Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Sonuncu ölən ümidlərdir" Bellestrik roman (bütöv e-mətn). Son vaxtlar gənclərin sevə-sevə oxuduqları sevgi hekayəti...

Müəllif:

Varis


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Varis. "Sonuncu ölən ümidlərdir". Bellestrik romanın bütöv e-mətni.

Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.


Baxış sayı: 18724
    
    



Varis

 

"Sonuncu ölən ümidlərdir"

 Bellestrik romanın bütöv mətni

 

Bakı - 2008

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin departament direktoru Varis Yolçiyevin «Sonuncu ölən ümidlərdir» adlı romanı işıq üzü görüb. «Kitab oxumağın vaxtı yetişdi!» devizi altında təqdim olunan kitabın mövzusu real həyat hadisələrindən bəhs edir.

Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.

Redaktoru filologiya elmləri namizədi Şərəf Cəlilli olan kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində 10 000 tirajla çap olunub.

Varis Yolçiyev vaxtilə AzTV-də yayımlanan «Gecə kanalı» verilişinin həmmüəllifi olub. 1997-2001-ci illərdə «168 saat» qəzetinə rəhbərlik edib, «Azərbaycan» nəşriyyatının baş redaktoru işləyib. 2006-cı ilin sonlarında AzTV-yə qayıdıb.