ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında
"Çağdaş Azərbaycan poeziyası”
Elektron kitab N 11 (01 - 2023)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən, "Çağdaş Azərbaycan poeziyası” ədəbi-kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum:
YYSİB
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/kreativesger
Poeziya kitabı
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb
YYSİB və Milli Virtual-Elektron Kitabxananın e-nəşri - 2023
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Redaktor: Nəcibə İLKİN şair-publisist, yazıçı AYB-nin, AJB-nin, İraq-Türkmən Ədəbiyyat Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı
Xuraman Muradova, “Sənə məktub yazacam” Bakı, «İMZA» nəşrlər evi, 2022, 168 səh.
Uzun illərdi sahibkar kimi çalışan, xeyirxah insan kimi tanınan və sevilən Xuraman Muradova vətənə, xalqa olan sevgi hisslərini, duyğularını poeziyanın dilində qələmə almağı bacarıb. İncə ruhlu şeirləri ilə oxucu qəlbinə yol tapıb.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Xuraman İsmayıl qızı Muradova 22 avqust 1965-ci ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuşdur. Əslən Laçın rayonundandır. 1982-ci ildə Azərbaycan Dövlət Memarlıq Universtetinə daxil olmuş və 1988-ci ildə oranı bitirmişdir. 1990-cı ildən etibarən Azərbaycan Dövlət Maddi Texniki Təchizat Nazirliyində mühəndis kimi fəaliyyət göstərmiş və elə həmin vaxtdan sahibkarlıqla məşğul olmağa başlamışdır. 2009-cu ildə özəl Tibb Mərkəzi -“Milan” Hosptalı yaratmış və bu günə qədər həmin hospitalın təsisçi və direktoru kimi fəaliyyət göstərir. Tibb sahəsində gördüyü işlərə görə 2019-cu ildən etibarən Avropa Tibb Assosiasiyasının - EPMA-nın üzvüdür.