Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Sahib Hüseynov. Python proqramlaşdırma dili elmi hesablamalarda. Dərslik. Dərs vəsaiti Python proqramlaşdırma dilinin (PD-nin) elmi sahələrdə tətbiqinə həsr edilib.

Müəllif:

Bələdçi


Kateqoriya:

Dərslik, elmi kitablar



Qısa Təsvir:

 Sahib Hüseynov. Python proqramlaşdırma dili elmi hesablamalarda. Dərslik. Dərs vəsaiti Python proqramlaşdırma dilinin (PD-nin) elmi sahələrdə tətbiqinə həsr edilib. Kitabda Python dilinin, kitab tərtib edildiyi və nəşrə buraxıldığı zamanda, ən yeni və stabil olan versiyası istifadə edilib və bu versiyanın xüsusiyyətləri konkret nümunəvi məsələlərin həllində oxucunun nəzərinə çatdırılıb.


Baxış sayı: 989
    
    


www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  "Çağdaş Azərbaycan elmi irsi". Elektron kitab N 26 (02 -  2021)


Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin "Çağdaş Azərbaycan elmi irsi" intellektual-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron Kitab N 26 (02 - 2021)


Kulturoloji layihənin maliyyələşdirən qurum:

 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: 

www.yysq.kitabxana.net

 https://www.facebook.com/groups/kitabxana

https://www.facebook.com/YYSQAX/

 

Gəncə Dövlət Universitetinin 08/04/2021 tarixi ilə 5/97 saylı əmri və riyaziyyat-informatika fakultəsi Elmi Şurasının 25/02/2021 tarixi ilə iclasın 05 saylı protokoluna əsasən təsdiq edilmişdir.



 Sahib  Hüseynov


Python proqramlaşdırma dili elmi hesablamalarda


Dərslik 


 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur

Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı – 2021

Virtual redaktoru, e-nəşrə hazırlayanı:  Aydın Xan Əbilov, YYSİB sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq


S.T.Hüseynov. Python proqramlaşdırma dili elmi hesablamalarda. Dərs vəsaiti. 342 s., Gəncə, 2021.


Dərs vəsaiti Python proqramlaşdırma dilinin (PD-nin) elmi sahələrdə tətbiqinə həsr edilib. Kitabda Python dilinin, kitab tərtib edildiyi və nəşrə buraxıldığı zamanda, ən yeni və stabil olan versiyası istifadə edilib və bu versiyanın xüsusiyyətləri konkret nümunəvi məsələlərin həllində oxucunun nəzərinə çatdırılıb. Elmi sahədə Python dilinin daha çox istifadə edilən xüsusi tətbiqi proqramlar paketləri (TPP-ləri) və onların hər bir konkret elmi məsələdə istifadə etmə qaydaları həm riyazi tərəfdən, həm də TPP-nin və Python dilinin xüsusiyyətləri ilə kifayət qədər ətraflı izahatlarla oxucuya təqdim edilir. Çox sayda ali riyaziyyata və tətbiqi riyaziyyata aid məsələlər, praktiki tərəfdən tam izahlı və elmi işlərdə daha çox istifadə edilən çeşiddə verilib. Kitabda Python dilinin 19/12/2019 tarixində istifadəyə buraxılan daha stabil versiya kimi sayılan Python 3.7.6 versiyası istifadə edilib və kitabın 1-ci fəslində dilin sintaksisi və proqramlaşdırma üsulları da həmçinin oxucunun nəzərinə təqdim edilib. Müəllifin fikrincə belə yanaşmaya görə Python dilini hətta yeni öyrənənlər də dərs vəsaitindən yüksək məhsuldarlıqla istifadə edə biləcək. Materiallar ayrıca fəsillər və fəsillərin bölmələri görkəmində oxucuya təqdim edilir. Hər bir fəsil və bölmədə qısa, yığcam və eyni zamanda oxucu üçün aydın şəkildə konkret mövzu ilə bağlı nəzəriyyənin əsasları və çox sayda nümunəvi misallar verilib. Python dili və onun elmi sahədə daha çox istifadə edilən TPP-ləri, praktiki tərəfdən daha yaxşı mənimsənilsin deyə, hər mövzuya aid sərbəst öz üzərində işləmək üçün tapşırıqlar təklif edilir.

Dərs vəsaiti böyük və geniş kontingent oxucu kütləsi üçün nəzərdə tutulub: informatika, kompüter elmi kimi ixtisaslarda təhsil alan bakalavr və magistrlərdən başlayaraq, hətta ixtisasından asılı olmayaraq, digər ixtisaslarda oxuyan (dəqiq elmlər, təbiət elmləri v.s. kimi), riyazi modelləşdirmə elmini istifadə edən bakalavr və magistrlərə də lazım ola bilər. Bununla belə, müxtəlif elmi-texniki və mühəndislik sahəsində işləyən tətbiqi riyaziyyat metodları və kompüter modelləşdirilməsini aktiv istifadə edən və bu sahədə Python proqramlaşdırma dilini və onun elmi TPP-lərini öyrənmək və tətbiq etmək istəyən mütəxəssislər bu kitabdan tələb olunan səviyyədə faydalana bilər.

Kitab haqqında rəy və ya tənqidi fikirlərinizi huseynovsahib@gmail.com elektron poçt ünvanına yazmaqla müəllifə çatdırsanız Sizə çox minnətdar olarıq.



Müəllif haqqında


Sahib Tofiq oğlu Hüseynov 24.03.1959 il tarixində Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1976-1982-cı illərdə Bauman adına Moskva Dövlət Texniki Universitetinin Konstruktorluq Mexanikası fakültəsində Maşınların və Aparatların Dinamikası və Möhkəmliyi sahəsində ixtisaslaşmışdı. 1986-ci ildə Azərbaycan EA-nın Riyaziyyat Mexanika İnstitutunun qiyabi aspiranturasına qəbul olmuşdur. Elmi işini SSRİ Akademiyasının Hesablama Mərkəzində aparmışdır. 1990-cı ildə mexanikanın qeyri xətti məsələləri sahəsində namizədlik dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildə 6 aylıq müddətdə Avropa Birliyinin Erazmus Mundus Elm və Təhsil sahəsində Əməkdaşlıq və İnteqrasiya proqramı çərçivəsində Yunanıstanın Saloniki şəhərindəki Aleksandr Texniki Universitetinə Post-Doktor qrant qalibi kimi GDU-dan göndərilmişdi. 30 ilə yaxındır ki, o, Azərbaycanda ali təhsil ocaqlarında müəllim kimi fəaliyyət göstərir. 2008-ci ildən bəri Gəncə Dövlət Universitetinin İnformatika kafedrasının dosent vəzifəsində çalışır. Gəncə şəhərindəki bir sıra istehsalat təşkilatlarında da mühəndislik fəaliyyəti ilə uğurla məşğul olmuşdur. 2013-cü ildən başlayaraq, o, GDU-dan ayrılmadan, Bakıda Milli Aviasiya Akademiyasında da elmi-pedaqoji fəaliyyətlə məşğuldur: bakalavr və magistrlərə riyazi modelləşdirmə sahəsində Kompüter riyaziyyatı və ALS tipli proqram təminatlarının tədris edir. Əsas elmi fəaliyyəti riyazi modelləşdirmə metodları və kompüter hesablamaları köməyi ilə texnikada, mühəndislik sahəsində və təbiət elmlərindəki məsələlərin araşdırılması ilə bağlıdır. Məşğul olduğu elmi sahə ilə bağlı müxtəlif beynəlxalq elmi konfranslarda çıxış edib. GDU-da işlədiyi müddətdə informatika sahəsi üzrə bir neçə sayda dərslik, metodik vəsait və elmi məqalələrin müəllifi olmuşdur (40-dan çox sayda). Otuz ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan S.T.Hüseynov texniki fənlərdən, riyazi fənlərdən və informatikaya aid fənlərdən dərs deyib: -riyazi modelləşdirmə, -texnoloji proseslərin optimallaşdırılması, -sistem analizi, -riyaziyyatın xüsusi bölmələri, -ali riyaziyyatın bölmələri, -ümumi informatika, -əməliyyat sistemləri, -kompüter riyaziyyatı, -kompüter modelləşdirilməsi, -kompüter qrafikası. -obyektyönlü proqramlaşdirma, -elektron cədvəllərin tətbiqi, -tətbiqi proqramlar paketləri, avtomatlaşdırılmış layihələndirmə sistemləri v.s.


© S.T.Hüseynov


DİQQƏT

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.