Zaur Ustac. "Ustadnamə". Kitab iki hissədən ibarətdir. "Ustadnamə" və ya "Kitab haqqında kitab" adlanan birinci hissədə müəllifin söz, kitab haqqında düşüncələri, 1/4 adlandırılmış ikinci bölümdə isə müxtəlif illərdə qələmə aldığı yeni şeirlər toplanmışdır.
"Şeir çələngi". Türk Dünyası (yeni nəsil) şeir antologiyası. III cilddə. II cild Dünya Gənc Türk Yazarlar Birliyinin nəşri. Topludakı poetik nümunələr türksoylu xalqların yeni ədəbi imzaları tanıtmaq baxımından dəyərli nəşr sayıla bilər.
Yaqub Məğrur. "Vətən naminə". Poetik-ədəbi əsərlər toplusu. Kitabda Qarabağın, eləcə də Cəbrayılın faciəli tarixi, keçmişi və bu günü barədə müəllifin faktlara söykənən şeirləri, publisistik yazıları və s. dərc edilmişdir.
"Qəlbdəki və qələmdəki Qarabağ". DGTYB. nəşri. Gənc alim və yazarların toplusu. "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" Elektron kitab N 30 (96 - 2016)
Yeganə. "Adamlar". Şeirlər toplusu. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri, məqalələri və ədəbi təhlilləri toplanmışdır. Üç fəsildən ibarət olan kitabın birinci fəslində ictimai-siyasi şeirlər və məqalələr, ikinci fəslində isə lirik şeirlər və ədəbi təhlillər yer almışdır.
Şirin Xanım Kərimbəyli Şadiman. "Söz könlümü qələm etdi" (publisistik düşüncələr, toplu). "Söz könlümü qələm etdi" kitabı müəllifin yaradıcılığı boyu müxtəlif illərdə qələmə aldığı məqalələr toplusudur. Məqalələrin mövzusu bir sıra qələm sahiblərinin yaradıcılığı, habelə siyasi, mədəni, mənəvi həyatımızda baş verən bir çox proseslər barədə söz çələngidir. Ümid edirik ki, "Söz könlümü qələm etdi" kitabı oxucular tərəfindən maraqla qarşılanacaq.
Söhrab Tahir AzərAzər. "Ata". Poema-epos. İki cildə. II cild. Xalq şairinin Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyasının davamı... Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən "Ata" poema-eposu qoşma şəklində yazılmış və çoxsaylı bölmədən ibarətdir. Əsər sadə xalq danışıq dilində olduğundan ərəb və fars sözlərindən istifadə edilməmişdir.
Söhrab Tahir AzərAzər. "Ata". Poema-epos. I cild. Xalq şairinin Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyası... Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən "Ata" poema-eposu qoşma şəklində yazılmış və çoxsaylı bölmədən ibarətdir. Əsər sadə xalq danışıq dilində olduğundan ərəb və fars sözlərindən istifadə edilməmişdir.