E. F. Yusifov, V. C.Hacıyev. "Hirkan Biosfer Rezervatı". Kitabda Biosfer Rezervat konsepsiyası, prinsipləri haqqında, Hirkan Biosfer Rezervatının tarixi əsasları, fiziki-coğrafi şəraiti və əsas iqlim göstəriciləri, flora biomüxtəlifliyi, meşə bitki örtüyü və ərazinin endemik bitkiləri haqqında geniş məlumatlar verilmişdir.
Əlizadə Əsgərli. "Xəlil Rza Ulutürk: Milli ideal mücahidi". Elmi-filoloji monoqrafiya. Kitab müəllifin uzun illər "XX əsr Azərbaycan ədəbi-bədii fikrində milli ideal və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)" mövzusunda apardığı tədqiqatların əsasında hazırlanmış monoqrafiyadır.
Bəxtiyar Əliyev, Rəşid Cabbarov. "Təhsildə şəxsiyyət problemi". Psixologiya elminə aid elmi monoqrafiya. “Gənc elektron elm” - Elektron kitab N77 (26 - 2014)
Eşqanə Babayeva. "Nəcib Fazil Qisakürəyin yaradıcılıq yolu". Monoqrafiya. AMEA Nizami adına Ədəbiyyat İnstitunda filologiya elmləri fəlsəfə doktorluğu üzrə əyani doktorantı olub: akademik Bəkir Nəbiyevin elmi rəhbərliyi ilə "Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu" mövzusunda dissertasiya müdafiə edib. Kitabda XX əsr Türk ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri, böyük şair, qüdrətli dramaturq, yazıçı, tənqidçi, filosof və publisist Nəcib Fazil Qısakürəyin (1904-1983) ömür yolu, ədəbi mühiti və yaradıcılığının spesifik xüsusiyyətləri sistemli şəkildə təhlil olunmuşdur.
Sədi Sadiyev. "Balkan türklərinin ədəbiyyatı" Elmi-filoloji monoqrafiya. “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır. Elektron kitab N 73 (23 - 2014).
Arif Əmrahoğlu (Məmmədov). "Türk xalqları ədəbiyyatı". Elmi məqalə, ressenziya və araşdırmalar. Mərhum AYB katibi, ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi A.Əmrahoğlunun (Məmmədov) türkologiya, kulturologiya, filologiya, humanitar sahələrə dair elmi araşdırma, məqalə, resenziya və tədqiqlərdən ibarət elektron kitab.
Aydın Xan Əbilov. "Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri". İntellektual-kultoroloji araşdırmalar. Tanınmış gənc yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net, elmler.net resurslarının yaradıcısı Aydın Xan Əbilovun kulturologiya, filologiya, humanitar sahələrə dair elmi araşdırmaları, tərcümə və tədqiqlərdən ibarət elektron kitab.
Nüsrət Siracov. "Torpaqşünaslıq: yeni araşdırmalar". Elmi araşdırmalar toplusu. İstedadlı gənc alim N.Siracov torpaqşünaslıq elminə dair elmi araşdırmalarından ibarət elektron kitab.
Vüqar Əhməd. “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti”. Elmi-filoloji monoqrafiya. Elektron kitabda Güney Azərbaycan milli-azadlıq hərəkatının və humanitar düşüncəsinin görkəmli nümayəndəsinin ictimai-mədəni həyatı araşdırmaya cəlb olunur...
Eliza İsmayılova. "Qloballaşma dövründə "zəka axını" (fəlsəfi-sosioloji təhlil)". Dissertasiya - monoqrafiya. Fəlsəfə üzrə elmlər doktoru E.İsmayılovanın tədqiqatında «zəka axını» probleminə yeni yanaşma istiqamətlərinin müəyyən edilməsi, gələcəkdə bu sahədə aparılacaq elmi tədqiqatlarda ciddi tədqiqat mövzusu hesab oluna bilər.