Kitaba müəllifin «Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili («Dağılan tifaq» pyesi əsasında)», «Cəlil Məmmədquluzadənin sovet dövrü felyetonlarının dili» monoqrafiyaları, tarix və dil tarixi problemlərinə həsr olunmuş (2001-2007) məqalələri daxil edilmişdir.
Sağlam və gözəl dəriyə sahib olmağın 7 şərti... Nənələrin saxladığı uşaqlar gonbul olurlar... Şokolad iflic olmaq riskini azaldır... Bakıya gələn yoqun dəhşətli sirri
Sufizmin və irfani düşüncənin İmam Ğəzali, ibn (əl) Ərəbi, Cəlaləddin Rumi, Hafiz və Füzuli kimi nümayəndələrini yada salmağımız haqqında söhbət gedən istiqamətin möhtəşəmliyindən xəbər verir.İlk öncə qeyd etmək istərdik ki, islam daxilində cücərmiş hər bir təriqət kimi sufizm də ilk növbədə Qurani Kərimə əsaslanıb, öz əsas prinsiplərini müqəddəs ayə və hökmlərdən əxz etdiyini bildirib.
Bu kitabda Azərbaycanın xalq şairi Məmməd Arazın bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən əsərlərindən seçmələr toplanmışdır. Canlı müşahidələrin təsiri ilə qəlbin yaddaşına yazılan bu əsərlərin iki təməl daşı var: doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə bələdlik.
Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır. Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək - Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır.
V.Vulfun ölümündən sonra onun 26 dəftərlik gündəliyi tapıldı. Bu dəftərlərdə yazıçının 27 il boyunca düşündükləri, həyatının müxtəlif anları, yazacağı əsərlərin mövzuları və sairə geniş şəkildə qeyd edilib. Bu qeydlərdə yazıçı, həm də bir insan olaraq cəmiyyət həyatını, insan yaşamını və bu üzdən özünün qarşılaşdıqlarını açıq şəkildə göstərir, təhlil edir, nəticə çıxarır. Bu gündəlik həm də bir qadının cəmiyyət həyatına baxışlarıdır. Burada o, axtarır, qadının kimliyini ortaya çıxarmaq istəyir.