Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Bəhruzər. "Keçmiş gələcək". I kitab. Bu araşdırmada Azərbaycanın qərb bölgəsinin etnoqrafik sirlərinə səyyahət də adlandırmaq olar. Əsərdə Tovuzun etnoqrafik tarixi ilə yanaşı çox maraqlı məqamlara toxunulur.

Bəhruzər

(müəllif)

Qısa Təsvir:

Bəhruzər. "Keçmiş gələcək". I kitab. Bu araşdırmada Azərbaycanın qərb bölgəsinin etnoqrafik sirlərinə səyyahət də adlandırmaq olar. Əsər Tovuz rayonunun etnoqrafik tarixi ilə yanaşı çox xırda məqamları, hansı ki, məhz o məqamlar xalqın şifahi yaddaşını təşkil edir, dəyərləri, hətta bizə adidən adi görünəcək hadisələri belə qələmə alınıb.


Baxış sayı: 718
    
    


    
"Talelər dünyası". İstedadlı Azərbaycan nasirinin bədii nəsr əsərlərindən ibarət növbəti - onuncu kitabının elektron variantı...

Camal Zeynaloğlu

(müəllif)

Qısa Təsvir:

Camal Zeynalov. “Talelər dünyası”. Hekayələr və esselər kitabı. Bu kitab C.Zeynaloğlunun oxucularla onuncu görüşüdür. İctimai həyatımızda baş verən hadisələr müəllifi həm bir vətəndaş kimi, həm də qələm əhli kimi gözgörəsi narahat edir. Xalqımızın ən öyünməli, ən güvənməli cəhətləri olan milli dəyərləri – ailə məsələləri, qadın ləyaqəti, qadın şərəfi, isməti mənəvi, əxlaqi, etik baxımından təhlükə qarşısında olduğunu cəmiyyətə mesaj verir. Bütün bunlar Camal Zeynaloğlunun narahat ürəyindən keçib özünün, eləcə də oxucuların sinirlərinə, varlıqlarına sirayət edir.


Baxış sayı: 686
    
    


    
«Ötənlərdən gələn səslər». Poeziya kitabı. Bu kitab 1970-90-cı illərdə yazılmış və çap olunmamış şeirlərin toplusudur. Şeirlərin ruhu ilahi, dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət şeirləri ilə cilalanıb. “Çağdaş Azərbaycan poeziyası”

Şirin xanım Kərimbəyli Şadiman

(müəllif)

Qısa Təsvir:

Şirin Xanım Kərimbəyli Şadiman. «Ötənlərdən gələn səslər». Poeziya kitabı. Bu kitab 1970-90-cı illərdə yazılmış və çap olunmamış şeirlərin toplusudur. Şeirlərin ruhu ilahi, dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət şeirləri ilə cilalanıb. Dünyanın ağrı-acılarını öz ürəyində daşıyan müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


Baxış sayı: 690
    
    


    
Şəfa. “Bir şüşə günah”. Hekayələr toplusu. İstedadlı yazıçı Şəfanın bu elektron kitabına onun müxtəlif illərdə qələmə aldığı hekayələr və essesi daxil edilib. Hekayə qəhrəmanları həyatlarının müxtəlif anlarında insanı keyfiyyətlərini itirmirlər

Şəfa

(müəllif)

Qısa Təsvir:

Şəfa. “Bir şüşə günah”. Hekayələr toplusu. İstedadlı yazıçı Şəfanın bu elektron kitabına onun müxtəlif illərdə qələmə aldığı hekayələr və essesi daxil edilib. Müəllifin qəhrəmanları həyatlarının müxtəlif  anlarında insanı keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı qoruyub saxlamağı bacarırlar. Əsasən qadın yaşantılarını məharətlə bədii nəsrə gətirməyə başlayan yazıçı çağdaş ədəbiyyatımızda az işlənən bir sahəni inkişaf etdirməkdə iddialıdır...


Baxış sayı: 695
    
    


    
Göyərçin. "Dünya iradə və təsəvvür kimi" - "Die Welt als Wille und Vorstellung". Poema dahi alman filosofu A.Şopenhauerin həyat və yaradıcılığına həsr olunmuşdur.

Göyərçin Kərimi

(müəllif)

Qısa Təsvir:

Göyərçin Kərimi. "Dünya iradə və təsəvvür kimi" - "Die Welt als Wille und Vorstellung". Poema dahi alman filosofu A. Şopenhauerin həyat və yaradıcılığına həsr olunmuşdur. "Mən bu kitabı dahi alman filosofu Artur Şopenhauerin eyni adlı əsərinin şərəfinə “Dünya iradə və təsəvvür kimi” adlandırmışam. “Niyə bu filosofa müraciət etdim?” sualı, yəqin ki, oxuyan hər kəsi düşündürəcək. Cavabım qısadır: “İlhamın vətəni yoxdur”."


Baxış sayı: 700
    
    


    
"Partizanın acı həqiqətləri". Sənədli roman. Gənc müəllifin sayca dördüncü olan "Partizanın acı həqiqətləri" kitabında İkinci Dünya müharibəsi iştirakçısı, partizan Mirdamət Seyidovun keçdiyi şərəfli yol izlənilir.

İradə Aytel

(müəllif)

Qısa Təsvir:

İradə Aytel. "Partizanın acı həqiqətləri". Sənədli roman. Gənc müəllifin sayca dördüncü olan "Partizanın acı həqiqətləri" kitabında İkinci Dünya müharibəsi iştirakçısı, partizan Mirdamət Seyidovun keçdiyi şərəfli yol izlənilir. Sənədli roman janrında qələmə alınmış bu əsərin sonunda arxiv materialları və şəkillər də verilmişdir...


Baxış sayı: 696
    
    


    
"Dünyadan qalsın". Aforizmlər. Kitabda tanınmış yazıçı, ziyalı və pedaqoqun indiyə qədər müxtəlif əsərlərində getmiş mənalı fikirləri, eləcə də aforizmləri və fəlsəfi düşüncələri yer alıb.

Əvəz Süleyman

(müəllif)

Qısa Təsvir:

Əvəz Süleyman. "Dünyadan qalsın". Aforizmlər. Kitabda tanınmış yazıçı, ziyalı və pedaqoqun indiyə qədər müxtəlif əsərlərində getmiş mənalı fikirləri, eləcə də aforizmləri və fəlsəfi düşüncələri yer alıb. 


Baxış sayı: 711
    
    


    
"Dərd yazanın dərdi". Kitabda Şamaxıda yaşayıb-yaradan tanınmış ziyalı, 10 kitab müəllifinin müxtəlif illərdə böyüklər və uşaqlar üçün qələmə aldığı maraqlı, oxunaqlı nəsr əsərləri toplanıb. “Çağdaş Azərbaycan nəsri”

Əvəz Süleyman

(müəllif)

Qısa Təsvir:

Əvəz Süleyman. "Dərd yazanın dərdi". Kitabda Şamaxıda yaşayıb-yaradan tanınmış ziyalı, 10 kitab müəllifinin müxtəlif illərdə böyüklər və uşaqlar üçün qələmə aldığı maraqlı, oxunaqlı əsərlər oplanıb.  Kitabda müasir həyada hər an rastlaşdığımız, yaşadıqlarımız və gördüklərimiz yazıçının dili ilə obrazlı şəkildə təsvir olunmuşdur. Burada daha çox müəllifin qələmə aldığı hekayə və povestləri toplanmışdır.  “Çağdaş Azərbaycan nəsri”: 15  (111 - 2013). Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.


Baxış sayı: 706
    
    


    
"Seçilmiş əsərləri". VII Cild.Tanınmış şairə-publisist, tərcüməçi və dilçi alim Firuzə Məmmədlinin yeni poetik nümunələrindən - lirik-fəlsəfi, ictimai-siyasi şeirlərindən ibarət novbəti elektron kitabı...

Firuzə Məmmədli

(müəllif)

Qısa Təsvir:

Firuza Məmmədli. "Seçilmiş əsərləri". VII Cild.Tanınmış şairə-publisist, tərcüməçi və dilçi alim Firuzə Məmmədlinin yeni poetik nümunələrindən - lirik-fəlsəfi, ictimai-siyasi şeirlərindən ibarət novbəti elektron kitabı...


Baxış sayı: 683
    
    


    
“Zərif beytlər”imiz" (Almanax). “Zərif beytlər” Ədəbi Birliyi Mahirə Nərimanqızı tərəfindən yaradılıb. Kitab iki hissədən ibarətdir: ikinci bölümdə birlik üzvlərinin bir qisminin yaradıcılığından nümunələr verilmişdir.

Bələdçi

(müəllif)

Qısa Təsvir:

“Zərif beytlər”imiz" (Almanax). “Zərif beytlər” Ədəbi Birliyi Abdullayeva Mahirə Nəriman qızı (Mahirə Nərimanqızı) tərəfindən yaradılmışdır. Kitab iki hissədən ibarətdir: Birinci hissədə keçirilən tədbirlərin bir neçəsi, ikinci hissədə isə birlik üzvlərinin bir qisminin yaradıcılığından nümunələr verilmişdir. 


Baxış sayı: 658
    
    


    
“Tərs qadınlar və sevimli kişi”. Bədii nəsr nümunələri: hekayə, povest, roman... e-Kitaba həyat reallıqları haqqında müəllifin qələmə aldığı bədii əsərlər toplanıb.

Mehriban Xalıq

(müəllif)

Qısa Təsvir:

Mehriban Xalıq. “Tərs qadınlar və sevimli kişi”. Bədii nəsr nümunələri: hekayə, povest, roman...   Kitaba həyat reallıqları haqqında müəllifin qələmə aldığı bədii əsərlər toplanıb. Mehriban Xalıq  80-cı illərdə ədəbiyyata gəlib. Dövri mətbuatda  çap olunan hekayələri ilk gündən oxucu qəlbinə yol tapıb. Mehriban xanımın nəsri gündəlik qarşılaşdığımız adi həyat həqiqətləridir ki, o, bunları özünə məxsus təhkiyədə işləyərək oxucunu ardınca çəkə bilir. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə öz daxili təmizliklərinə sadiq qalaraq ən yaxşı insanı keyfiyyətləri- düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışırlar.


Baxış sayı: 697
    
    


    
"Yaşam" (Toplu). Kitabda müəllifin bədii-fəlsəfi düşüncələri, lirik yaradıcılığı, elmi-publisistik məqalələri toplanmışdır. Kitab geniş oxucu kütləsi, tədqiqatçılar, jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur.

Mənzərə Sadıqova

(müəllif)

Qısa Təsvir:

Mənzərə Sadıqova. "Yaşam" (Toplu). Kitabda müəllifin bədii-fəlsəfi düşüncələri, lirik yaradıcılığı, elmi-publisistik məqalələri toplanmışdır. Kitab geniş oxucu kütləsi, tədqiqatçılar, jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur.


Baxış sayı: 688