
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan bədii nəsri”: 12 (47 - 2013)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan bədii nəsri” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 12 (47 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Mənzərə Sadıqova
"Yaşam"
(Toplu)
Redaktor: Nizami CƏFƏROV
Mənzərə SADIQOVA filologiya üzrə fəlsəfə doktoru. YaşaM. Bakı, “Elm və təhsil”, 2011. - 428 səh.
Kitabda müəllifin bədii-fəlsəfi düşüncələri, lirik yaradıcılığı, elmi-publisistik məqalələri toplanmışdır. Kitab geniş oxucu kütləsi, tədqiqatçılar, jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 12 (47 - 2013)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
MƏNZƏRƏ SADIQOVANIN KİTABI TƏQDİM OLUNUB
Milli Məclisin mətbuat xidmətinin əməkdaşı, fəlsəfə doktoru Mənzərə Sadıqovanın “YaşaM” kitabı işıq üzü görüb. Kitabda müəllifin dövrün gerçəkliklərini əks etdirən düşüncələri, qənaətləri, şeirləri, publisistikası, ədəbi qeydləri, sənət və sənətkarlar haqddında fikirləri, mətbuatda dərc olunmuş yazıları, müəllif haqqında məqalələr toplanıb.
Dekabrın 14-dəkitabın təqdimat mərasimi keçirilib. Mərasimdə deputatalar, tanınmış ziyalılar, elm adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Kitabın redaktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib: “Kitabının təqdimat mərasiminə yığışdığımız Mənzərə xanım həm sözün əsl mənasında sənətkardır, həm də yazdıqları onun, eləcə də,dövrümüzün tərcümeyi-halından keçən yazılardır. Mənzərə xanım jurnalist olmaqla yanaşı həm də yazıçıdır, bir az da şairliyi var, onun yazılarında dramatizm də mövcuddur. Yəni bu xanım çox istedadlı bir qələm əhli, yazar, alim və dövlət qulluqçusudur”.
Deputat Qənirə Paşayevanın qeyd edib ki, bu gün əslində Mənzərə xanımı tanıyanların, onu sevənlərin sevindiyini gündür: “Çünki belə bir kitabı ərsəyə gətirib, oxucuların ixtiyarına verib. Bu kitabın ən mühüm məqamlarından biri odur ki, burada Mənzərə xanımın özünü görmək olur. Burada vətəndaş Mənzərə xanım, şəxsiyyət Mənzərə xanım, yazar, qələm əhli Mənzərə xanım, insan Mənzərə xanım öz əksini tapıb.
Eyni zamanda bu kitabın ən üstün cəhətlərindən biri də odur ki, burada tarix mövcuddur. O tarix ki, bu günkü gənc nəslimiz də, gələcək nəsillərimiz də onu oxumalıdır”.
Müəllif isə 14 dekabr 2011-ci il tarixinin onun ömrünə ən xoşbəxt gün kimi yazıldığını bildirib: “Bu xoşbəxtliyin səbəbkarı isə sizlərsiniz - buraya toplaşanlar, sürətlə axıb gedən zamanlarından mənə par ayıranlardır. Məhz bu insanlar, bura toplaşanlar ruhuma ruh qatdınız, məni bir daha yazmağa ruhlandırdınız. Buna görə hamınıza təşəkkürümü bildirirəm”.