Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Mirəziz Seyidzadə. "Elmin qapısı" Elmi-dini kitab. Kitabda İmam Əlinin (ə) həyatı, dövrü, hikmətli kəlamları, məktubları, elmi-poetik-fəlsəfi yaradıcılığı tədqiq olunur.

Müəllif:

Mirəziz Seyidzadə


Kateqoriya:

Dini tolerantlığın innovativ təbliği: QHT Şurası layihəsi



Qısa Təsvir:

Qazi Hacı Mirəziz Seyidzadə. "Elmin qapısı" Elmi-dini kitab. Kitabda İmam Əlinin (ə) həyatı, dövrü, hikmətli kəlamları, məktubları, elmi-poetik-fəlsəfi yaradıcılığı, eləcə də tanınmış din alimləri tərəfindən bu mövzuya aid materiallarından ibarət əsərlərindən ümumiləşdirmələr toplanmışdır.


Baxış sayı: 2617
    
    


www.kitabxana.net 

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 12 (69- 2016)

Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib 


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/


Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org 



Qazi Hacı Mirəziz Seyidzadə


 Elmin qapısı


Elmi-dini kitab


Elmi-ədəbi redaktə və bütün hüquqlar kitabı nəşrə hazırlayanlara məxsusdur

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı - 2016


Elmi məsləhətçi: Şeyxülislam Hacı Allaşükür Paşazadə 


Qazi Hacı Mirəziz Seyidzadə.  Elmin qapısı. Bakı, 2007. 602 səh


Kitabda İmam Əlinin (ə) həyatı, dövrü, hikmətli kəlamları, məktubları, elmi-poetik-fəlsəfi yaradıcılığı, eləcə də tanınmış din alimləri tərəfindən bu mövzuya aid materiallarından ibarət əsərlərindən ümumiləşdirmələr toplanmışdır.


DİQQƏT


 Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.

 

 "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:  


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=175

 

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk səhifəsi: 

https://www.facebook.com/groups/yenikreativ/

 

Müəllifin digər e-kitabları burada:


http://kitabxana.net/?oper=readBook&id=2465


http://kitabxana.net/?oper=readBook&id=2451

 

http://kitabxana.net/?oper=readBook&id=2450

 

 

Seyidzadə Hacı Mirəziz Mirəsgər oğlu



1949-cu il fevral ayının 14-də Masallı rayonu Türkoba kəndində anadan olub. Təhsili: 1958-1968-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 

1968-1974-cü illərdə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb. 

1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şübəsini əla qiymətlə başa vurub. 

1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. 

Elmi dərəcəsi və elmi adları: 2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 

2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. Əmək fəaliyyəti: 1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 

1984-1988-ci illərdə Masallı şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub. 

1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 

2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiridir. 2014-cü ildə dünyasını dəyişib.

Kitabları: 

1. "İmam Əlinin qısa kəlamları" (Tərcümə. 30 səh.) Bakı-1991. 

2. "İslami söhbətlər" (Dərslik, 448 səh.) I hissə. Bakı-1996. 

3. "Allahımı belə tanıdım" (141 səh.) Bakı - 1998. 

4. "İslami söhbətlər". (Dərslik. 524 səh.) II hissə. Bakı - 2002. 

5. "İslami söhbətlər" (Dərslik. 688 səh. Yeni nəşr). Bakı - 2003. 

6. "Bulud ağlamasa". (209 səh.) Bakı - 2006 

7. "Elmin qapısı" (650 səh.) Bakı - 2008 

8. "Divan" (472 səh.) Bakı-2008. 

9. “İslami söhbətlər” (Rus dilində, “İslamskie besedı” 502 səh.) Bakı-2009 

10. “Elmin qapısı” (İngilis dilində, “Door of knowledge”, 619 səh.) Bakı-2009 


11. “İmam Əlinin (ə) qısa kəlamları”, (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010 

12. “İslam olduğu kimi”, (447 səh.) Bakı-2011 

13. “Yaradan axtarışında”, (230 səh.) Bakı-2013 

Məqalələri: 

1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir.