Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Yaqub Məğrur. "Keçəl Həmzənin nəvələri". Lətifələr, gülməgələr, yumor və satirik əsərlər. Tanınmış şair-nasir, publisit və qəzetin baş redaktorun yeni kitabı. Qarabağ lətifələri seriyasından I Kitab. Cəbrayıl gülməcələri.

Müəllif:

Yaqub Məğrur


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Yaqub Məğrur. "Keçəl Həmzənin nəvələri". Lətifələr, gülməgələr, yumor və satirik əsərlər. Tanınmış şair-nasir, publisit və qəzetin baş redaktorun yeni kitabı. Qarabağ lətifələri seriyasından I Kitab. Cəbrayıl gülməcələri.


Baxış sayı: 705
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Çağdaş Azərbaycan bədii nəsri”. Elektron Kitab N 92  (57 - 2017)

 

 Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Çağdaş Azərbaycan bədii nəsri”  Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) - http://www.yysq.org


Yaqub Məğrur


"Keçəl Həmzənin nəvələri"


Lətifələr, gülməcələr,  yumor və satirik əsərlər


QARABAĞ LƏTİFƏLƏRİ SERİYASI

I KİTAB

CƏBRAYIL GÜLMƏCƏLƏRİ


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb.

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


Yaqub Məğrur (Xudiyev Yaqub Əmirqulu oğlu) "Keçəl Həmzənin nəvələri". Bakı, “Təknur” nəşriyyatı, 2017-cı il, 236 səh.

Yaqub Məğrur. "Keçəl Həmzənin nəvələri". Lətifələr, gülməgələr, yumor və satirik əsərlər. Tanınmış şair-nasir, publisit və qəzetin baş redaktorun yeni kitabı. Qarabağ lətifələri seriyasından I Kitab. Cəbrayıl gülməcələri.

Müəllif kitabda ölkədə əsəbləri tarım çəkilmiş bir milyondan çox qaçqın və məcburi köçkünün yurd həsrətinə az da olsa yumorla məlhəm olmağa, şərəfsiz yaltaqları, xainləri, satqınları və s. satira atəşinə tutmağa çalışmışdır.


Müəllifin kitabxana.net portalındakı başqa e-kitabları:

 

http://www.kitabxana.net/?oper=readBook&id=1701

 

http://www.kitabxana.net/?oper=readBook&id=1729


http://kitabxana.net/?oper=readBook&id=2174


http://kitabxana.net/?oper=readBook&id=2538



Yaqub Məğrur


Yaqub Məğrur (Yaqub Əmirqulu oğlu Xudiyev) 20 noyabr 1956-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur...
Dövri mətbuatda 1993-cü ildən fəaliyyət göstərir. Biləsuvar RİH-nin orqanı "MƏHSUL" qəzetində xüsusi müxbir vəzifəsində çalışdığı illərdəyaratdığı "XUDAFƏRİN NƏĞMƏLƏRİ" ƏB-nə hazırda da rəhbərlik edir. "RADİKAL", "EVRİKA", "VƏTƏN ÖVLADI", "VAXT","ŞƏHİDLƏR" və.s qəzetlərdə xüsusi müxbir, şöbə müdiri, redaktor və baş redaktor vəzifələrində çalışmışdır. 2003-cü ildə "TƏHQİQAT" ictimai-siyasi hüquq qəzetİ təsis etmiş və indiyədək ölkəmizin ictimai-siyasi həyatında qanun pozucularına qarşı qərəzsiz mübarizə aparmaqla hüquqi dövlət quruculuğuna mənəvi dəstək göstərmişdir. Şəhid, əlil və itkin düşmüş şəxslərin döyüş yolu vəailəproblemləri, torpaqlarımızın itirilməsi barədə məqalələrlə dünyanın diqqətini Qarabağa cəlb etmək və müharibənin müsbət həlli məqsədilə 2008-ci ildə "ŞƏHİDLƏR" qəzeti təsis vənəşr etdirmişdir.
Y.Məğrur 2000-ci ildənAJB-nin və "İTİ QƏLƏM" ƏB-nin üzvüdür. 2007-ci ildə"PEŞƏKAR JURNALİST" diplomu ilə təltif edilmişdir. Şeirləri "BU DƏRDİN ADI CƏBRAYIL" (2001-ci il), "CƏBRAYILIN QƏM DASTANI"(2002), "DİRİ DAĞDAN ƏSƏN KÜLƏK"(2006), "YURD HƏSRƏTİ"(2007), "AYIRA BİLMƏYİR AYRILIQ BİZİ"(2008), "HƏSRƏT NƏĞMƏLƏRİ" (2009), "TÜRK DÜMYASI YAZARLARI"(2016) almanaxlarında dərc olunmuşdur.
Y.Məğrurun2006-cı ildə çapdan çıxmış "ÖZÜMÜ AXTARIRAM" şeirlər toplusu "AZAD QƏLƏM" İB-nin"QIZIL ƏLLƏR" diplomu ilə təltif edilib."XEYİRXAH TANRI DİLƏKÇİSİ"(2007) kitabı "QAFQAZ-PRESS"İB-nin "MÜQƏDDƏS QƏLƏM", "QEYRƏT NƏĞMƏSİ"(2008) kitabı AR KİVİHİ-nin "QIZIL QƏLƏM", "ÖLÜM DAĞI-DAŞBAŞI"(2010)romanı "ƏSRİN ZİYALILARI" İB-nin "ƏSRİN ZİYALISI-İLİN PUBLİSİSTİ", "QADIN-SİRLİ TAPMACA"(2012) şeirlər toplusu"ARAZ", "GƏLİRƏM, QARABAĞ!"(2014) kitabı "İTİ QƏLƏM" ƏB-nin "İTİ QƏLƏM" diplomları ilə mükafatlandırılıb. Aprel döyüşlərinə həsr etdiyi monumental "VƏTƏN NAMİNƏ" kitabı 2016-cı ildə işıq üzü görüb. "CƏBRAYIL LƏTİFƏLƏRİ" müəllifin oxucularla 15-ci görüşüdür.
Hazırda Qarabağ savaşı mövzusunda "TALE OYUNLARI" romanı və "ŞƏXSİYYƏT AYNASI" şeirlər toplusu üzərində işləyir.
Ailəlidir, dörd övladı, beş nəvəsi var.


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.