Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Şimali Azərbaycanın dövlət rəhbəri Mircəfər Bağırovun Cənubi Azərbaycan siyasəti". Yaxın tariximizin qaranlıq səhifələri barədə...

Müəllif:

Bələdçi


Kateqoriya:

Tarix. Tarix elmi



Qısa Təsvir:

Bu dönəmdə Şimali Azərbaycanın dövlət rəhbəri Mircəfər Bağırov idi. Bağırov Stalindən fərqli olaraq, başqa şeylər haqda düşünürdü. O, əlinə düşən bu tarixi fürsəti qaçırmaq istəmirdi. Belə ki, onun fikrinə görə bu olaydan istifadə edərək iki Azərbaycanı asanlıqla birləşdirmək olardı. Bağırov bu məqsədlə bir neçə dəfə "millətlər atası"nın yanında da olmuşdu və deyəsən, onu razı sala bilmişdi.


Baxış sayı: 672
    
    


Mircəfər Bağırovun Cənubi Azərbaycan siyasəti 
 
   
1939-cu ildə başladılan İkinci Dünya müharibəsindən qısa bir zaman sonra Hitler demək olar ki, bütün Avropanı işğal etmişdi. Artıq 1941-ci il və indi növbə SSRİ-nin idi...
  
 
  SİFARIŞINIZI VERIN...
 
1939-cu ildə başladılan İkinci Dünya müharibəsindən qısa bir zaman sonra Hitler demək olar ki, bütün Avropanı işğal etmişdi. Artıq 1941-ci il və indi növbə SSRİ-nin idi. Bütün bunlardan isə təbii ki, xəbərsiz deyildi.!!! Bu səbəbdən də diktator bütün ölkə sərhədlərini güvənə almaq istəyirdi. Stalin cənubdan gələcək olan təhlükədən özünü sığortalamaq üçün Sovet qoşununu İran ərazisinə yeritdi. Bunun üçün onun əsası da vardı. Belə ki, İran və Sovet Rusiyası arasında 1921-ci ildə bağlanan müqavilə diktatora bu hərəkəti etməyə icazə verirdi. Bu beynəlxalq müqaviləni əsas tutan Stalin, sovet qoşununu çox rahatlıqla Urmiyaya qədər yeritdi. Müqavilə səbəbindən İran şahı Rza, işğala etiraz edə bilmədi. Bu işğala dünya da susdu. Nə üçün? Ona görə ki, İranın şahı Hitlerə meylli idi və lazımi anda ona qoşula bilərdi. Stalin həm Hitlerə simpatiya duyan bir rejimi devirmək, həm də cənub sərhədlərini güvənə almaq üçün İranı işğal etdi. Sovet ordusunun İrana daxil olmasından dərhal sonra mehtər Rza hakimiyyətdən devrildi və sürgünə məhkum edildi. Bu dövrdə yaranmış siyasi vəziyyətdən dolayı onu heç bir Avropa ölkəsinə sürgün etmək mümkün olmadığından, İranın üz qarası olan Rza şah Cənubi Azərbaycana sürgün olundn və elə orada da öldü.

Bundan sonra isə İranda hakimiyyətə onun oğlu Məhəmməd Rza gətirildi. Bu kütbeyin!!!! Mehtər oğlu da özü-öz sonunu hazırladı.
 Sovet qoşununun İran ərazisinə daxilolma səbəblərindən biri də bu ölkədə türklərin yenidən bütün dövlət strukturları və biznes sahələrini ələ keçirmələri idi.  Pza şah türkləri nə qədər yox etməyə çalışmışdısa buna nail ola bilmədi. İranda yenidən türklər hakimiyyətə gələ bilərdi. Bu səbəbdən də dünya dövlətləri narahatlıq içindəydi. Bunu Stalin də sezməmiş deyildi. Dünyanı bürüyən milliyətçilik ideologiyasını bu dəfə İrandakı türklərin mənimsəməsi qorxusu hamını narahat edirdi. Çünki Avropa türkdən, xüsusən də milliyətçi türkdən qorxur.
Stalinin İran ərazisinə girməkdə digər məqsədi indiki Cənubi Azərbaycan ərazisində sosialist rejimli bir ölkə qurmaq olub. Təxminən İkinci Dünya savaşından sonra Avropa ərazisində qurulan Macarıstan, Bolqarıstan, Rumıniya və s., uydu dövlətləri kimi. Cənudi Azərbaucan ərazisində qurulacaq olan bu uydu dövləti bütün məsələlərdə daim SSRİ-ni dəstəkləməli idi. Ancaq Stalin tezliklə bu fikrindən daşınıb. Ona görə ki, necəliyindən asılı olmayaraq, Azərbaycanın cənubunda bir müstəqil dövlətin olması, eyni zamanda işğal altında olan Şimali Azərbaycana da hər zaman dəstək demək idi. Məhz bu qorxu diktatoru tezliklə fikrindən daşınmağa məcbur edib. Təbii ki, Stalinin bu fikrindən daşınmasında ingilislərin və yəhudilərin də az təsiri olmayıb. Bu dönəmdə Şimali Azərbaycanın dövlət rəhbəri Mircəfər Bağırov idi. Bağırov Stalindən fərqli olaraq, başqa şeylər haqda düşünürdü. O, əlinə düşən bu tarixi fürsəti qaçırmaq istəmirdi. Belə ki, onun fikrinə görə bu olaydan istifadə edərək iki Azərbaycanı asanlıqla birləşdirmək olardı. Bağırov bu məqsədlə bir neçə dəfə "millətlər atası"nın yanında da olmuşdu və deyəsən, onu razı sala bilmişdi. Bundan sonra Stalin Bağırovu müəyyən işlər görmək üçün oraya göndərib. Bağırov da Cənubi Azərbaycana gedərək bir müddət orada qalıb və SSRİ-yə bağlı, kommunust meylli bir lider ortaya çıxarıb. Bu, İran türkü olan Pişəvəri idi.
Göründüyü kimi, Stalin İranı laxlada biləcək yeganə gücün türklərin olacağını gözəl anlayırdı. Bağırov İrana getməsəydi, bəlkə də orada Pişəvəri kimi bir lider də olmayacaqdı.  Buradan da belə bir nəticə ortaya çıxır ki, Pişəvərini xalq yox, bütöv Azərbaycan istəyi yetişdirib.
Stalin İran ərazisinə göndərəcəyi qoşun hissələrinin tərkibini, bu qoşunlarda kimlərin olacağını və korpuslara kimlərin rəhbərlik edəcəyini təbii ki, Bağırovla məsləhətləşərək razılaşdırıb. Bağırov ondan tapşırıq aldıqdan sonra İrana göndəriləcək bir neçə hərbi korpusun rəhbərlərinin sırf türk milliyətçilərindən olmasını təmin edə bilib. Belələrindən biri də Əziz Əliyev olub. Korpuslardan birinə məhz o, rəhbərlik edib. Bu korpus rəhbərlərinin ilk işi isə İranda türk milliyətçi şüurunu inkişaf etdirmək və onları Şimali Azərbaycana daha şox bağlamaqdan ibarət olub. Onlar da zamanlarına görə bu işi çox gözəl bacarıblar. Stalini də iki Azərbaycanın birləşməsinə razı salan Bağırov, bundan sonra əməli fəaliyyətə keçib. İran ərazisində türk milliyətçilik şüurunu inkişaf etdirmək üçün Bağırov Cənubi Azərbaycan ərazisinə Şimali Azərbaycanın tanınmış ziyalılarını göndərib. Onların arasında Süleyman Rüstəm, Seyfəddin Dağli, Hacı Xanməmmədov və Cahangir Cahangirov kimi tanınmışlar da olub. Hətta Cahangir Cahangirov o dönəmdə yenicə yaranmış olan Cənubi Azərbaycan Milli Hökumətinin marşını da bəstələyib.
Azərbaycanın bütövlüyü uğrunda Bağırovun xidmətləri və canfəşanlığı da bitmir. Belə ki, o, həmin ağır dönəmlərdə Şimali Azərbaycanda olan türkdilli müəllimlərdən bir qismini işləmək üçün Cənubi Azərbaycana göndərib. Bu müəllimlər Cənubu Azərbaycanda müəyyən bir müddətə də olsa, həm müəllimlik etməli, həm də Cənubi Azərbaycan türkləri arasında türk dilinə olan sevgini artırmalı, həm də onların fars dilində danışmalarının qarşısını almalı idilər. Bütün bunlar da təbii ki, üzün illərdən bəri fars şovinizminin  və təbliğatının təsiri altında qalmış Cənubi Azərbaycan türkləri arasında türk millətçiliyi şüurunu artırmalı idi. Azərbaycanın bütövlüyü uğrunda Mircəfər Bağırovun ən böyük xidmətlərindən biri də Şimali Azərbaycandan olan dilşünas alimlərə verdiyi tapşırıqdır. Belə ki, Bağırov həmin zamanda məmləkətimizdə olan dilşünaslara qısa bir zaman ərzində Cənubi Azərbaycanda olan orta məktəblər üçün dərsliklər hazırlamaq əmri vermişdir. Dərsliklərin hazırlanması üçün isə Bağırov dilşünaslara üç ay vaxt vermişdi.
Bütün çətinliklərə baxmayaraq, Bağırov İrandan qayıdandan sonri Azərbaycanın birləşməsindən sonra bütöv Azərbaycan hökümətinə rəhbərlik edəcək insanların siyahısını da hazırlayıbmış. Siyahıda hər iki Azərbaycandan olan və hökümətə daxil olacaq insanların adları olub. Bundan sonra Bağırov siyahı ilə diktatoru tanış etmək üşün Moskvaya  yollanıb. Yeni qurulacaq Azərbaycan hökumətinin siyahısını Stalinə təqdim edən Bağırov Stalindən belə bir cavab alıb: "Hələ bunun zamanı deyil." Siyahını isə elə oradaca Stalin qaytarıb Bağırovun cibinə qoyub. O an da Bağırov başa düşüb ki, Azərbaycan ən  azından Stalinin dövründə birləşməyəcək və onun bundan sonra Stalinə olan bütün inamı itib.
Bilindiyi kimi, Bağırov mühakimə edildiyi zaman cəmi 5-10 cümlə söyləyib. Təsadüfü deyil ki, bu cümlələrdən biri belə idi: " Mənim ən böyük səhvim Stalinə inanmağım olub." Bu cümlələrdən anlaşılır ki, Azərbaycanın birləşməsinə mane olan Stalinə onun simpatiyası olmayıb.
Pişəvərinin rəhbərlik etdiyi hərəkat İran ərazisində bir hökumət qura bilmişdi - SSRİ-yə və kommunist ideoligiyasına meylli bir hökumət. Hətta hökumətin parlamenti də formalaşmışdı. Bu arada Pişəvəri tez-tez Şimali Azərbaycana gələrək Bağırovla görüşüb və onunla gələcəkdə atılacaq addımları müzakirə edib. İranda vəziyyətin çətin olduğu, o cümlədən də Pişəvərinin həyatı üçün təhlükə yarananda Bağırov onu Bakı kəndlərinin birində gizlədib. Hətta İranda vəziyyətin gərgin olduğu və türklərin təlaşlandığı vaxt Pişəvəri onlara Bakıdan  canlı müraciət də edib. Pişəvəri bu müraciəti gizləndiyi Bakı kəndlərindən birindən edib. Onun müraciətinin Cənubi Azərbaycan parlamentinin qarşısına toplaşan türklər canlı dinləyə biliblər.  Hamı da elə bilib ki, Pişəvəri parlamentin binasındadır. Onun bu çıxışı müxtəlif texniki vasitələrlə İran ərazisinə yayınlanıb. Hətta Pişəvəri çıxışı zamanı  bildirib ki, mən hazırda parlamentin binasındayam və narahatlığa əsas yoxdur. Təbii ki, bütün bu işləri Mircəfər Bağırov həll edirdi. Nəhayət, müharibə sona yetdi və Stalin birdən-birə, yəni gözlənilmədən Sovet qoşununu İran ərazisindən çıxarmaq qərarına gəldi. Təbii ki, diktatorun bu qərarı müzakirə edilə bilməzdi. Əziz Əliyev və digər korpus komandirləri də vətənə döndü. Cənubi Azərbaycandan qayıdanlar arasında təbii ki, türk milliyyətçiliyinin təbliği üçün Bağırovun oraya göndərdiyi müəllimlər və alimlər də vardı. Bu olaydan sonra Bağırov mənən çökmüşdü.  Çünki Türkmənçay müqaviləsinin bağlandığı 1828-ci ildən bu yana Azərbaycanın bütöv olmaq yolunda əldə etdiyi ən böyük tarixi fürsət əldən çıxmışdı. Cənubi Azərbaycan hökumətinin və parlamentinin üzvləri , o cümlədən  də Pişəvəri Azərbaycana qaçmışdı. Bundan sonra İran və oradakı türklər taleyin axarına buraxıldı.  Pişəvəri ilə birlikdə Şimali Azərbaycana yüzlərlə türk müraciət etdi. Onların buradakı taleyi ilə isə heç vaxt maraqlanan olmamışdı. Pişəvərinin özü isə müharibədən az sonra, İranın təhlükəsiz bir ölkəyə çevrildiyi andan Stalinin diktəsi ilə bir erməni tərəfindən öldürüldü. Bəs Stalini  Azərbaycanı birləşdirmə fikrindən kim və necə daşındıra bildi? Ruzvelt və Çörçil. Necə? Bu iki yəhudi Stalini aldada biliblər. Onlar Stalini inandıra biliblər ki, bəs sən Azərbaycanı birləşdirsən, türklər Qafqazda gürcüləri və erməniləri sıxışdıracaqlar. Bu da gələcəkdə SSRİ  üçün böyük təhlükələrə səbəb ola bilər. Onların məsələyə bu cür yanaşmaları və canıyananlıqları Stalinin ağlına batıb və diktator Azərbaycanı birləşdirmək fikrindən birdəfəlik daşınıb. Özlərini Stalinin qayğısına qalan kimi göstərən bu yəhudilər əslində daha çox özlərini və dövlətlərini düşünürdülər. Stalindən fərqli olaraq, Ruzvelt və Çörçil  SSRİ-nin nə vaxtsa dağılacağını çox gözəl bilirdilər. Bu dağılmadan sonra isə Qafqazda böyük bir Türk Cümhuriyyəti yaranacaqdı. Bəli, məhz bu qorxu Ruzvelt və  Çörçili məcbur edib ki, Stalini inandırsınlar və onu Azərbaycanı  birləşdirmək fikrindən daşındırsınlar. Türkün böyük olması, təbii ki, heç vaxt Qərbin, daha dəqiq desək, Qərbi idarə edən yəhudinin planları arasında olmayb.
Sovet qoşununun İran ərazisindən çıxarılması ilə əlaqədar, Pişəvəri və diktator arasında maraqlı hadisələr cərəyan edib. Belə ki, Sovet qoşununun İrandan çıxarılacağı xəbərini eşidən Pişəvəri Stalinə bir neçə məktub yazıb. Onun bütün bu məktublarının məğzi isə ondan ibarət olub ki, Stalin qoşunu İrandan çıxarmasın. Bunun müqabilində isə Sovet qoşunları İrandakı türklərə inqilab etməyə yardımçı olsunlar. Stalin isə müxtəlif bəhanələrlə Pişəvərinin bu istəyini yerinə yetirməkdən boyun qaçırıb. Ən sonda diktator Pişəvəriyə yazdığı məktubunda İran ərazində hələlik sosialist inqilabının yetişmədiyini bildirib. Bununla da onların arasında olan məktublaşma bitib. Daha sonra Pişəvəri Bakıda yaşamağa başlayıb. Ona avtomobil və sürücü ayrılıb. Onun sürücüsü isə milliyətcə erməni idi. Pişəvərinin ən böyük səhvlərindən biri də ona təyin edilmiş olan sürücüyə qarşı narazılığını bildirməməsi olub. Bu məsələyə nədənsə heç Bağırov da etiraz etməyib, ancaq  hər iki şəxs anlamalı idi ki, bu erməni gec-tec Pişəvərini öldürəcək. Sonrakı hadisələr məhz belə də olub. Belə ki, Pişəvərinin olduğu avtomobilə qarşı, təxminən indiki Yevlax şəhəri yaxınlığında yalançı bir avtomobil qəzası hazırlandı və Pişəvəri bu qəzada həlak oldu. Qəzadan dərhal sonra o, xəstəxanaya çatdırılsa da, naməlum səbəblərdən ona tibbi yardım göstərilməsi gecikdirilib. M. Bağırovun dəstəyi ilə yetişmiş, onun yardımı və təşəbbüsü ilə Cənubi Azərbaycanda milli hökumət qurmuş olan Pişəvəri ruhunu Şimali Azərbaycanda Tanrıya tapşırmış oldu. Bundan sonra isə İran ərazisində yaşayan türklərin səsi bir müddət çıxmadı. Həmun dönəmdə Cənubi Azərbaycan müstəqillik əldə etməsə, Azərbaycan bütöv dövlət halında ola bilməsə də, Bağırovun bu birliyin baş tutması üçün həyata keçirdiyi fəaliyyətləri türk millətinin yaddaşında əbədi olaraq qalacaq. Bu səbəbdən də onun bütün yaxşı əməlləri araşdırılmalı və gələcək nəsillərə  çatdırılmalıdı.
Sovet təbliğatı Bağırovu bizlərə diktator kimi tanıtsa da, onun vətənə xeyirli əməlləri gələcək nəsildən   gizlədilməməlidir.

 Ziya SƏCCAD Babayev
 
http://azpress.az/view/default.phtml?sectionid=94§=279&action=full