Kitab qadın cəza evindən (“Həbsxana bənövşəsi”) və cinsi azlıqlardan bəhs edən (“Sanitarlar”) məhbəs pyeslərindən ibarətdir. Bu pyeslər Azərbaycan ədəbiyyatında məhbəs mövzusunda ilk nümunələrdir...
Məhsuldar şairə-publisist 2022-ci ildə Şuşada keçirilən Vaqif Poeziya bayramında iştirak edən zaman keçirdiyi mənəvi hissləri şairanə formada sənət dilinə çevirərmiş, Qarabağ torpaqları uğrunda qəhrəmanlıq göstərmiş, şəhid olmuş igidlərimizin ruhuna ərmağan etmək üçün kitab şəklində oxuculara təqdim edir.
Sənədli-ensiklopedik kitabda qədim yurd yerimiz - Laçın rayonundan olan qəhrəmanlar, qazilər, şəhidlər, eləcə də bu qədim məkanın tarixi, görməli yerləri, abidələri, coğrafiyası, eləcə də I və II Qarabağ müharibsində göstərilən qəhrəmanlıqlar haqqında müxtəsər materiallar yer alıb.
İstedadlı şairə, məhsuldar nasirin “Zərbə” romanı 2016-ci il Aprel döyüşlərinin qəhrəmanlarına həsr edilib. Müəllifin xüsusi istedadla qələmə aldığı, bu roman bəy nəslinin tarixi- psixoloji məqamlarınıdan, kişilik, mərdlik dünyasından bəhs edirdisə, “Zərbə” romanı tamamilə yeni bir aspektdə inkişaf edir, müasir dövrümüzün ən böyük problemi olan Qarabağ hadisələrinin fəlsəfəsini önə çəkir.
İradə Əlili, Nazim Tapdıqoğlu. Bir damla göz yaşında torpaq həsrəti. / Ирада Алили, Назим Тапдыкоглу. В капле слезы тоска по земле. / Irada Alili, Nazim Tapdigoghlu. Homesickness in a teardrop. Azərbaycan, rus və ingiliscə. Publisitik-sənədli toplu
Cavan nasirin bu yeni kitabına könüllü olaraq Qarabağ cəbhəsinə yollanan tələbə gənclərin qəhrəmanlığından bəhs edən eyni adlı romanı, arxa cəbhə adamlarının mənəvi rəşadətindən danışan “Fəridə nənəgilin pəncərələri” povesti, hüquq-mühafizə orqanları işçiləri və sərhədçilərin şərəfli, çətin işindən söz açan hekayələri daxildir.
Tanınmış yazıçı-publisistin bu yeni publisitik-vətənpərvərlik mövzusunda qələmə aldığı “Sözün müharibə rəngi” kitabında müəllifin son bir ildə “İki sahil” qəzetində dərc olunan seçilmiş publisistik məqalələri və esseləri toplanmışdır.
Kitabda 1990-1993-cü illərdəki I Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin II Qarabağ, Vətən müharibəsində şəhid olmuş, qəhrəmanlıq göstərmiş soydaşlarımızın bir qismi haqqında məlumatlar toplanıb.
Müəllif “Mənim gündəliklərim” adlı memuarda 1987-1991-ci illərdə Azərbaycan Sovet Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri (1988-cil noyabr, 1990- cı il yanvar) işıqlandırmışdır. Cəmiyyətin müxtəlif təbəqələrindən olan yüzə yaxın şəxslərin adları çəkilərək xatırlanmışdır.
İradə Əlili və Sevinc Rzanın müştərək qələmə aldıqları sənədli-publisitik kitabında 4 dildə - azərbaycanca, türkcə, rusca, ingiliscə Qarabağ, Laçın həqiqətləri, Vətən müharibəsinin sirləri, qələbələrlə dolu Zəfərimiz sənət dili ilə dünyaya çatdırılır...
Kitabda müəllifin penitensiar xidmətə aid olmayan, digər müxtəlif mövzulardan bəhs edən əllidən çox hekayəsindən 40-ı seçilərək ŞƏHƏR, KƏND, MÜƏLLİM, QADIN, MÜHARİBƏ başlıqları altında oxuculara təqdim olunur.
Əslən Şuşadan olan şairə, filoloq-alimin Qarabağ, Şuşa həsrəti ilə qələmə aldığı poeziya nümunələrindən ibarət Şuşanın poetik xəritəsi... Kitabda Şuşanın etno-poetik obrazı yaradılıb.