
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Sovet hökumətinin SSRİ-nin dağılmasından sonra açıqlanan sənədləri Stalinin nasist Almaniyası ilə Molotov-Ribbentrop sazişini imzalaması səbəblərinə dair yeni fikirlər ortaya qoyub. Bu saziş tərəflərin bir-birinə hücum etməyəcəyini nəzərdə tuturdu.
1939-cu il avqustun 19-da Politbüronun tələsik çağırılmış iclasında Stalin deyib ki, sülh və müharibə məsələsi qətiyyət tələb edən mərhələyə daxil olmaqdadır.
O, nəticənin SSRİ-nin hansı strategiyanı üstün tutacağından asılı olacağını təxmin edirdi.
Onun fikrincə, Sovet İttifaqı Fransa və Britaniya ilə alyans qurarsa, Almaniya Polşaya qarşı ərazi tələblərindən əl çəkəcəkdi.
Stalinin təxminlərinə görə, bu, müharibənin dərhal başlamasının qarşısını ala bilərdi, amma hadisələrin gələcək inkişafını SSRİ üçün təhlükəli edirdi.
Bizim məqsədimiz əmin olmaqdır ki, Almaniya mümkün olduğu qədər uzun müddət mübarizə aparsın ki, İngiltərə və Fransa məhv olsunlar
İosif Stalin, 1939-cu il
Stalin belə təkliflə çıxış edirdi ki, SSRİ Almaniya ilə saziş imzalasa, onda Berlin heç şübhəsiz ki, Polşaya hücum edəcək. Bu isə Fransa ilə İngiltərənin məsələyə qarışmasına səbəb olacaq.
Gələcəyə baxan Stalin deyirdi ki, bu şərtlər altında \" biz özümüzü üstün mövqedə görürük. Yəni öz növbəmizi gözləyə bilərik. \"
Bir şey aydındır ki, Stalin nəinki Nasist Almaniyasının hücumu mümkünlüyündən narahat deyildi, hətta belə hücumun qeyri-mümkün olduğunu hesab edirdi.
\"Bizim mövqeyimiz aydındır. Neytral qalmaq. Biz iqtisadi cəhətdən Almaniyaya yardım edirik. Bizim üçün vacib olanı odur ki, müharibə mümkün olduğu qədər uzun müddət davam etsin ki, tərəflər və qüvvələr əldən düşsün.\"
Tənqid
![]() |
![]() |
| Bizim məqsədimiz əmin olmaqdır ki, Almaniya mümkün olduğu qədər uzun müddət mübarizə aparsın ki, İngiltərə və Fransa məhv olsunlar |
Bir çox qərbli tarixçinin fikrincə, Polşaya verilən Anqlo-Fransız təhlükəsizlik zəmanətləri Stalini Avropanın hakiminə çevirib.
1939-cu il mayın 3-də Stalin qərbpərəst yəhudi xarici işlər naziri Litvinovu Vyaçeslav Molotovla əvəz edir. Bu ondan xəbər verirdi ki, o, nasistlərlə əlaqələri inkişaf etdirmək istəyirdi.
Rəsmi rus tarixinə əsasən Stalin Almaniyanın müharibədən qalib çıxdığı halda belə, yorğun olacağına və buna görə də, SSRİ ilə ən azı növbəti 10 il ərzində müharibə aparmayacağına inanırdı.
Molotov-Ribbentrop sazişi SSRİ xaricində olan kommunistlərin tənqidinə səbəb olmuşdu.
Stalin Moskvada təsis edilmiş Beynəlxalq Kommunist Təşkilatının başçısını dəvət edərək öz fikirləri ilə tanış edir. O bunları demişdi.
\"Hitler bunu nə başa düşür, nə də istəyir. Amma o, kapitalist sistemini zərbə altına alır. Biz tərəflər arasında manevr edə bilərik və tərəflərdən birini o birisinə qarşı hücum etməyə vadar edə bilərik. \"
Xarici kommunist partiyalarına məktubunda Stalin bunları yazır:
\" İngilis-Fransız imperializminin xilas olması Kommunist prinsiplərinin pozulması deməkdir. Bu prinsiplər isə bizim ümumi düşmənimiz olan faşizmlə müvəqqəti sazişi istisna etmir. \"
Bəs alternativ variant var idimi?
1939-cu ilin yaz və yay aylarında Stalin qərb demokratiyaları ilə alyans qura bilərdi. Bu addım dünya müharibəsinin və Avropanın sərhədlərinin dəyişdirilməsinin qarşısını alardı.
Amma Stalin üçün problem ondan ibarət idi ki, bu, kommunizmin yekun qlobal qələbəsini qeyri-müəyyən müddətə gecikdirmiş olardı.
Stalinin əməlləri onu göstərdi ki,o, sülh şəraitində uzun müddət yanaşı yaşamağın mümkünlüyünü qəbul etmək istəmirdi. Bu isə Sovet İttifaqının Stalinin ölümündən sonra kapitalist dünyası ilə bağlı siyasətini müəyyən etmiş oldu.
Stalin ilə Hitleri köhnə dünya qaydalarını dağıtmaq və özlərinin istədiyi variantı gerçəkləşdirmək istəyi birləşdirirdi.
Bu isə Sovet-Nasist dostluğunu sürətli və partladıcı sonluğa gətirdi.