinə həsr olunmuş elmi-mədəni yazılar toplanıb.
Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanının müavini və qərargah rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad İsrayıl oğlu Həşimova həsr olunan poema.
Kitab məhsuldar şair-publisitin mətbuatda işıq üzü görmüş məqalələrindən seçmələr daxil edilib. Topludakı çağdaş humanitar-estetik düşüncəmizdə izi olan bir çox ziyalılar, intellektuallar, peşəkarlar haqqında səmimi yazılar oxucuların diqqətini cəlb edəcək.
Şuşalı istedadlı şairə, filoloq-alimin Qarabağ, Şuşaya qayıtmaq həsrəti ilə qələmə aldığı lirik-poetik nümunələrindən ibarət kitabda Azərbaycan musiqi mədəniyyətinin beşiyi sayılan məkanın etno-kulturoloji xəritəsi şeirləşdirilib.
Toplu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan “Zəfər” salnaməsi: qəhrəmanlığın ədəbi-kreativ tarixi” adlı ikiaylıq layihəsi çərçivəsində nəşr olunub.
İstedadlı, məhsuldar gənc şairin ilkin qələm nümunələrinin toplandığı ilk kitabı. Bu lirik-ictimai poeziya nümunələrindən də göründüyü kimi, şair zəmanəsinin nəbzini tutmağa çalışır, zamandaşının duyğularını şeiriyyətə gətirməyə çalışır...
İki hissəyə ayrılmış kitabın ilk bölümündə şairin məhəbbət mövzusundakı lirik şeirləri yer alıb: buradakı eşq, sevgi haqqında yeni deyimlər oxucu üçün təzədir. İkinci bölümdəki müxtəlif şeirlərlə tanış olan oxucular, eyni zamanda, "mənalar bağçası"nda təxəyyüllərinə estetik zövq qatacaqlar.
İstedadlı müəllifin bu kitabında 1989-cu ildən Azərbaycanın Qarabağ bölgəsində başlanan münaqişə nəticəsində şəhid olmuş qəhrəmanlarımız haqqında publisitik-bədii yazıları toplanıb.
Cavan şair-jurnalistin bu yeni kitabı müəllifin 2015-ci ildə 49 yaşında xərçəngdən dünyasını dəyişmiş anası Şəlalə xanıma həsr edilib. "Ulduz” jurnalı ilə “Mücrü” nəşriyyatının birgə layihəsi əsasında çap edilmiş kitabda Vətən, müharibə, sevgi və müxtəlif mövzulu şeirlər toplanıb.
Tanınmış istedadlı şairə-publisitin 44 günlük Vətən müharibəsində canından keçmiş Ağstafalı şəhidlərin əziz xatirəsinə ithaf etdiyi bu yeni kitabında həyatlaını doğma Azərbaycanımızın Zəfər tarixinə çevirmiş qəhrəmanlarımız haqqındadır...
Gədəbəyin Şınıx bölgəsindən olan igid şəhidimiz Türkman Məmmədov şərəfli ömür yolu haqqında bu sənədli-bədii kitabda ruhunu Vətənə çevirmiş qəhrəmanlar haqqında növbəti nəşrdir...