Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
"Nəvai-Qumru". Tarixi hekayə. (Şöhrəti Şərqə yayılmış məşhur bəstəkar Əbdülqadir Marağayi barədə)

Vaqif Sultanlı

(müəllif)

Qısa Təsvir:

Əmir Teymurun böyük dəyər verdiyi, şöhrəti bütün Şərqə yayılmış məşhur bəstəkar Əbdülqadir Marağayinin yeni əsərini dinləmək üçün möhtəşəm bir məclis düzənləmişdi. Bəstəkar bir ay öncə yazdığı əsərin əlyazmasını ona təqdim edərək çəkinə-çəkinə belə bir məclisin keçirilməsi arzusunda olduğunu söylədikdə hökmdar məmnunluq hissi ilə razılığını bildirmiş və o zamandan sarayın bağcasında indiyədək misli görünməmiş hazırlıq işlərinə başlanılmışdı.


Baxış sayı: 698
    
    


    
"Heydər Əliyev". "Görkəmli adamların həyatı" silsiləsindən ilk dəfə Azərbaycanın Milli lideri barədə azəri yazarının müştərək kitabı

Hüseynbala Mirələmov

(müəllif)

Qısa Təsvir:

"Heydər Əliyev". "Görkəmli adamların həyatı" silsiləsindən ilk dəfə Azərbaycanın Milli lideri barədə azəri yazarının müştərək kitabı. Müəlliflər: Hüseynbala Mirələmov, V.İ.Andriyanov


Baxış sayı: 719
    
    


    
"Teleyayımda manipuliasiya və onun təsir mexanizmləri" (Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü, sənətşünaslıq namizədindən elmi-kulturoloji yazı)

Elçin Əlibəyli

(müəllif)

Qısa Təsvir:

Televiziyanın getdikcə artan yeri və əhəmiyyəti onu həyatın bir hissəsinə çevirməklə, insan şürunu, onun hərəkətlərini, ictimai münasibətlər sistemini biçimləndirərək, mövcud olan prinsiplərdən uzaqlaşdırmaq, təyin etdiyi istiqamətə yönləndirmək gücünü qazanmış manipuliasiya vasitəsinə çevirdi.


Baxış sayı: 722
    
    


    
Şeirlər. Almaniyanın dünyaşöhrətli şairinin şeir yaradıcılığından 10 seçmə poetik tərcümə. Eləcə də sənətkar barədə yazı

Herman Hesse

(müəllif)

Qısa Təsvir:

 Herman Hesse. Şeirlər. Almaniyanın dünyaşöhrətli şairinin şeir yaradıcılığından seçmə poetik tərcümələr. On maraqlı poetik nümunə


Baxış sayı: 711
    
    


    
"Seçilmiş əsərləri". Tanınmış xalq yazıçısının məşhur povestləri və komediyaları (Azərbaycan dilində)

Maqsud İbrahimbəyov

(müəllif)

Qısa Təsvir:

Dünyanın və Azərbaycanın müxtəlif dövri nəşrlərində, o cümlədən, «Azərbaycan» «Drujba narodov», «Novıy mir», «Yunost», «Roman - qazeta», «Literaturnı Azerbaydjan» jurnallarında və s. dərc olunmuş roman, povest və hekayələrin müəllifidir. Bu əsərlər sırasında: «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Axırı yaxşı qurtaran əhvalat» və başqaları ekranlaşdırılmışdır. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunmuşdur.


Baxış sayı: 723
    
    


    
Bir müəllifin iki məqaləsi. "Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan". Uşaq hüquqlarının qorunması balalarımızın işıqlı gələcəyi üçündür"

Vüqar Haqverdiyev

(müəllif)

Qısa Təsvir:

Bir müəllifin iki məqaləsi. "Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan". Uşaq hüquqlarının qorunması balalarımızın işıqlı gələcəyi üçündür"


Baxış sayı: 724
    
    


    
"Seçilmiş əsərləri". Üç cilddə. II Kitab. Üçcildliyinin II cildinə satirik şeirləri, mənzum hekayələri və məktubları daxil edilmişdir.

Seyid Əzim Şirvani

(müəllif)

Qısa Təsvir:

XIX əsr Azərbaycan poeziyasının boyük nümayəndəsi S.Ə.Şirvani klassik şerin bütün janrlarında əsərlər yazmışdır. Şairin satirik şeirləri, mənzum hekayə və məktubları ədəbiyyat tariximizdə son dərəcə böyük əhəmiyyət kəsb edir. Şair özünün satirik məzmunlu şeirləri ilə klassik poeziyamızda yeni ədəbi məktəbin əsasını qoymuşdur. Üçcildliyinin II cildinə satirik şeirləri, mənzum hekayələri və məktubları daxil edilmişdir.


Baxış sayı: 690
    
    


    
"Türk xalqları ədəbiyyatı". Türkiyə, türkmən, özbək, qazax, qırğız, tatar ədəbiyyatının görkəmli simalarının yaradıcılıq nümunələri əsasında hazırlanmış dəyərli tədqiqat əsəri...

Elman Quliyev

(müəllif)

Qısa Təsvir:

"Türk xalqları ədəbiyyatı" - Türkiyə, türkmən, özbək, qazax, qırğız, tatar ədəbiyyatının görkəmli simalarının yaradıcılıq nümunələri əsasında hazırlanmış dəyərli tədqiqat əsəri...


Baxış sayı: 687
    
    


    
"Hophopnamə". II Kitab. Azərbaycan milli satirik poeziyasının görkəmli nümayəndəsinin seçilmiş əsərlərinin ikininci cildi

Mirzə Ələkbər Sabir

(müəllif)

Qısa Təsvir:

Böyük sairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdıgı satirik seirlərlə yanası, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlıəri, məktəb usaqları üçün qələmə alınmıs sərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları toplanmısdır.


Baxış sayı: 714
    
    


    
"Seçilmiş əsərləri". Ustad sənətkar dünya romantizmin orijinal simalarından sayılsa da, ədəbiyyat tariximizdə ən bəxtsiz imza sahibi hesab olunur

Məhəmməd Hadi

(müəllif)

Qısa Təsvir:

Dilindəki ərəb-fars ibarələri, kəlmələri bu şairin fəlsəfi-poetik düşüncələrini geniş oxucu kütləsi tərəfindən dərk edilməsini çətinləşdirsə də, M.Hadi XX əsrin ilk on illiklərinin ən görkəmli ədəbi simalarından biri, "Füyuzat" dərgisinin sevimli müəlliflərindən olub. "Seçilmiş əsərləri"nə şairin öz romantik təbiətindən gələn bir güclə daim işığa çağıran şeirləri, qiymətli sənət nümunələri olan poemaları, eləcə də yüksək bəşəri duyğular aşılayan və müəllifin yaradıcılıq idealları ilə səsləşən iqtibas və tərcümələri toplanmışdır...


Baxış sayı: 705
    
    


    
"XVIII yüzillik - XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri". Monioqrafiya. Tələbələr dərslik kimi yararlana bilərlər...

Tofiq Mustafazadə

(müəllif)

Qısa Təsvir:

Monoqrafiya Osmanlı-Azərbaycan münasibətləri tarixinin XVIII yüzillik - XIX yüzilliyin əvvəlləri dövrünü işıqlandıran, müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar edib sistemləşdirdiyi qiymətli fakt və materialların tədqiqinə həsr olunmuşdur. Kitаbdа Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açılmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların ozamankı düşmənə - çar Rusiyası və onun əlaltısı Kartli-Kaxeti çarlığına qarşı öz qüvvələrini birləşdirmək cəhdləri, Azərbaycan dövlət qurumlarının Osmanlı-Rusiya qarşidurmasında rolu və təsiri araşdırılmışdır.


Baxış sayı: 719
    
    


    
"Hophopnamə". I Kitab. Azərbaycan milli satirik poeziyasının görkəmli nümayəndəsinin seçilmiş əsərlərinin birinci cildi

Mirzə Ələkbər Sabir

(müəllif)

Qısa Təsvir:

Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin tanınmış nümayəndələrindən biridir. Onun "Hophopnamə"si basdan-ayaga zülmə, ətalətə etiraz, insan haqqına və heysiyyətinə qarsı çevrilmis hər seyə üsyan və ittihamnamədir. Sabir əsərlərinin külliyyatı olan bu ikicildliyin birinci cildinə sairin 1906-1910-cu illərdə yazmıs olduğu satirik seirlər toplanmısdır. Cild xronoloji prinsip əsasında hazırlanmısdır. Kitabda xalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə edilmisdir.


Baxış sayı: 727