Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Türk xalqları ədəbiyyatı". Elmi məqalə, ressenziya və araşdırmalar. Mərhum AYB katibi, ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi A.Əmrahoğlunun (Məmmədov) türkologiya, kulturologiya, filologiya, humanitar sahələrə dair elmi kitabı.

Müəllif:

Arif Əmrahoğlu (Məmmədov)


Kateqoriya:

Elektron təhsil – Virtual İnternet resurs mərkəzi



Qısa Təsvir:

Arif Əmrahoğlu (Məmmədov). "Türk xalqları ədəbiyyatı". Elmi məqalə, ressenziya və araşdırmalar. Mərhum AYB katibi, ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi A.Əmrahoğlunun (Məmmədov) türkologiya, kulturologiya, filologiya, humanitar sahələrə dair elmi araşdırma, məqalə, resenziya və tədqiqlərdən ibarət elektron kitab.


Baxış sayı: 155
    
    


www.elmler.net


 Virtual İnternet Resurs Mərkəzinin təqdimatında


 “Gənc elektron elm”: 72 (22 - 2014)


 Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi”  innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.  Elektron kitab N 69 (21 - 2014)


Layihənin maliyyələşdirir: 


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:

http://youthfoundation.az

 

YYSQ - http://www.yysq.org  http://www.elmler.net

 

Arif Əmrahoğlu   (Məmmədov)

 

Türk xalqları ədəbiyyatı


 

Elmi məqalə, ressenziya və araşdırmalar


Bakı, YYSQ - 2014


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Mərhum AYB katibi, ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi Arif Əmrahoğlunun (Məmmədov) türkologiya, kulturologiya, filologiya, humanitar sahələrə dair elmi araşdırma, məqalə, resenziya və tədqiqlərdən ibarət elektron kitab.


 Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:

http://kitabxana.net/?oper=e_kitabxana&cat=173

 

Arif Əmrah oğlu Məmmmədov (Arif Əmrahoğlu)

 Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi.

Arif Əmrahoğlu  Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olmuşdur. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirmişdir (1972). Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlamışdır (1972-1973). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1973-1978). Zaqafqaziya komsomol məktəbini bitirmişdir (1977). Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi (1979-1986), institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi (1986-1989), Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini (1989-1993), Prezident Aparatında milli siyasət şöbəsində (1993-1997) işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin katibi (1997-2014), Bakı Dövlət Universitetinin müəllimi (1997-2014) olmuşdur.

Ədəbi fəaliyyətə erkən başlamışdır. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc edilmişdir. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olmuşdur. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutur. "Klassik Azərbaycan nəsrinin poetikası" mövzusunda tədqiqat üzərində işləmişdir, fəal ictimaiyyətçi olmuşdur. M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirmişdir. Bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur. 19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Əsərləri

Nəsrin poetikası (XIX əsrin II yarısı). Bakı: Elm, 1990, 136 səh.
Sözə inam sabahımızdır. Bakı: Nurlan, 1999, 60 səh.
Epik sözün bədii gücü. Bakı: Elm, 2000, 211 səh.