Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Komikslər - Mədəniyyətlə dünyanı dəyiş". Kitabın məqsədi diqqəti mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına, o cümlədən, bu sektorun mövcud problemlərinə yönəltməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafıdır.

Müəllif:

Bələdçi


Kateqoriya:

Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi



Qısa Təsvir:

Dadaş Məmmədov. Söhrab Salamzadə. "Komikslər - Mədəniyyətlə dünyanı dəyiş". Kitabın başlıca məqsədi diqqəti mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına, o cümlədən, bu sektorda mövcud olan problemlərə yönəltməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyən etməkdən ibarətdir.


Baxış sayı: 688
    
    


www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi”. Elektron Kitab N 89  (14 -  2017)

 

 Bu elektron kitab Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (2017-ci ildə maliyyə yardımı müsabiqəsi), AGF tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən, http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Respublikası Prezidenti  yanında  Azərbaycan Gənclər Fondu: 

http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=179



   “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: 

 https://www.facebook.com/YeniYazarlar/


Dadaş Məmmədov

Söhrab Salamzadə


"Komikslər - Mədəniyyətlə dünyanı dəyiş"


Bütün hüquqlar müəllifə və "Arts Council Azərbaycan" təşkilatı simasında Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq" Proqramına məxsüsdür və onların razılığı olmadan kommersiya xarakterli yayım, kitab şəkilində satışı qadağandır. 


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


DADAŞ MƏMMƏDOV: "KOMİKSLƏR YARADICI İNSANLARIN PROBLEMLƏRİNƏ DİQQƏT CƏLB ETMƏK ÜÇÜN ƏN YAXŞI VASİTƏDİR."



"Arts Council Azərbaycan" təşkilatı Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq" Proqramı ilə əməkdaşlıq çərçivəsində mədəniyyət sektorunun dəstəklənməsinə istiqamətlənmiş komiksləri təqdim etdi.
Komikslərin yaradılmasında məqsəd mədəniyyət və incəsənətin əhəmiyyətini nümayiş etdirmək, dövlət orqanlarına bu sektorun perspektivliyini və "mədəniyyətin iqtisadi inkişafa töhfə verməsini, habelə bir çox sosial problemlərin həllinə yol açmasını" göstərməkdir.

XX əsrin əvvəllərindən başlayaraq komiks janrı Azərbaycanda xüsusi yer almışdı. Bu janr çoxsaylı problemləri qabardaraq rəsm vasitəsi ilə onların həll olunması yollarını göstərirdi. Müxtəlif mövzularda olan komikslər mədəniyyət, təhsil, cəmiyyətin maarifləndirilməsi və digər sahələri özündə əks etdirirdi. Azərbaycanda təhsil, sosial problemlər və sosial inkişaf sahəsində komikslərlə bağlı zəngin təcrübə mövcud olsa da, son illərdə bu janra neqativ münasibət göstərilir.

İdeya müəllifi Dadaş Məmmədov bu haqda fikirlərini bizimlə paylaşır: "Biz bu janrı yenidən canlandırmaq və komikslərdən yaradıcı insanların həyatlarını təsvir etmək, cəmiyyəti mədəniyyət və incəsənətin üstünlükləri haqqında maarifləndirmək, habelə diqqəti mədəniyyət və yaradıcılıq sektorunda sosial problemlərin həll edilməsi zərurətinə cəlb etmək istəyirik. Qarşımızda duran ilk vəzifə mədəniyyət sektorunun əsas problemlərini müəyyən etmək idi. Bu səbəbdən də, kampaniya çərçivəsində maraqlı tərəflər, hökumət və qeyri-hökumət təşkilatları, mədəniyyət sektorunun nümayəndələri ilə görüşmüşük."

Başlıca məqsəd diqqəti mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına, o cümlədən, bu sektorda mövcud olan problemlərə yönəltməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyən etməkdən ibarətdir.

"3 hekayə Azərbaycanda yaradıcı peşələrlə məşğul olan insanların qarşılaşdığı çətinlikləri əks etdirir. Komikslər bu sahələrdə rast gəlinən problemləri qabardaraq onları müzakirə edir, müxtəlif həll yollarının tapılmasına köməklik göstərir və mədəniyyət siyasətinin lazımi istiqamətlərinin axtarılmasına şərait yaradır. "Arts Council Azərbaycan" təşkilatının rəhbəri Dadaş Məmmədovun təklif etdiyi komikslərin ideyalarını gənc və istedadlı rəssam-karikaturist Söhrab Salamzadə reallaşdırıb. Proqramın koordinatoru Sevinc Ağazadənin sözlərinə görə, bu qeyri-adi layihə Şərq Tərəfdaşlığı - Aİ "Mədəniyyət və Yaradıcılıq" proqramı çərçivəsində həyata keçirilib.

Komikslərdə yaradıcı insanların qarşılaşdığı aşağıdakı problemlərin ilk növbədə həll edilməsi təklif edilir:

• İncəsənət xadimlərinin emalatxana açması üçün tələb edilən sənədlərin rəsmiləşdirilməsi mexanizminin təkmilləşdirilməsi. Dövlətin yaradıcılıq sahəsinin inkişafını dəstəkləməsi.

• Rəssamlıqda istifadə edilən inventar üçün gömrük rüsumlarının azaldılması.

• Müəllif hüquqlarının saxlanılması üzrə mexanizmin təkmilləşdirilməsi.

Yaradıcı insanlar ölkənin inkişafında böyük rol oynayır və onların problemləri ölkə mədəniyyətinə, incəsənətinə və iqtisadiyyatına böyük təsir göstərir. Onlar hər bir ölkə mədəniyyətinin və iqtisadiyyatının ayrılmaz hissəsidir. Onlara qayğı ilə yanaşmaq, dəstək olmaq çox vacibdir. Mədəniyyət insanlar arasında qarşılıq anlaşmanın yaxşılaşdırılması üçün ən gözəl vasitədir.

Komikslər Mədəniyyət və Turizm Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İncəsənət Akademiyası kimi hökumət və qeyri-hökumət təşkilatlar arasında yayılacaq.


Komikslərə bu keçid linkində baxa bilərsiniz:

 https://www.culturepartnership.eu/az/article/dadash-mamedov-comics

Suallar və əlavə məlumat: azerbaijan@culturepartnership.eu

www.facebook.com/culturepartnership

www.culturepartnership.eu


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.