
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm” - Elektron kitab N 79 (28 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:
Yeni Yazarlar və Sənətçilər Qurumu:
http://www.yysq.org http://www.elmler.net
"Xəlil Rza Ulutürk: Milli ideal mücahidi"
Elmi-filoloji monoqrafiya
Bakı - YYSQ - 2014
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=173
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Ön söz müəllifi: akademik B.Ə.Nəbiyev
Elmi redaktor: professor T.Ə.Əhmədov
Rəyçilər: Azərbaycan MEA-nın müxbir üzvü, professor N.Q.Cəfərov
f.e.d. N.Ə.Qəhrəmanlı
Əlizadə Əsgərli. Milli ideal mücahidi, Bakı, "Elm", 2005, səh. 419
Kitab müəllifin uzun illər "XX əsr Azərbaycan ədəbi-bədii fikrində milli ideal və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)" mövzusunda apardığı tədqiqatların əsasında hazırlanmış monoqrafiyadır.
Əsərin birinci fəslində X.R.Ulutürkün milli özünüdərkinin şüur və məfkurə qaynaqları tarixi ədəbi proseslə birlikdə ideoloji-bədii olaraq aydınlaşdırılmışdır.
Bu fəsildə X.R.Ulutürkün milli mənlik şüurunun xüsusiyyətləri, İstiqlalçılıq, Türkçülük, Vətənçilik, Xalqçılıq və geniş surətdə Azərbaycançılıq baxışları tədqiq olunmuşdur.
İkinci fəsildə X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülü və onun fərdi müəyyənlik xüsusiyyətləri, poemalarının tarixə baxış keyfiyyətləri, tarixi gerçəklik zəminində sənətkarın milli xarakterinin təkamülü (lirik "Mən", lirik qəhrəman, lirik şəxsiyyət, milli xarakter) izlənilmişdir.
Üçüncü fəsildə sənətkarın ədəbi-tənqid, bədii tərcümə, publisistika və elmi-tarixi memuarlarının millilik və bəşərilik xüsusiyyətləri ehtiva olunmuşdur.
Monoqrafiyada ümumən Azərbaycan ədəbiyyatının milli ideal və xalq taleyi təcrübəsi ümumtürk ictimai-ədəbi fikri zəminində bir sənətkarın yaradıcılığı əsasında ümumiləşdirilmişdir.
Kitab xalqımız, millətimiz və ədəbiyyatşünaslıq elmi fikrimiz üçün nəzərdə tutulmuşdur. Monoqrafiyadan tələbələr, aspirantlar və dissertantlar ciddi surətdə faydalana bilər.