XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Mоlla Pənah Vaqifin yaradıcılığı ilə xalq şеrinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Vaqif pоеziyası əsrin ziddiyyətlərini, sеvinc və kədərini daha parlaq ifadə еtdiyi üçün bütünlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq оlar. Əlyazmalar əsasında, cünglərdən istifadə еdilməklə tərtib оlunmuş bu kitabda böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs və s.-dən ibarət əsərləri tоplanmışdır.
Xalq yazıçısı Eçinin «Seçilmiş əsərləri»nin bu cildinə (10 cilddə. Yeddinci Kitab) Müxtəlif illərdə qələmə aldığı ədəbi-tənqidi, publisistik-elmi məqalələri, esseləri, sənət baxışlarını əks etdirən filoloji araşdırmaları daxil edilib.
"Dastani-Əhməd Hərami" XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur. Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir.
Təqdim edilən toplu Avropa Şurasının Bakı Ofisinin Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş qərarlarının Azərbaycan dilinə tərcüməsi sahəsində oxucularına növbəti töhfəsidir. Vəsait praktika ilə məşğul olan hüquqşünaslar (hakimlər, vəkillər və hüquq mühafizə orqanlarının işçiləri və s.), insan hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının, dövlət orqanlarının nümayəndələri, həmçinin insan hüquqlarının müdafiəsi, tədrisi və təbliği ilə məşğul olan digər şəxslər üçün nəzərdə tutulub.
Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir.
Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir.
Kitabda nikahla bağlı rəsmi qanunvericilik aktları geniş işıqlandırılır. Monoqrafiya peşəkar hüquqşünaslara və dərslik kimi ali hüquq təhsili alan tələbələrə ünvanlanıb.
Kitaba Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, romantik şair Abbas Səhətin şeirləri, satiralari, uşaqlara ünvanlanmış poetik nümunələri, satiraları, taziyana və mənzum məktubları, eləcə də hekayələri, pyesləri, məqalələri, tərcümələri daxil edilib.
Bu kitabda antik fəlsəfənin yarandığı dövrdən, antik fəlsəfənin ən parlaq nümayəndəsi olan Aristotelə qədər inkişafı öz əksini tapmışdır. Redaktorlar heyəti qədim mütəfəkkirlərin əsərlərindən onların dünyagörüşünü daha çox səciyyələndirən fikirlərdən ibarət mətnləri kitaba daxil etməyə çalışmışlar. Kitab ali məktəb tələbələri, aspirantlar, ümumiyyətlə, fəlsəfə tarixilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.