Məhəmməd Turan. "Şeir sevgilim". Şeirlər toplusu. Məhəmməd Turanın şeirlərini oxuduqca, fikirləşirsən: ən yaxşı fikri onun şeirlərinin özü deyir. Əgər 16 yaşlı bu gəncin şeiri haqqında fikri onun öz şeirləri deyirsə, demək, onun gələcəyinə böyük ümid var.
Mehman Süleymanov. "Səməd bəy Mehmandarov". Tarixi-elmi araşdırma. Lənkəranda doğulmuş, boya-başa çatmış peşəkar hərbiçi, general və ictimai-siyasi xadim, düşüncə adamı haqında kulturoloji kitab.
Məcnun Göyçəli. "Seçilmiş əsərləri". III cilddə. II cild. Üçcildliyin bu cildinə istedadlı Azərbaycan şairinin müxtəlif illərdə qələmə aldığı epik-lirik əsərləri - şeirləri və poemaları daxil edilib.
Məcnun Göyçəli. "Seçilmiş əsərləri". III cilddə. I cild. Bu cildə tanınmış Azərbaycan şairinin müxtəlif illərdə qələmə aldığı Məcnun Göyçəlinin vətən həsrəti, Qərbi Azərbaycan dərdi ilə yoğrulmuş, zəmanəmizin ictimai-sosial problemlərini qabardan epik-lirik əsərləri - şeirləri və poemaları daxil edilib.
Qazi Hacı Mirəziz Seyidzadə. "Elmin qapısı" Elmi-dini kitab. Kitabda İmam Əlinin (ə) həyatı, dövrü, hikmətli kəlamları, məktubları, elmi-poetik-fəlsəfi yaradıcılığı, eləcə də tanınmış din alimləri tərəfindən bu mövzuya aid materiallarından ibarət əsərlərindən ümumiləşdirmələr toplanmışdır.
Məcnun Göyçəli. "Poemalar". Bu yeni kitaba tanınmış Azərbaycan şairi Məcnun Göyçəlinin vətən həsrəti, Qərbi Azərbaycan dərdi ilə yoğrulmuş, zəmanəmizin ictimai-sosial problemlərini qabardan epik-lirik əsərləri - poemaları daxil edilib.
Miraziz Seyidzade. "Door of knowledge". Qazi Hacı Mirəziz Seyidzadə. "Elmin qapısı". The book comprises lifetime facts of Imam Ali (A.S.), his period of Imamate, his gazavats, nobilities, his wise sayings and letters to separate governors and decrees the Imam issued.
Mehman Süleymanov. "Nuri Paşa və silahdaşları". 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda başladılan mücadilə hərəkatında , qədim və gözəl Bakı şəhərinin, Şərqin mədəni, ictimai-siyasi mərkəzlərindən biri olan Bakının birləşmiş düşmən qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və bu ordunun komandanı Nuru Paşanın böyük xidmətləri olub. Bu kitabda böyük sərkərdənin və onun silahdaşlarının keçdiyi şərəfli yol öz əksini tapıb.
Mövlüd Süleymanlı. "And olsun, əsrə..." Xalq yazıçısı Mövlüd Süleymanlının bu yeni kitabına “Erməni adındakı hərflər” romanı, “Teymurlar” povesti,“Yer üzünə məktub” tarixi-fəlsəfi-etnoqrafik yaşantılar kimi son illər qələmə aldığı maraqlı əsərləri daxil edilib.
Mehman Süleymanov. "Nadir şah". Tarixi-elmi araşdırma. Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətnə həsr edilmişdir. Müəllif tərəfindən Nadir şahın uşaqlıq illəri, onun sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan döyüş yolu, böyük bir imperiyanın yaradılması üçün tarixə sığmayan fatehliyi və nəhayət faciəli həyatı geniş şəkildə araşdırılmışdır.
Manaf Süleymanov. "Eşitdiklərim, oxuduqlarım, gördüklərim". Sənədli nəsr - memuar. Kitab Azərnəşr 1989-cu il buraxılışı əsas götürülərək, müəllifin nəvəsi Zaur Əhmədzadə ilə bağlanan müqaviləyə əsasən nəşr edilib. Kitab Bakının qədim keçmişindən, inqilab dövründə neft səltənətində baş verən hadisələrdən, Bakının kəşməkəşli günlərindən bəhs edir.
Mahatma Qandi. "Bütün insanlar qardaşdır". YUNESKO-nun ümumi iclası 1956-cı ildə Yeni Dehlidə keçirilib. Bu iclasda qərara alınıb ki, M.Qandinin fəlsəfi-bəşəri görüşlərini əks etdirən belə bir kitab hazırlanıb yayımlansın.