ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Məmməd Araz. Seçilmiş əsərləri. İki cilddə. İkinci Kitab.
Bakı, "Lider nəşriyyat", 2004, 232 səh.
Ön sözün müəllifı: Yaşar Qarayev
Tərtib edəni: Gülxanım Fətəli qızı
Bu kitabda Azərbaycanın xalq şairi Məmməd Arazın bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən əsərlərindən seçmələr toplanmışdır. Canlı müşahidələrin təsiri ilə qəlbin yaddaşına yazılan bu əsərlərin iki təməl daşı var: doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə bələdlik.
Dilin əlvanlığı şirinliyi və oynaqlığından, poetik müşahidələrin dərinliyindən və itiliyindən, bəzən gümrah, bəzən də ağrılı-acılı düşüncələrin, bəzənsə küskün hisslərin vəhdətindən yaranmış bu poeziyanın məhvəri Vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında həm nikbin, həm nigaran qənaətlərdir.
ISBN 9952-417-22-3
© "LİDER NƏŞRİYYAT", 2004