
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan poeziyası”: 16 (68 - 2013)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 16 (68 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
“Zərif beytlər”imiz"
(Almanax)
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 16 (68 - 2013)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
“Zərif beytlər”imiz"
(Almanax)
Redaktor: Mahirə Nərimanqızı...
“Zərif beytlər”imiz (Almanax). Bakı, “Elm və təhsil”, 2013. 232 səh.
“Zərif beytlər” Ədəbi Birliyi Abdullayeva Mahirə Nəriman qızı (Mahirə Nərimanqızı) tərəfindən yaradılmışdır. Birliyin məqsədi yaradıcı insanları bir yerə toplamaq, yazılan əsərlərə hər kəsin rəy bildirməsi üçün şərait yaratmaq, əsərləri ədəbi tənqid süzgəcindən keçirməklə gənc şairlərə kömək etməkdir. Birlikdə onlarla yaşlı və gənc nəslin nümayəndəsi olan şair və nasirlər toplanmışdır. Ədəbi birliyin oxuculara təqdim etdiyi “Zərif beytlər”imiz” adlı kitab iki hissədən ibarətdir: Birinci hissədə keçirilən tədbirlərin bir neçəsi, ikinci hissədə isə birlik üzvlərinin bir qisminin yaradıcılığından nümunələr verilmişdir. Ədəbi birlik almanax tipli belə kitabları hər il çap etdirməyi planlaşdırır.