Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Fəlsəfə". Ali məktəblər üçün dərslik. Tanınmış müəllifin elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasıdır.

Müəllif:

Ağayar Şükürov


Kateqoriya:

Fəlsəfə, fəlsəfi mətnlər



Qısa Təsvir:

"Fəlsəfə".  Ali məktəblər üçün dərslik. Tanınmış müəllifin elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasıdır. Ağayar Şükürov keçid dövründə Azərbaycanın ali məktəbləri üçün yeni dərslik və dərs vəsaitləri yazması ilə tanınırdı. A.Şükürovun elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasından ibarət olmuşdur. 


Baxış sayı: 9679
    
    


www.kitabxana.net 

Milli Virtual Kitabxananın təqdimatında

 

Ağayar Şükürov 


"Fəlsəfə"


II nəşr

(Ali məktəblər üçün dərslik)

 

Elektron kitab


YYSQ - Milli Virtual Kitabxananın

 e-nəşri N 69 (2011)


Şəbəkə redaktoru və e-nəşrə hazırlayanı:

Aydın Xan (Əbilov) - yazar-kulturoloq




YYSQ - Milli Virtual Kitabxana

Bakı - 2011



Ağayar Şükürov


"Fəlsəfə"


Ali məktəblər üçün dərslik



"Fəlsəfə".  Ali məktəblər üçün dərslik. Tanınmış müəllifin elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasıdır.


Ağayar Şükürov Azərbaycan fəlsəfə tarixində özünə yeni iz açmış tanınmış filosoflardandır. O öz elmi yaradıcılığında bir neçə sahəyə yenilik gətirmişdir. Ağayar müəllim təbiət və fəlsəfə problemləri ilə məşğul olmuş, təbiətin fəlsəfi problemlərinin dərindən təhlilini verərək dəyərli elmi nəticələr əldə etmişdir. O, həm də dünya mifologiyasını ümumiləşdirən, mühüm elmi əhəmiyyəti olan bir neçə cilddə əsərlər yazıb nəşr etdirmişdir. Bu mifoloji tədqiqatında türk dünyasının, o cümlədən Azərbaycan mifologiyasının ümumiləşdirilməsində və onlardan yeni nəticələr çıxarılmasında alimin böyük əməyi olmuşdur. Ağayar müəllimin digər elmi istiqaməti keçid dövründə Azərbaycanın ali məktəbləri üçün yeni dərslik və dərs vəsaitləri yazması və onların işıq üzü görməsidir. A.Şükürovun elmi fəaliyyətinin bu istiqaməti yeni fəlsəfi cərəyanların dərindən təhlilli və onların sadə dildə tələbələrə çatdırılmasından ibarət olmuşdur. Alimin elmi fəaliyyətinin daha bir istiqaməti elmi-populyar məqalələrin yazılması və elmin aktual problemlərinin təhlilində yeni fəlsəfi ideya və fikirlərin qısa bir müddətdə geniş oxucu kütləsinə çatdırılmasıdır. A.Şükürovun elm sahəsindəki məhsuldarlığına, elmə xidmətinə yaxşı mənada qibtə edilməlidir. Ağayar müəllim çox sadədir, insanlarla ünsiyyət yaratmaqda,  həmsöhbətinin qəlbinə yol tapmaqda mahir bir şəxsdir. 


Ağayar Şükürov 25 mart 1946-cı ildə Biləsuvar (keçmiş Puşkin) rayonunun Əmənkənd kəndində anadan olmuşdur.
Orta məktəbi doğulduğu kənddə 1963-cü ildə bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin fakültəni bitirmişdir.
1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında oxumuşdur.
1975-ci ildə fəlsəfə elmləri namizədi, 1989-cu ildə isə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.
1990-cı ildən Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir.
Əsasən fəlsəfə və din tarixi, mifologiya, mədəniyyət və ekoloji problemlərin tədqiqi ilə məşğul olmuşdur. Onun 30-a qədər kitabı, 330-dən artıq elmi məqaləsi çapdan çıxmışdır. O, 2 elmlər doktoru, 25 elmlər namizədi yetişdirmişdir.
4 mart 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir. 2008-ci ildə vəfat etmişdir.


Əsərləri

İslam, adət və ənənə-1981
Müasir dövrün qlobal ekoloji və demoqrafik problemlərinin sosial-fəlsəfi mahiyyəti - 1984
Təbiət və cəmiyyət: fəlakətin astanasında - 1992
Azərbaycan fəlsəfəsi: qədim dövr - 1993 (G. Abdullazadə ilə birlikdə)
Mifologiya(nəzəri-fəlsəfi təhlil) I kitab - 1995
Qədim Şərq Mifologiyası II kitab - 1995
İran xalqlarının mifologiyası III kitab - 1995
Hind mifologiyası IV kitab - 1996
Qədim Çin mifologiyası V kitab - 1996
Qədim Türk mifologiyası VI kitab - 1997
Yunan mifologiyası VII kitab - 1999
Alman-Skandinav xalqlarının mifologiyası VIII kitab - 1999
Fəlsəfə, cəmiyyətdə onun yeri və rolu - 1996
Fəlsəfə və zaman - 1998
Dədə-Qorqud mifologiyası - 1999
Biblioqrafiya - 2000
Qlobalistika və ekoloji fəlsəfə - 2001
Qloballaşma: mahiyyəti və perspektivləri - 2001
Fəlsəfə və Qloballaşma - 2002
Şərq Fəlsəfəsi və Filosofları - 2005


Ali məktəblər üçün dərslikləri

Fəlsəfə - 1996
Kulturologiya - 1999
Sosial ekologiya - 1999