Sənədli-ensiklopedik məlumat kitabında Naxçıvanın Culfa rayonundan olan I və II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş igidlərimiz, eləcə də Vətən savaşında şücaət göstərimiş qazimiz, Vətən Qəhrəmanı Qəzənfər Bağırlı haqqında məlumatlar toplanıb.
Bu kitab II Vətən müharibəsində Mingəçevir şəhərini təmsil edən qəhrəman oğullardan şəhid Əli və İslam qardaşlarının igidliyindən, nümunəvi döyüş yolundan bəhs edir. Şəhidlərin özlərinin zəhmətlə tikdiyi ev onların adına “Əli-İslam Ev muzeyi” olaraq ziyarətgaha çevrilib.
II Qarabağ müharibəsi iştirakçısının atası, şəhid əmisi olan istedadlı cavan nasirin Vətən müharibəsinin şanlı hadisələrinə həsr olunmuş sənədli-bədii romanı. Roman ilk dəfə "Dəmir Yumruq əməliyyatı 44" adıyla işıq üzü görüb
İstedadlı cavan şair-publisitin lirik və vətənpərvərlik əsərlərindən ibarət ilk poetik toplusu: müəllif şeirlərinin əsas motivi Vətənə sevgi, insanlara məhəbbət, dəyərlərə sayğı təşkil edir.
Neftçalada yaşayıb-yaradan istedadlı cavan şair-publisistin Vətən Müharibəsinin igidlərindən biri haqqında qəhrəmanlıq poeması. Neftçalada Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılova həsr olunmuş bu əsər həm də II Qarabağ müharibəsi haqqında poetik tarixçədir.
İradə Əlili, Vüqar Şahinoğlunun bu müştərək kitabında Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, Müzəffər ordumuzun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olunması, 44 günlük mücadiləmiz qələbə ilə nəticələnməsi, Qalibiyyətimizin sevinci tərənnüm olunub. İki dildə - azərbaycanca və ingiliscə.
Tanınmış şairin vətənpərlik və Qarabağ mövzusunda poetik əsərlərindən ibarət kitab. Bu e-toplu “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” - QHT Agentliyinin dəstəyi ilə YYSİB-nin kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
“Zəfərnamə”: Qarabağ Zəfərimizin virtual-kreativ tarixi: QHT Agentliyinin dəstəyi ilə YYSİB-nin yeni layihəsi. “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihə
İntellektual ədəbiyyatımızın istedadlı nümayəndəsinin çoxhissəli romanının üçüncü kitabı. Əlvida, Ulusoy. Gənc alim, yazıçının qanlı tariximizin keçmişindən bəhs edən “Haqdan axıdılan qan” romanı son 200 ildə baş verən hay - erməni problemi, bu böyük planın pərdə arxasında olan görünməz “baş oyunçuları”, onların Türk - İslam dünyasına etdikləri səlib yürüşləri və min illərdə gizlədərək silmək istədikləri ön türk - türk tarixindən bəhs edən çoxhissəli kitabdır.
İntellektual ədəbiyyatımızın istedadlı nümayəndəsinin çoxhissəli romanının ikinci kitabı. Yaşayarkən öldürülənlər. Gənc alim, yazıçının qanlı tariximizin keçmişindən bəhs edən “Haqdan axıdılan qan” romanı son 200 ildə baş verən hay - erməni problemi, bu böyük planın pərdə arxasında olan görünməz “baş oyunçuları”, onların Türk - İslam dünyasına etdikləri səlib yürüşləri və min illərdə gizlədərək silmək istədikləri ön türk - türk tarixindən bəhs edən çoxhissəli kitabdır.
İntellektual ədəbiyyatımızın istedadlı nümayəndəsinin çoxhissəli romanının birinci kitabı. Ulusoy. Gənc alim, yazıçının qanlı tariximizin keçmişindən bəhs edən “Haqdan axıdılan qan” romanı son 200 ildə baş verən hay - erməni problemi, bu böyük planın pərdə arxasında olan görünməz “baş oyunçuları”, onların Türk - İslam dünyasına etdikləri səlib yürüşləri və min illərdə gizlədərək silmək istədikləri ön türk - türk tarixindən bəhs edən çoxhissəli kitabdır.
İstedadlı şairə, son illərin məhsuldar yazıçının “Tənha köç” adlı bu yeni əsəri xatirə-roman janrında qələmə alınıb, daha çox ictimai-siyasi xarakter daşıyır. Müəllifin məharətlə qələmə aldığı, xalqımızın mürəkkəb tarixi reallıqlarından bəhs edən həqiqqətləri, bu mövzuda olan əsərlər sırasında özünəməxsüs yer tuacağına inanırıq.