İtalyan ədəbiyyatından üç novella. Dino Buttsati. "İnsanın böyüklüyü". Luçano de Kreşentso. "Oyanış xidməti". "Zorro" (Hekayələr)... İtalyan dilindən çevirəni: Cəmşid Cəmşidov...
Seçilmiş əsərləri. V cild. Kitaba müəllifin qələmə aldığı və müxtəlif kitablarında getmiş bədii nəsr əsərləri, hekayə və povestləri, müsahibə və araşdırmaları, eləcə də elmi məqalələri daxil edilib.
"Zərdüşt belə dedi". Nitşe bu əsəri ilə Şərqə üz çevirib dünya sivilizasiyasının başlanğıcının Azərbaycanda - Midiya, Urmiya gölü ətrafından başlandığı barədə şifrə verdi bəşəriyyətə... Eləcə də barəsində məqalə və azərbaycanca aforizmləri...
"Türküstan": Yəsəvinin şəhəri Yesiyə dair". Türk Dünyası və Türkiyənin tanınmış yazarı, Avrasiya Yazarlar Birliyinin sədri, istedadlı qələm adamının azərbaycanca kulturoloji araşdırması...
"Könlümdən keçənlər". Sevimli xalq şairi oxunaqlı poetik-fəlsəfi fikirlərini iki, üç və ilaxır misralar şəklində yazaraq oxucuya təqdim edir. Yaradıcılığının ilk çağlarından indiyə kimi yazdığı kiçikhəcmli şeirlər bir kitabda...
"Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü". (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər) Fövqəltəbii qüvvələrə fərqli prizmadan yanaşma ...
"Səni düşünürəm..." Rusiyada - Moskvada yaşayan istedadlı şairə Afaq Şıxlının dördüncü kitabında onun heç yerdə işıq üzü görməyən şeirləri toplanıb. Axıcı, oxunaqlı və son dərəcə təblə yazılmış bu misralar insana sözün əsl mənasında zövq verir.
"Fəlsəfə". Ali məktəblər üçün dərslik. Tanınmış müəllifin elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasıdır. Ağayar Şükürov keçid dövründə Azərbaycanın ali məktəbləri üçün yeni dərslik və dərs vəsaitləri yazması ilə tanınırdı. A.Şükürovun elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasından ibarət olmuşdur.
"Odissey Telemaka" (Şeirlər, esse və Nobel nitqi). Dünyaşöhrtəli rusiyalı Nobel mükafatı laureatının azərbaycanca kitabı: Səlim Babullaoğlunun təqdimatında...