Эмиль Керимов, Парвин Аханчи. "Огнепоклонство". Emil Kərimov, Pərvin Ahənçi. "Atəşpərəstlik". Emil Kerimov, Parvin Ahanchi. "Fire-worshiping" İn the Context of Zoroastrianism and Hinduism. Araşdırma. (Rus dilində). Kitab tarixi-etnoqrafik metod əsasında qədim dini-fəlsəfi etiqadlara-atəşpərəstliyə və zərdüştlüyə həsr olunmuşdur. Əsərdə Hindistan, İran və Azərbaycanda geniş yayılmış bu ayinlər işıqlandırılır. Hər üç ölkənin etnomədəni əlaqələrində oxşar və fərqli cəhətlərin formalaşmasında zərdüştlüyün və hinduizmin aparıcı rol oynaması xüsusilə qeyd olunur.
Zaur Ustac. "Usubcan əfsanəsi" (Məqalələr. I toplu). Bu kitabda Zaur Ustacın müxtəlif elektron kütləvi informasiya vasitələrində dərc olunmuş, olduqca fərqli mövzuları əhatə edən məqalələri toplanmışdır.
Firuzə Məmmədli. “Seçilmiş əsərləri”. Səkkizinci cild. Şeirlər toplusu. B yeni e-kitaba tanınmış şairə-publisist, filoloq alim F.Məmmədlinin son illər yazdığı poetk əsərlər daxildir.
Camal Zeynaloğlu: "Cəsur kəşfiyyatçı, igid partizan". Sənədli-bədii əsər. Kitab Böyük Vətən müharibəsi illərində Ukrayna torpağında gizli partizan hərəkatında fəal iştirak edən, misli görünməmiş qəhrəmanlıqlar göstərmiş, alman faşistlərinə qan uddurmuş istedadlı aktyor, cəsur kəşfiyyatçı, igid partizan Xanlar Salman oğlu Babanlının həyat və keçdiyi döyüş yollarından bəhs edir.
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb. Yeni kitabda oxuculara təqdim olunan şeir nümunələri məzmun etibarı ilə şərti olaraq “Zaman və mən”, “İman işığında” və “Sevgi yarpaqları” hissələrinə bölünüb.
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VI cild (Publisist əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin ədəbi-publisist əsərləri toplanıb.
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, V cild (Elmi, ədəbi-tənqidi əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin elmi, ədəbi-tənqidi əsərləri toplanıb.
Mina Rəşid. "Baxmaqla görmək ayrıdır". Şeirlər və publistik yazılar toplusu. Əslən Ağdamdan olan gənc şairə Mina Rəşidin bu yeni şeirlər və publisitik yazılardan ibarət toplusu müəllifin oxucularına yeni ədəbi-poetk ərməğanıdır.
Məhəmməd Turan. "Şeir sevgilim". Şeirlər toplusu. Məhəmməd Turanın şeirlərini oxuduqca, fikirləşirsən: ən yaxşı fikri onun şeirlərinin özü deyir. Əgər 16 yaşlı bu gəncin şeiri haqqında fikri onun öz şeirləri deyirsə, demək, onun gələcəyinə böyük ümid var.