Sirlər dolu İnsan mahiyyəti barədə bu və digər sualları daha ətraflı cavablandırmaqdan ötrü ingilis alimi Lloyd Raycenin, X əsrin ən nəhəng sufi Şeyxi Əziz əd-din Nəsəfi haqqında yazdığı "Əziz Nəsəfi" adlı elmi tədqiqatından bir parçanı oxucularımızın nəzərinə təqdim edirik.
ABŞ ali təhsilinin idarə olunmasının əsas fərqləndirici cəhəti idarəetmənin rəngarəngliyidir. Hər bir idarəetmə forması həmin təşkilatın unikal tarixini və tələbatlarını özündə əks etdirir. İdarəedən qurumlar (Qəyyumlar şurası, Universitet senatı və s. ) mərkəzləşdirilmiş deyil, avtonomluq prinsipinə söykənir. 1966-cı ildə Amerika Universitet Professorları Assosiasiyasının, Amerika Təhsil Şurasının və Universitet və Kolleclərin İdarə Şuraları Assosiasiyasının birgə razılığı ilə demokratik idarəetmənin prinsipləri qəbul edilmişdir. ABŞ ali təhsilində idarəetmə nə qədər demokratik olsa da, bütün idarəedənlərin bir ümdə vəzifəsi var: işlədiyi müəssisənin maraqlarını qorumalı, cəmiyyətdə ona bir inam yaratmalı.
Sufizmin və irfani düşüncənin İmam Ğəzali, ibn (əl) Ərəbi, Cəlaləddin Rumi, Hafiz və Füzuli kimi nümayəndələrini yada salmağımız haqqında söhbət gedən istiqamətin möhtəşəmliyindən xəbər verir.İlk öncə qeyd etmək istərdik ki, islam daxilində cücərmiş hər bir təriqət kimi sufizm də ilk növbədə Qurani Kərimə əsaslanıb, öz əsas prinsiplərini müqəddəs ayə və hökmlərdən əxz etdiyini bildirib.
Abdulaziz Bayındır 1984-cü ildə İslam hüququ ixtisası üzrə ilahiyyat elmləri namizədi, 1987-ci ildə İslam iqtisadiyyatına dair elmi arasdırmaları ilə kəlam (müsəlman ilahiyyatı) və İslam hüququ ixtisasları üzrə ilahiyyat elmləri doktoru olmusdur. 1993-cü ildə Süleymaniyyə vəqfini təsis etmisdir. Akademik fəaliyyətini 1997-ci ildən etibarən İstanbul Universitetinin İlahiyyat fakültəsində davam etdirir. Hal-hazırda həmin fakültənin professoru olub, eyni zamanda dünya dinləri mədəniyyəti və İslam hüququ kafedralarının müdiri vəzifəsində isləyir. Ana dilindən basqa ərəb, fransız və ingilis dillərini də akademik səviyyədə bilən Abdulaziz Bayındır indiyədək müxtəlif dillərdə nəsr olunmus 8 kitabın və 25-dən çox elmi məqalənin müəllifidir.
Aşıq Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur.
"Məntiq elmi" Hegelin "Fəlsəfə elmləri ensiklopediyası"nın birinci bölümüdür. Bu bölümdə Hegelin fəlsəfi sisteminin ümumfəlsəfi məsələləri tədqiq edilir. Müəllif "Məntiq elmi"ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdətini əsaslandırır, dialektik məntiq təlimini irəli sürür və onun formal yaxud ənənəvi məntiqə münasibətini şərh edir.
Kitabda Azərbaycanın ən mühüm abidələri haqqında məlumat verilmiş, arxeoloji mədəniyyətlərin tarixləndirilməsi və etnik mənsubiyyəti ilə bağlı bəzi məsələlərə toxunulmuşdur. Kitab Azərbaycanın qədim mədəniyyətləri haqqında bütöv təssəvvür əldə etməyə, Azərbaycan arxeologiyasının problemlərini göz önünə qoymağa imkan verir. Kitab ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Dino Buttsati. "Paxıl musiqiçi". İtaliya tanınmış ədibindən gözəl bir hekayə (İtalyan dilindən bədii tərcümə). İtalyancadan bədii tərcümə edən: Cəmşid Cəmşidov
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmaqıl Şıxlının "Dəli Kür" romanı milli-mənəvi dəyərlərimiz, XIX əsr çar Rusiyasının tərkibində Azərbaycan millətinin avropalaşma dalğasına qərq olması, maarifçilik, yeni təhsil və yaşam tərzinin formalaşması problemlərinə həsr olunub. Roman ən çox oxunan 10 Azərbaycan bədii nəsr nümunələri arasına düşüb. Yazıçının yaradıcılığı barədə iki oxunaqlı material da eləvə edirik.