Kitabda qədim yunan əsatir və rəvayətləri toplanıb. Yazon və Herakl haqqında ellinlərin bu əsatirləri dünya mədəniyyəti və ədəbiyyatında dərin izlər qoyub...
75 il bundan əvvəl, 1934-cü il noyabrın 5-də Parisin ucqar Sen-Klu rayonunda, özünün sadə mənzilində XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Əlimərdan bəy Topçubaşov (1862-1934) dünyaya gözlərini yummuşdu. Qurucularından biri olduğu müstəqil Azərbaycanda o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də Azərbaycan dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, sonra isə Parisə yollanmış...
İbn Ərəbi fəlsəfəsində Mütləq varlığın qadın gözəlliyi vasitəsilə dərki öz poetik təcəssümünü onun "Tərcümani Əşvaq" (Ehtirasların izahı) əsərində tapıb. Şərqin böyük mistiki bu əsəri Məkkədə rast gəldiyi fars gözəli Nizama həsr edib. İbn Ərəbi "Tərcümani Əşvaq"da dönə-dönə vəsf etdiyi Nizama həmin əsərin müqəddiməsində təriflər yağdırdıqdan sonra bildirir ki, bu əsərdə xatırladığım ad və üzərində göz yaşı axıtdığım oba ona (Nizama) aid olsa da, mən bununla sufilərin tutduğu yola müvafiq ilahi anlamları, ruha xas açıqlamaları, uca münasibətləri nəzərdə tutmuşam.
Varis. "Sonuncu ölən ümidlərdir". Bellestrik romanın bütöv e-mətni.
Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.
Görkəmli Azərbaycan yazıçısı, mütəfəkkiri, "Molla Nəsrəddin" dərgisinin naşiri və eyniadlı ədəbi məktəbin banisi Cəlil Məmmədquluzadənin (1869 - 1932) Cəlil Məmmədquluzadə. "Seçilmiş əsərləri" (dörd cilddə) birinci cildinə nəsr, dram, poeziya əsərləri nümunələri, eləcə də tərcümə məhsulları daxil edilib. Buradakı 3 dram əsəri, 16 satirik və 2 tərcümə nümunəsi ilk dəfə oxuculara təqdim olunur...
Haqverdiyevin dövrün bir sıra mühüm məsələlərinin оbrazlı həllini verən yumоristiк-satiriк heкayələri və pоvestləri XX yüzilliyin əvvəlində milli nəsrdə gedən axtarışları ifadə etməк baxımından ən səciyyəvi кl assiк bədii nümunələrdir. "Seçilmiş əsərləri"nin bu cildinə mütəfəккir ədibin zəngin bədii nəsri ilə yanaşı elmi-publisist irsi haqqında geniş təsəvvür yaradan məqalələri, məкtubları daxil edilmişdir.
"Abbas Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı və mübarizəsi haqqındadır. XİX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb. Günümüzün bir çox suallarına cavab verən bu qiymətli əsər Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitabın geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.
Böyük qardaş səni izləyir («Juçok»namə )! Kristian Dior -Məşhur modelyerin «əhilləşmiş əjdaha»ları. «Qadınlar 30 və 40 yaşı arasında çox cazibəli olurlar. Qadınların əksəriyyəti 40 yaşı adlayıb keçmədiyinə görə bu cazibə zirvəsini sonsuzluğa qədər uzatmaq olar»
Bu dönəmdə Şimali Azərbaycanın dövlət rəhbəri Mircəfər Bağırov idi. Bağırov Stalindən fərqli olaraq, başqa şeylər haqda düşünürdü. O, əlinə düşən bu tarixi fürsəti qaçırmaq istəmirdi. Belə ki, onun fikrinə görə bu olaydan istifadə edərək iki Azərbaycanı asanlıqla birləşdirmək olardı. Bağırov bu məqsədlə bir neçə dəfə "millətlər atası"nın yanında da olmuşdu və deyəsən, onu razı sala bilmişdi.
Kitabda orta əsrlər islam şərqində gеniş yayılmış sufizm və hürufizm təriqətlərinin təşəkkülü, tarixi, mahiyyəti və bədii ədəbiyyata, xüsusilə də Azərbaycan ədəbiyyatına təsiri məsələləri yığcam və mümkün qədər sadə еlmi dildə ifadə olunur. Bu yönümdə F.Nəimi, İ.Nəsimi, M.Şəbüstəri və s. kimi XIII-XIV əsr Azərbaycan sənətkarlarının yaradıcılığına xüsusi diqqət yеtirilir. Kitabdan müəllimlər, aspirantlar, magistrlər, tələbələr və təriqətlə maraqlanan başqa oxucular istifadə еdə bilərlər.