AYB Lənkəran bölməsinin sədri istedadlı yazıçı Qafar Cəfərli və istedadlı şairə Xatirə Xatunun həmmüəllifliyi iləişıq üzü görmüş bu kitab II Qarabağ müharibəsində tarix yazan, Vətən, torpaq uğrunda şəhid olan və doğulduqları torpaqda əbədiyyətə qovuşan 63 nəfər lənkəranlı qəhrəman haqqındadır.
Bu kitab I və II Qarabağ döyüşlərində canlarını fəda etmiş Sarvan kəndinin şəhid övladlarına həsr olunub. Kitabda həmçinin müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər və poema, qazi və qəhrəmanlar haqqında yazılar öz əksini tapıb.
Kitabın ana xətti “vətən” dediyin torpağa bağlılıq-vətən sevgisidir. Kitabda bu duyğularla yazılan şeir və hekayələr, eləcə də Birinci və İkinci Qarabağ savaşının şəhidləri, qaziləri haqda esselər yer alıb. Kitabdakı yazılar vətəndən halallıq almaq kimi ali bir duyğuya köklənib. “Torpaq” həm də müəllifin, bütün ağrı-acısına baxmayaraq 44 günlük savaşın qələbə sevincini bizə yaşadanlara, Şuşa ilinə tövhəsidir.
Bu kitabda Azərbaycan torpaqları uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Lerikli Cəbrayıl Atamalı oğlu Ağayevin keçdiyi həyat yolu, döyüşlərdə göstərdiyi şücaətlər və onun haqqında ayrı-ayrı qələm adamlarının, yaxınlarının, dostlarının, döyüş yoldaşlarının fikirləri öz əksini tapmışdır. İnanırıq ki, bu kitab oxucuların maraq dairəsinə uyğun bir kitab olacaq.
İstedadlı jurnalist, yazıçı-publisistin Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində doğularaq boya-başa çatmış, I və II Vətən - Qarabağ müharibələrində igidlik göstərərək şəhidlik zirvəsinə qalxmış vətən övladlarımız, qazilər və qəhrəmanlar, eləcə də Əfqanıstan veteranları haqqında bədii-sənədli, publisitik məqalələr toplusu. İkinci, təkmilləşdirilmiş nəşri.
Hərbi-vətənpərvərlik mövzusunda qələmə alınmış bu maraqlı romanı I Qarabağ savaşının iştirakçısı “Qarabağın Dilədruz anası” adını almış Qazi Diləfruzun xatirələri əsasında qələmə alınıb. Əsərdə baş qəhrəmanın II Qarabağ - Vətən Müharibəsində vuruşanlara mənəvi-psixoloji dəstəkləməsi, Azərbaycanda yaşayan xalqların, o cümlədən cənub bölgəsi igidlərinin əziz xatirəsi yad edilir.
Bu oxunaqlı sənədli-publisitik kitabda cənub diyarının Astara rayonundan olan, Qarabağdakı haqq savaşımız - II Vətən müharibəsi zamanı vuruşmuş Azərbaycanın qəhrəman hərbiçiləri, Şanlı Ordumuzun igid şəhidləri haqqında maraqlı yazılar verilib.
Turkıy xalqlar adabiyoti / Türk xalqları ədəbiyyatı. Özbək dilində.Dərslik tədris proqramına uyğun yazılmışdır. Kitabda türk xalqları ədəbiyyatının (Türkiyə türkcəsi, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur.
Kitabda tanınmış müəllifin xatirələrindən ibarət yazılar toplanıb. Rəvan dillə, nisgilli notlarla qələmə alınmış bu xatirələr memuar çağdaş ədəbiyyatımızın janrına maraqlı rənglər, estetik çalarlar qatır.
Kitab istedadlı müəllifin eyniadlı povesti və mətbuatda işıq üzü görmüş məqalələri verilib. Bu bədii və publisitik yazılar ədəbiyyatsevərlərin diqqətini cəlb edəcək.