ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxana
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi". Elektron kitab N 31 (98 - 2016)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini qismən maliyyələşdirirlər:
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu: http://youthfoundation.az
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org
Rövşən Yerfi
“Şanssız”
Hekayələr toplusu
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Rövşən Yerfi. "Şanssız". Hekayələr toplusu. Əslən Qubadan olan yazıçının "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Həbsxana bənövşəsi" pyesi və bir çox hekayələriişıq üzü görüb.
Müəllifin kitabxanamızdakı başqa e-kitabları burada:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=10&alp=R
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" silsiləsindəki e-kitablarla buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=174
Feysbuk səhifəmiz:
Sosial şəbəkələrdə Azərbaycan multikulturalizminin və tolerantlığının təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, bu sahələr üzrə İnternet resurslarımızı - elmi-intellektual sərvətlərimizi, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs burada: https://www.facebook.com/YeniYazarlar
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Rövşən Yerfi
Rövşən Yerfi 1965-ci ilin aprelin 20-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.
1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib işləmişdir. 1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuşdur, istefada olan ədliyyə mayorudur.
1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. Yaradıcılığının mühim hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Həbsxana bənövşəsi" pyesi və bir çox hekayələri cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir. Qadın həbsxanası haqqında yazılan ilk povest və pyes müəllifidir. Əsərləri "Kaspi" qəzetində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 4 topluda çap olunmuşdur. Hekayə və povestləri ondan çox saytlarda, o cümlədən Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 7 elektron kitabı yayımlanır.
Kitabları
"Üzdəniraq ada" Bakı, Şirvannəşr, 2004
"Qadın düşərgəsi. Sel" Bakı, Kitab Klubu, 2008
"Residivist" Bakı, Kitab Klubu, 2009
"Qadın düşərgəsi" Bakı, Kitab Klubu, 2010
"Günahsız qatil" Bakı, Qanun, 2010
"Üzdəniraq ada" Bakı, Kitab Klubu, 2012 (təkrar nəşr)
"Penitensiar lövhələr" Bakı, Zero, 2013
"Lənətə gələnlər" Bakı, Kitab Klubu, 2014
"Şanssız" Bakı, Xan, 2014
"Qazamat sanitarları" Bakı, Zero, 2015