Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Qəzənfər Abbasov. “Mühasibat uçotu". Ali məktəb tələbələri üçün dərslik. Təqdim edilən dərslik Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasında hazırlanmısdır. Kitab “Mühasibat uçotu və audit” kursunun proqramına uygun

Müəllif:

Qəzənfər Abbasov


Kateqoriya:

Dərslik, elmi kitablar



Qısa Təsvir:

Qəzənfər Abbasov.  “Mühasibat uçotu". Ali məktəb tələbələri üçün dərslik. Təqdim edilən dərslik Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasında hazırlanmısdır. Kitab  “Mühasibat uçotu və audit” kursunun proqramına uygun olaraq yazılmısdır.


Baxış sayı: 1313
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

Bu e-kitab Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (Qurumu) "Çağdaş Azərbaycan elmi irsi" intellektual-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 65  (95 - 2017)

Kulturoloji layihəni maliyyələşdirən qurum:

YYSİB - http://www.yysq.kitabxana.net


Qəzənfər Abbasov


 “Mühasibat uçotu"


Dərslik

 

Redaktə və bütün hüquqlar müəllifə və nəşriyyata məxsusdur.

Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

YYSİB və Milli Virtual-Elektron Kitabxananın e-nəşri

Bаkı, YYSİB – 2017

 

Q.Ə.Abbasov: “Mühasibat uçotu”. Dərslik, Bakı. “İqtisad Universiteti” nəsriyyatı 2015.


Mühasibat uçotu ixtisası həmisə hamı üçün anlasılan olmus və həmin anlasıqlığı indi də saxlayır. Hamıya məlumdur ki, bütün müəssisə və təskilatlarda mütləq heç olmasa, bir mühasib isləyir.

Bununla əlaqədar hesab edirik ki, siz mühasib ixtisasını seçmiş, ancaq ilk dəfə mühasibat uçotu və onunla bağlı olan proses və əməliyyatlarla qarşılşmısınız. Bu proses və əməliyyatlar, hesablar dünyası, onlara dair köçürmə (yazılış), reyestr, hesabat tərtibi və digər islər məcmüsü ilə əlaqədardır. Onları isə arasdırmaq, mənimsəmək, ümumiyyətlə müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin is prosesinə tətbiq etmək olduqca çətindir. Bu vəsait bütün sözügedən islərin həllinə yol tapmağa, tələb edilən ən xırda məsələlərin yerinə yetirilməsinə istiqamət verməyə köməklik göstərəcəkdir. Vəsaitin köməkliyi ilə siz mühasibat uçotu haqqında termin və anlayıslarla, onun forma, prinsip və metodları ilə tanış olacaq, əməliyyatların bas verməsinə dair köçürmələr (yazılışlar) verməyi, onlar əsasında mühasibat hesabatını tərtib etməyi öyrənəcəksiniz.

Müəssisə və təskilatların təsərrüfat həyatını öyrənmək və onu uçot həyatına daxil etməklə siz, bütün bas vermis təsərrüfat hadisələri – torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin), material dəyərlilərinin alınması, onlar vasitəsilə məhsul istehsal olunması, istehsalla bağlı xərclərin çəkilməsi, isçilərə əməkhaqqı, məzuniyyət və digər ödənislərin hesablanması, hesablanmış ödənislərin verilməsi, is prosesində əldə edilən gəlirin müəyyən edilməsi, həmin gəlirdən verginin hesablanması, büdcəyə ödənilməsi, təsərrüfat fəaliyyətində istifadə olunan dəyərlilərin mövcudluğu haqqında invertarlasmanın aparılması və son nəticədə təsərrüfatın fəaliyyətini qiymətləndirmək üçün balans və hesabatın tərtib edilməsi məsələlərini öyrənəcəksiniz.

Təqdim edilən dərslik Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasında hazırlanmısdır. Kitab 050402 “Mühasibat uçotu və audit” kursunun proqramına uygun olaraq yazılmısdır.



İqtisad elmləri doktoru, professor  Qəzənfər  Abbasov 


25 may 1938-ci ildə Yevlax rayonunun Qaraməmmədli kəndində anadan olub.

1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1954-cü ildən 1967-ci ilə kimi müxtəlif dövlət müəssisə və təşkilatlarında mühasib və baş mühasib vəzifələrində işləyib.

1967-ci ilin mart ayından hal-hazıra kimi Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) "Mühasibat uçotu" kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləyib.

1981-ci ildə Leninqrad Ticarət institutunun qiyabi aspiranturasına daxil olub.

1984-cü ildə Voznesenski adına Maliyyə İqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.


DİQQƏT


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.