
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm” - Elektron kitab N 80 (29 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:
Yeni Yazarlar və Sənətçilər Qurumu:
http://www.yysq.org http://www.elmler.net
E. F. Yusifov
V. C.Hacıyev
"Hirkan Biosfer Rezervatı"
Bakı - YYSQ - 2014
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=173
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Kitabda Biosfer Rezervat konsepsiyası, prinsipləri haqqında, Hirkan Biosfer Rezervatının tarixi əsasları, fiziki-coğrafi şəraiti və əsas iqlim göstəriciləri, flora biomüxtəlifliyi, meşə bitki örtüyü və ərazinin endemik bitkiləri haqqında geniş məlumatlar verilmişdir.
Monoqrafiyada həmçinin Hirkan Biosfer Rezervatı və xüsusi mühafizə olunan təbiət ərazilərinin rekreasiya və turizm potensialından istifadənin gələcək istiqamətləri müəyyənləşdirilmiş, tövsiyələr verilmiş, bu tip ərazilərin turizm və rekreasiya potensialından davamlı istifadənin yolları araşdırılmış, ekoloji turizm anlayışının mahiyyəti, prinsipləri, növləri, digər turizm formalarından fərqli cəhətləri əks etdirilmiş, «Qırmızı Kitab» və «Yaşıl Kitab» məsələlərinə toxunulmuşdur.
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində təbiət komplekslərindən rasional istifadə və mühafizə məqsədi ilə turist resurslarının rekreasiya potensialının hesablanması, ekoloji normativlər, onların əsas vahidləri və tətbiq olunması qaydaları kimi məsələlər də kitabda öz əksini tapmışdır.
Monoqrafiya biologiya, ekologiya sahələrindəki mütəxəssislər, xüsusi mühafizə olunan təbiət əraziləri əməkdaşları və turizm işçiləri, ətraf mühit profilli ali təhsil ocaqlarının, akademik və elmi-tədqiqat institutlarının əməkdaşları üçün dəyərli vəsait ola bilər.