Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Samid Quliyev və Etibar Vəliyev. "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları". Kitab Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir.

Müəllif:

Bələdçi


Kateqoriya:

Dərslik, elmi kitablar



Qısa Təsvir:

Samid Quliyev və Etibar Vəliyev. "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları". Etnoqrafiq-kulturoloji tədqiqat əsəri. Kitab Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir. Həmçinin kitabda Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab araşdırmaçılar üçün dəyərli vəsaitdir.


Baxış sayı: 697
    
    


www.kitabxana.net

 

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Multikultural Azərbaycan". Elektron kitab N 39 (01-21 - 2018)


Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyinin hazırladığı, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi tərəfindən bir qismi maliyyələşdirilən,  http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Multikultural Azərbaycan” kulturoloji-innovativ layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır. 


 Layihə çərçivəsində hazırlanan digər elektron nəşrlərimiz və e-kitablarımız burada:

 http://kitabxana.net/?oper=e_kitabxana&cat=176



Kulturoloji layihənin bu hissəsini  maliyyələşdirən qurum:

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi:  http://mys.gov.az

 

Kulturoloji layihənin dəstəkləyən qurum:

Yeni Yazarlar və Sənətçilər  İctimai Birliyi (Qurumu) - http://www.yysq.kitabxana.net 


Sosial şəbəkə resursumuz:

https://www.facebook.com/groups/yenikreativ/

  

Samid Quliyev, 

Etibar Vəliyev


 "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları"


Etnoqrafiq-kulturoloji tədqiqat əsəri


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb.

YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2018

Virtual redaktoru və e-nəşrə hazırlayanı:

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

 

"Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları". Kitab Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir. Həmçinin kitabda Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab araşdırmaçılar üçün dəyərli vəsaitdir.


DİQQƏT

 

 Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır.


ÖN SÖZ


Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan dəyərdir. Bu dəyərlər ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür. Multikulturalizmin mövcud olmadığı cəmiyyətlərdə humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqudur.

Bu baxımdan Azərbaycan multikulturalizmi ənənəvi siyasətinin çox yaxşı modelidir. Mədəniyyətlərin və dinlərin ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist ruhi mədəniyyəti üçün hər zaman xarakterik olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan etməklə bu sahədə görülən işlər daha da sürətləndi. Ölkədə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, mutikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və bir sıra aktual problemlər geniş müzakirə olunur.

Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə gördüyü işlər din xadimləri üçün təşkil olunan kurslar, hazırlanan xütbə vasitələri, namaz cədvəlləri multikultural dəyərlərə bir daha öz töhfəsini verərək, dövlətmizin din-siyasətinə böyük uğurlar bəxş etdi. Dəfələrlə çıxışlarında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləti bu dəyərlərin hər bir azərbaycanlı üçün nə qədər önəmli olduğunu dilə gətirmişdi.

Azərbaycanın qədim mədəniyyət və elm mərkəzlərindən hesab edilən Lənkəran haqqında ilk dəfə belə bir kitabın ərsəyə gəlməsi təqdirəlayiq haldır. Belə ki, kitabda ümumilikdə Lənkəranda mövcud olan multikultural dəyərlər öz əksini tapmış, bir çox mənbələrə istinadən burada tarixən mövcud olan mədəniyyətlərarası, din və məzhəblərarası əlaqələrə, həmrəyliyə toxunulmuşdur.

"Azərbaycan multikulturalizminin Lənkəran modeli" kitabını ərsəyə gətirən Qafqaz Müsəlmanları İdarəsi Ləj kənd məscidinin imamı Samid Quliyevə, tanınmış ziyalımız, şair-publisist Etibar Vəliyevə təşəkkür edir, Uca Allahdan işlərinə uğurlar arzulayıram.


Hacı Fuad Nurullah, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru