
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm” - Elektron kitab N 76 (25 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu:
Yeni Yazarlar və Sənətçilər Qurumu:
http://www.yysq.org http://www.elmler.net
Eşqanə Babayeva
Nəcib Fazil Qisakürəyin yaradıcılıq yolu
Monoqrafiya
Bakı - YYSQ - 2014
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bu silsilədən olan e-nəşrlərimizlə buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=173
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu” kitabının elmi redaktoru Bəkir Nəbiyevdir. Kitabda XX əsr Türk ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri, böyük şair, qüdrətli dramaturq, yazıçı, tənqidçi, filosof və publisist Nəcib Fazil Qısakürəyin (1904-1983) ömür yolu, ədəbi mühiti və yaradıcılığının spesifik xüsusiyyətləri sistemli şəkildə təhlil olunmuşdur.
Eşqanə Babayeva
Babayeva Eşqanə Akif qızı 1982-ci ildə Cəlilabad rayonunun Alar kəndində ziyalı ailəsində doğulmuşdur.
2000-2004-cü illərdə Qafqaz Universiteti filologiya fakültəsi Türk dili və ədəbiyyatı bölümünü "Universitet birincisi" olaraq bitirmiş, 2004-2006-cı illərdə isə Qafqaz Universitetinin həmin fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Qafqaz Universitetində müəllim kimi fəaliyyət göstərmişdir (2004-2009).
2006-2009-cu illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitunda filologiya elmləri fəlsəfə doktorluğu üzrə əyani doktoranturada təhsil almış, akademik Bəkir Nəbiyevin elmi rəhbərliyi ilə "Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu" mövzusunda dissertasiyasını uğurla müdafiə etmişdir.
Hazırda, elmlər doktorluğu üzrə dissertanturada təhsil alır, XX əsr türk romanlarıyla bağlı tədqiqatlar aparır.
Respublikamızda və xarici ölkələrdə keçirilmiş bir çox elmi konfranslarda məruzələr etmişdir. Qırxa yaxın elmi məqalənin müəllifidir.
Bədii tərcümə ilə məşğul olur. N.F.Qısakürəyin "Bir adam yaratmaq" pyesini azərbaycan türkcəsinə uyğunlaşdıraraq nəşr etdirmişdir.
2010-cu ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu Gənc Alimlər birliyinin sədridir.
"Türk xalqları ədəbiyyatı" məqalələr toplusunun məsul katibidir.
Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçidir.